Məhkəmə qərarları › İş №3(049)-941/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-941/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-941/2024 22.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Lənkəran Vəkil bürosunun vəkili X2, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 və tələbkar Zərərçəkmiş şəxs2 nümayəndəsi X4 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Lənkəran rayonu Sinovli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Sinovli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Həsənov X5 Rayon Məhkəməsinin 2(049)-164/2024 saylı və 2(049)-1267/2023 saylı qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X7 bildirmişdir ki, cavabdehin ilkin qətnamə üzrə 2737.23 manat və 30 manat dövlət rüsumu, ikinci qətnamə üzrə isə 2116.76 manat və 37 manat dövlət rüsumu, ümumilikdə 4729.99 manat borcu yaranmışdır. Cavabdeh birinci qətnamədən apellyasiya qaydasında şikayət verəcəyini bəhanə edərək ödəniş etməkdən yayınır, ikinci qətnamə ilə bağlı isə yuxarı orqanlara teleqram göndərməklə şikayətlər edir və bununla da icra sənədini icra etməkdən qəsdən yayınır. Borcluya dəfələrlə xəbərdarlıq edilsə də, o məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Hazırda Bakı şəhərində yaşadığına görə barəsində məcburi gətirmə qərarı çıxarılmış və Bakıda saxlanılmışdır. Borcluya ağır cəza verilməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında bidirdi ki, hazırda işsizdir. Ailədə iki nəfərdirlər. Həyat yoldaşı Sinovlu kənd tibb məntəqəsində işləyir. Bakıya xəstə olduğu üçün müalicə almağa getmişdir. İcra məmuru tərəfindən iki dəfə mesaj gəlib və o, hər iki çağırışa getmişdir. Sahə müvəkkili ona axtarışda olması ilə bağlı heçnə bildirməyib. İş materiallarındakı izahatı o yazmamışdır və imza onun deyil. O, yalnız 22 oktyabr 2024-cü il tarixli izahat yazıb və o izahatdakı imza ona məxsusdur. Qətnaməni alandan sonra şikayət verməyi unutduğu üçün şikayət vermə müddətini ötürmüşdür. Hazırda qətnamədən 5-6 ay əvvəl şikayət verib və hələlik cavab gəlməyib. Əlavə olaraq bildirdi ki, tələbkar Tamellaya 333 manat borcu qalıb, Aliyəyə olan borcunu isə tam öəmişdir. Axırıncı danışıqlarında Aliyə ona bildirib ki, cəmi 130 manat borcu qalıb. Bu barədə əlində səs yazıları var və səs yazılarının çıxarılmasını xahiş edir. Özünü təqsirli bilmir, çünki borcu ödəmişdir. Məhkəmə iclasında borclunun müdafiəçisi Feyruz Əmənullayev bildirdi ki, borclunun ölkəni tərk etmək fikri yoxdur, çünki onun heç xarici pasportu da yoxdur, o, həmişə Sinovlu kəndində yaşayıb və daimi yaşayış yeri bəllidir. Əgər onun barəsində məcburi gətirmə var idisə, polis onu saxladıqdan sonra icra şöbəsinə təhvil verməli idi. İş materiallarında şəxsin həqiqətən də, polis vasitəsi ilə gətirilməsi ilə bağlı sübut yoxdur. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 nümayəndəsi Rasilə Axundova bildirdi ki, o, tələbkarın qızıdır və borclunun onun anasına 2116.76 manat borcu var. Borclu bu günə qədər borcu qaytarmayıb, ona görə barəsində inzibati qaydada həbs qərarı çıxarılmasını xahiş etdi. İş matreallarında olan İcraata başlamaq haqqında qərarların surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)- 1267/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədi üzrə, xx.xx.2024-cü il tarixdə isə, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-164/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “Borclunun axtarılması haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş və qərarın icrası Lənkəran ŞRPŞ-yə həvalə edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və tələbkarın nümayəndəsinin, habelə icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini tam olaraq yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən tam icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 22 oktyabr 2024-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HakimMuradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar