Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-947/2022 01.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal ğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi: Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüseynov X3 rayonu, H.Aslanov küçəsində fəaliyyət göstərən «Romantikahədiyyələr» obyektində müvafiq icazə olmadan qanunsuz reklam yayımladığına görə X4 İdarəsi tərəfindən vəzifəli şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 428.7.1-ci maddəsi ilə 17 oktyabr 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş protokolla razı deyildir. Belə ki, o hazırda reklam yayımı ilə əlaqədar X4 İdarəsi ilə müqavilə bağlamış, inzibati xəta hadisəsini aradan qaldırmışdır. Buna görə də başlanılmış inzibati xəta haqqında işə xitam verilməli və o inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X1 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, tərtib edilmiş protokolu müdafiə edir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunauyğun olaraq inzibati tənbeh tədbirnin təyin edilməsini xahiş etdi. Məhkəmə inzbati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb aşağıda qeyd olunanlara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materaillarında olan və məhkəmədə elan edilərək araşdırılmış İRY 000659 №-li xx.xx.2022-ci il tarixli Akt və İMG 000659 saylı xx.xx.2022-ci il tarixli Göstərişdən görünür ki, müvafiq icazə sənədləri olmadan Lənkəran rayonu, H.Aslanov küçəsində fəaliyyət göstərən «Romantika-hədiyyələr» obyektində reklamların X4 İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunmuşdur. Mövcud qanunvericiliyin pozuntularına dair 5 gün ərzində aradan qaldırılmalı olması tələb olunmuşdur. Əks təqdirdə İXM-nin 428.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacağı izah olunmuşdur. İş materaillarında olan və məhkəmədə elan edilərək araşdırılmış xəbərnaməli poçt qəbzindən görünür ki, qeyd olunan göstəriş xx.xx.2022-ci il tarixdə alınmışdır. İş materaillarında olan və məhkəmədə elan edilərək araşdırılmış 17 oktyabr 2022-ci il tarixli 01 saylı Baxış aktından görünür ki, X4 İdarəsinin əməkdaşları tərəfindən 07 oktyabr 2022-ci il tarixli göstərişin yerinə yetirilib-yetirilməməsini yoxlamaq məqsədilə baxış keçirilmiş və baxış zamanı göstərişin icra olunmadığı qanunsuz reklam yayımının dayandırılmadığı müəyyən olunmuşdur. Açıq məkada reklam yerləşdirilməsinə icazədən görünür ki, Şəxs Lənkəran rayonu, H.Aslanov küçəsində fəaliyyət göstərən «Romantika-hədiyyələr» obyektində reklam yayımına icazə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi» Qaydalarının 1.4-cü bəndinə əsasən açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar əmlak, ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları nəzərdə tutulur. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin icazə müqaviləsi bağlanılmadan və ya müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə: 3.5.1. reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim edir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır); 3.5.2. bu Qaydanın 3.5.1-ci yarımbəndinə uyğun olaraq, yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklamın yayılmasının dayandırılması üçün zəruri tədbirlər görür. İXM-nin 428.7.1-ci maddəsində açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-nin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Görüdüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs tərəfindən baş vermiş inzibati xəta hadisəsinin nəticələrini aradan qaldırmış, hazırki halda inzibati xəta mövcud deyildir. İXM-nin 53.1 və 53.1.1-ci maddələrinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-105.1-ci maddələrində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, əməlində xəta tərkibi olmadığından Şəxs barəsində İXM-nin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-947/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-947/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver