Məhkəmə qərarları › İş №3(049)-946/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-946/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-946/2024 24.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakları ilə xx.xx.1968-cı il tarixdə Lənkəran rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 12 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri, Bazar ərazisində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs taxta parçası ilə döymüşdür və Zərərçəkmiş şəxs bədəni üzərində sol said nahiyəsinə sağlamlığa zərər vurmayan xəsarət - qançır aşkar edilmişdir. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X5 məhkəmə iclasında protokolun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təhqiqatda aparılan araşdırma zamanı zərərçəkmişin izahatı, tibbi ekspertizanın rəyi və digər sübutlarla sübuta yetirilmişdir və onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Lənkəran şəhəri Bazar ərazisində ayaqqabı təmir etməklə ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun işlədiyi yerin qonşuluğunda obyekti vardır və həmin obyekti kirayə vermişdir. 09 iyun 2024-cü il tarixdə səhər saat 09 radələrində o bazar ərazisində olan ayaqqabı təmir etmək üçün nəzərdə tutulmuş yerdə olan zaman Zərərçəkmiş şəxs onu ayaqqabı tikdiyi yerin qonşuluğunda olan mağazaya girdiyini görüb. O, Zərərçəkmiş şəxs həmin yerdən çıxmasını tələb etsə də, Zərərçəkmiş şəxs qışqırmağa başlamışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs qolundan tutub obyektindən çıxarmağa çalışmışdır. Zərərçəkmiş şəxs da, obyektən çıxıb onu döydüyünü deyərək, ondan şikayət edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Onun barəsində qərəzli olaraq məlumat vermişdir .Onunla Zərərçəkmiş şəxs arasında sadəcə sözlə mübahisə olmuşdur. Barəsində olan inzibati xəta haqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Lənkəran şəhəri, Bazar ərazisində kiçik bir mağazası vardır. Onun obyektinin yaxınlığında Şəxs ayaqqabı tikməklə məşğul olur. O, 09 iyun 2024-cü il tarixdə Şəxs mağazasının qarşısında dayanaraq telefonu ilə həmin mağazanın şəklini çəkmək istəmişdir. Bu zaman Şəxs yaxınlıqda olan çayxanada odun kimi istifadə olunan taxta parçasını götürərək onun sol əlinə vurmuşdur. Sonra ondan mağazasından uzaqlaşmağı tələb etmişdir. Bu barədə onların arasında mübahisə yaranmışdır və Şəxs onun qolundan tutaraq onu itələmişdir. Hadisə nəticəsində onun sol qolunda qançır əmələ gəlmişdir. Sonradan o, bu barədə tədbir görülməsi üçün 102 Polis xidmətinə müraciət etmişdir. O, Şəxslə barışmamışdır. Şəxs barəsində cərimə cəzası təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatına uyğun xüsusatları bildirərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Şəxs özünü təqsirli bilmədiyinə baxmayaraq, onun müvafiq inzibati xətanı törətməsi faktı özünün, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Belə ki, “sağlamlığa zərər vurmanın təyininə dair” Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 525 №-li ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - onun sol qoluna nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt eşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəİir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Lənkəran ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən qəbul edilmiş 12 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın təsviri əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri, Sabir küçəsi, dalan 1 ev 16 sakini Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə məlumat verərək, xx.xx.2024-cü il səhər saat 09 radələrində Şəxs onu döyərək xəsarət yetirməsini bildirmiş və Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Təhqiqat zamanı Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Lənkəran şəhəri Bazar ərazisində obyekti vardır. Onun obyektinin yaxınlığında Elman adlı şəxs ayaqqabı tikməklə məşğul olur. Elman ayaqqabı tikən zaman yaranmış zibilləri onun obyektinin qarşısına atdığı üçün onun Elmanla münasibətləri yaxşı deyildir. xx.xx.2024-cü il səhər saat 09 radələrində Lənkəran şəhəri bazar ərazisində olan zaman Elman adlı şəxs ona təhqiramiz ifadələr işlətdiyi üçün aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı Elman adlı həmin şəxs taxta parçasını yerdən götürərək, onun sol qoluna vurmuşdur. O, da, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onlar arasında baş vermiş münaqişə təxminən 1-2 dəqiqə davam etmiş, münaqişə qısa zaman kəsiyində baş verdiyi üçün oraya kənar şəxslər yaxınlaşmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini özü etiraf etməsə də, onun əməli zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş cərimə edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar