Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-94/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş Lənkəran rayon X3 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair Lənkəran ŞRPŞ-dən daxil olan inzibati xəta haqqında materiala 28 yanvar 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran ŞRPŞ-dən daxil olan inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, Lənkəran rayonu, Kərgəlan kəndində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sillə ilə vuraraq sonuncuya qançırdan ibarət dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, buna görə də barəsində 28 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyib bildirmişdir ki, zərəçəkmiş şəxs onun anasıdır. Onun anası ilə heç bir problemi yoxdur. Onunla münasibəti yaxşıdır. Sadəcə xx.xx.2024-cü il tarixdə anasının deyindiyini görüb pəncərəni açıb ona “bəsdir” demişdir. O, anasına hucum etməmiş, onu vurmamışdır. Qeyd etdiklərini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirlən şəxs onun böyük oğludur. Oğlunun evi onun evi ilə qonşuluqda yerləşir. xx.xx.2024-cü il tarixdə, oğlu ayağının altına stul qoyub qalxaraq çəpərdən onu söymüşdür. Lakin oğlu onu vurmamış, ona əl qaldırmamışdır. Verilən suallara cavab olaraq isə bildirmişdir ki, o, tibbi müayinədən keçmək məqsədilə ekspertin yanına getməmiş, onu kimsə ora aparmamış, xx.xx.2024-cü il tarixdə hüzür mərasimində olmuş, bədəni öz-özünə göyərir, onu heç kəs döyməmiş, lakin oğlu onu təhqir etmiş, özü həmin hadisə barəsində polisə şikayət etməmişdir. Ona nəlayiq söz dediyinə görə oğlunun cəzalandırılmasını xahiş edir. Məhkəmə, barəsində inzibati xəta üzrə icraat aparılan və zərəçəkmiş şəxsi dinləyib, materialı tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, iş materialında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərardan görünür ki, Şəxs əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkləran ŞRPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, xx.xx.2025- ci il tarixdə Lənkəran rayonu Kərəgəlan kənd sakini X2 DİN-nin 102 xidmətinə zəng edərək, 2 ay əvvəl qardaşı Fəxrədinin anası Nisəni döyərək hasarını sökməsini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Lənkəran rayonu Kərəgəlan kənd sakini Zərərçəkmiş şəxs isə Lənkəran ŞRPŞ-yə müraciət edərək Lənkəran rayonu Kərgəlan kəndində yerləşən fərdi yaşayış evində oğlu Şəxs onu döyərək xəsarət yetirdiyini bildirmişdir. İş materialında olan Azərbaycan Respublikası, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2025-ci il tarixli, 01 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin İİİ barmağı, sağ sağrı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il il tarixli arayışdan görünür ki, Şəxs əlilliyi yoxdur. Hazırki materialın hüquqi tövsüfü ilə bağlı məhkəmə qeyd edir ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qeyd olunan Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi şəxsin hüquqazidd əməlinin mövcud olması üçün şəxsin qəsdən və ya ehtiyatsızlıqdan həmin əməlin törətməsi lazımdır. Lakin Şəxs qəsdən və ya ehtiyatsızlıqdan hüquqazidd əməl etdiyi aşkar olunmur. Onun təqsiri şübhələrə əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir kiŞəxs əməlində inzibati xəta tərkibi yoxdur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Sadalananları nəzərə alaraq və Şəxs əməlində qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı inzibati xəta tərkibi olmadığına görə məhkəmə hesab edir ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48- 51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-94/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-94/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver