Məhkəmə qərarları › İş №3(049)-939/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-939/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-939/2024 15.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi: X3, şikayət verən şəxs: X2, qərarından şikayət verilən şəxs: Lənkəran ŞRPŞ DYPB-nin YPX baş inspektoru X4 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYPB-nin YPX-nin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X2 ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYPB-nin YPX-nin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 şikayətindən imtina etdiyini bildirib mahiyyəti üzrə baxılmamasını və şikayətinin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən şəxs: Lənkəran ŞRPŞ DYPB-nin YPX baş inspektoru X5 şikayətin geri qaytarılmasınə etirazı olmadığını bildirdi. Məhkəmə, şikayət verən şəxsin şikayətdən imtina etməsi əsasən hesab edir ki, şikayət və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmalı və işə məhkəmədə baxılmasına xitam verilməlidir. Belə ki, göstərilən xüsusat hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayətçi şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən və İXM-in 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran ŞRPŞ DYPB-nin YPX-nin 25 iyul 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın və işə məhkəmədə baxılmasına xitam verilsin. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar