Məhkəmə qərarları › İş №3(049)-94/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-94/2024

24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-94/2024 24.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Yeriyeviçin iştirakı ilə xx xxxx 1978-ci ildə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Yeriyeviçin Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlunun tərtib etdiyi 24 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən 2(014)-1019 saylı, 23 iyul 2020-ci il tarixli icra sənədinə əsasən, hər uşaq üçün 100 manat olmaqla, cəmi hər ay sabit pul məbləğində 200 manat məbləğində aliment Zərərçəkmiş şəxs ödənilməlidir. 6850 manat aliment borcu onun tərəfindən ödənilməmişdir. Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlu işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin qeyd etmişdir ki, icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılaraq tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Tələb könüllü icra müddətində borclu tərəfindən təmin edilmədiyindən onun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs Yeriyeviç şöbəyə gəlməkdən və icra sənədinin icrasından yayındığından onun şöbəyə məcburi gətirilməsi barədə icra məmuru tərəfindən bir neçə dəfə qərar qəbul edilmişdir. Borclu şöbədə olarkən qərar və tələbin könüllü icrası barədə bildirişin surətləri ona şəxsən təqdim edilməklə izahatı alınmışdır. Borclu izahatında heç bir yerdə işləmədiyini əsas gətirərək tələbi təmin edə bilmədiyini bildirmişdir. Bununla əlaqədar borcluya tələbi təmin etməsi üçün təkrarən vaxt verilmişdir. Keçən müddət ərzində borclu tərəfindən tələbkarın xeyrinə tam ödəniş edilməmiş, nəticədə bu hal tələbkarın haqlı narazılığına səbəb olmuşdur. İcraat dövründə borclu tərəfindən məhkəmə qərarına əsasən tələbkarın xeyrinə ödənilməli olan hər aya görə 200 manat olmaqla 600 aliment borcundan hazırki vaxtadək cəmi 1750 manat ödənilmiş və nəticədə 685 manat məbləğində aliment borcu qalmışdır. Şəxsçin aliment borcu onun icra məmuruna təqdim etdiyi ödəniş qəbzləri əsasında hesablanmışdır. Son bir il ərzində borclu tərəfindən tələbkara cəmi 300 manat aliment borcu ödənilmişdir. Hazıradək heç bir ayda borclu tam olaraq 200 manat alimenti tələbkara ödəməmişdir. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Yeriyeviç icra sənədi üzrə borcunu tam ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Həmçinin bildirmişdir ki, icra sənədi üzrə hazırda tələbkara 6.850 manat aliment borcu qalmışdır. İş taparaq həmin borcu da ödəyəcək. İcra məmurunun çağırışlarına gəlməməsini həmin vaxtlarda işdə olması ilə izah etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu təqdirdə icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlmədiyindən barəsində icra məmuru tərəfindən “borclunun axtarılması haqqında” qərarlar qəbul edilərək, qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbsinə həvalə edilmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən nəzərə alır ki, aylıq alimentin miqdarı cəmi 200 manat təşkil etdiyi halda, bu gün üçün borc məbləği 6.850 manat təşkil edir. Bu isə borclunun uzun müddət üzrə alimenti müvafiq məhkəmə aktı ilə müəyyən edilmiş məbləğdə və qaydada ödəmədiyini də təsdiq edir. Göstərilənlərə əsasən Şəxs Yeriyeviç Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Yeriyeviç Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 24 yanvar 2024-cü il tarixindən saat 15:00-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar