Məhkəmə qərarları › İş №3(049)-945/2023

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-945/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-945/2023 25.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Mirbağış oğlunun iştirakı ilə Şəxs Mirbağış oğlunun barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü X1 Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü X1 Regional İdarəsindən daxil olmuş 06 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 06 aprel 2023-cü il tarixdə saat 10:34 radələrində Lənkəran şəhəri Digay kəndində Şəxs Mirbağış oğlu idarə etdiyi JAC-yük markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla yükdaşıma fəaliyyəti göstərən zaman qanunla müəyyən olunmuş sənədi təqdim etməmişdir. Buna görə 06 aprel 2023-cü il tarixdə Şəxs Mirbağış oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Mirbağış oğlu izahatında bildirmişdir ki, o, yükdaşıma fəaliyyəti ilə məşğul olmur. Həmçinin Azərbaycan Yerüstü X1 Regional İdarəsinin əməkdaşları tərəfindən 06 aprel 2023-cü il tarixdə ondan hər-hansı sənəd tələb edilməmişdir. Barəsində tərtib edilən inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin məzmununa görə: Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Mirbağış oğlunun izahatını dinləyərək və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Mirbağış oğlunun inzibati xəta törətməsi sübuta yetirilmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü X1 Regional İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 06 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola JAK-yük markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşının 06 aprel 2023-cü il tarixdə saat 10 radələrində Lənkəran rayonu Digah kəndində məhz Şəxs Mirbağış oğlu tərəfindən idarə edilməsinə dair hər hansı bir mötəbər sübut əlavə edilməmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş fotoşəkildən Şəxs Mirbağış oğlunun qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməkdən imtina etməsi müəyyən olunmur. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olmasına dair kifayət qədər şübhələrin olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası və ədalətlilik prinsiplərinə əsaslanaraq hesab edir ki, bütün şübhələr barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirbağış oğlunun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0, 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, işdə olan sübutlarla Şəxs Mirbağış oğlunun 06 aprel 2023-cü il tarixdə hər hansı bir inzibati xəta törətmədiyi müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mirbağış oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar