Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-947/2023 10.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X15, qərardan şikayət verən şəxs: X21, protokol tərtib etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi X11 03 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X21 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi X11 03 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X21 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən (X6) tərəfindən Lənkəran Rayon Prokrurluğunun xx.xx.2023-cü il tarixli tarixli İnzibati xəta haqqında 01-İX-23 saylı protokoluna əsasən barəsində xx.xx.2023-cü il tarixində isə İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsi ilə qərar qəbul edilərək barəsində vəzifəli şəxs qismində 3500 (üç min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edir ki, onun fəaliyyəti telefon aksesuarları konturlar və danışıq nömrələrinin satışını həyata keçirməkdir. Həmin İnzibati protokolda və qərarda qeyd edilmişdir ki, tərəfindən guya vətəndaş X16 ilə aralarında əmək müqaviləsi olmadan həmin şəxsi işlərin icrasına cəlb etmişdir. Qeyd edir ki, barəsində aparılan inzibati araşdırma ilə razı deyildir. Çünki işəgötürən olaraq onun işçilərinin sayı məlumdur. X16 isə sahibi olduğu Kosmos dükanında heç vaxt işləməmişdir. Astara rayon X7 onun dükanından Azərcel nömrə almış və həmin gün dükanda adamlar çox olduğundan kömək məqsədi ilə təsadüfən Sevinc ailəvi dostları kimi dükanda olduğu zaman həmin nömrəni Cavid Əkbərova o, vermişdir. Sonra əsassız olaraq satılan nömrənin oğurluq olduğunu iddia edən Cavid Əkbərov və atası Əkbər Rəhimov dükanlarına hücüm edərək onu nəlayiq ifadələrlə təhqir etmiş və barəsində 102 xidmətinə məlumat vermişdir. Daha sonra şikayətçilər verdiyi şikayətin əsasssız olduğunu dərk edərək Lənkəran ŞRPŞ-da onlarla barışmışlar. Bu səbəbdən təhqiqatçı Muradın kompyuterdə yazdığı bütün sənədlərə oxumadan imza etmişdir. Sonradan bundan istifadə edən Murad adlı təhqiqatçı sənədləri Lənkəran Rayon Prokruluğuna göndərərk barəsində araşdırma aparılmasını təklif etmişdir. Lənkəran Rayon Prokrurluğu barəsində İXM-nin 114.1.1-ci maddəsi ilə araşdırma apararaq qərar qəbul edilməsindən ötrü, qərar qəbul edərək qeyd edilən qərarı X24 Xidmətinə göndərmişdir. X24 Xidməti də onun barəsində 3500 manat cərimə tətbiq etmişdir. Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılarkən ona Sevinc Məmmədovanı prokurorluğa gətirməsi təklif edilməmişdir. Həmçinin X24 Xidmətində də ona X23 Əmək Müfəttişliyi Xidmətinə gətirməsi təklif edilməmişdir. O, əmək müqaviləsi olmadan heç bir işçi işlətmir. Hətta arvadı İlahə Nabatova ilə belə əmək müqaviləsi vardır. Bütün bunlara görə məhkəmədən qeyd edilən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi X17 bildirdi ki, iş üzrə ilk öncə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı X21 prokurorluğa dəvət edilmiş və izahat verərkən qeyd etmişdir ki, həqiqətəndə X12 heç bir əmək müqaviləsi olmadan işlətmişdir. X21 izahatını imzalayaraq izahatı özünün yazdığını bir daha təsdiq etmişdir. Bunun əsasında Lənkəran rayon prokurorluğu qərar qəbul etmiş və həmin qərar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətində bir daha araşdırma aparılmağa başlanılmış və X18 təklif edilmişdir ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə gətirilməsini təmin etsin. X3 bundan qəti şəkildə imtina etmişdir. Bütün bunlara əsasən X21 qanunvericiliyin tələbinə əsasən 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd edilən halları nəzərə alaraq qərarın qüvvəsində saxlanılması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X20 göstərdi ki, o, X19 tanıyır. X10 həyat yoldaşı İlahə Nabatova ilə rəfiqədir və ona görə X10 işlətdiyi telefon dükanına gedir. Onun “İnstagram” sosail şəbəkəsində səhifəsi vardır və müxtəlif bijuteriya məhsullarını həmin səhifədə reklam edərək onların satışını həyata keçirir. Həmin bijuteriya əşyalarının bəzilərini İlahə Nabatovanın dükanından alaraq “İnstagram” sosial şəbəkəsində yerləşdirir. 09 mart 2023-cü il taarixdə yenidən İlahə Nabatovanın işlədiyi dükana gələrək müxtəlif bəzək əşyalarına baxmış və bir qədər sonra evə getmişdir. O, heç vaxt Elvin Nabatovun dükanında işləməmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi X11 03 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X21 işəgötürən kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq X9 yazılı əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə görə barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətində verdiyi izahatından görünür ki, X21 izahat verərək X12 72 saat müddətində əmək müqaviləsi olmadan işlətdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Şəhər Rayon X25 Bölməsinin təhqiqatçısı X27 tərəfindən qəbul edilmiş 19 yanvar 2023-cü il traixli Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın surəti X21 barəsində İXM-nin 192-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Rayon Prokurorluğuna göndərilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi X11 03 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin göndərilməlidir. Belə ki, işin məhkəmədə müəyyən olunan hallarından görünür ki, X21 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, X1 Sevinc Fikrət qızı ilə əmək müqaviləsi bağlamamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunsuz olaraq, yəni əmək müqaviləsi bağlanılmadan işləməsi qeyd edilən şəxs – X16 barəsində hər hansı məlumat inzibati xəta haqqında araşdırma aparan orqan tərəfindən əldə edilməmişdir. İş materiallarında, nə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda, nə prokurorluq orqanlarında aparılmış araşdırma zamanı müəyyən edilməmişdir ki, ümumiyyətlə X2, nə vaxt, hansı müddət ərzində harada və necə işləmiş, barəsində inzibati xəta haqqında qərar qəbul etmiş şəxslə münasibətləri nədir kimi hallar ümumiyyətlə araşdırılmamışdır. Araşdırma o qədər səthi aparılmışdır ki, ümumiyyətlə X5 şəxsiyyəti belə nə təhqiqat zamanı, nə də prokurorluqda müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, həmin şəxs Məmmədova deyil X13r. Məhkəmə hesab edir ki, iş üzrə ən vacib şəxs, yəni qanunsuz işləməsi iddia edilən şəxs dindirilmədən, izahatı alınmadan, şəxsiyyəti müəyyən edilmədən hər hansı inzibati xəta haqqında qərarın qəbul edilməsi qanunsuz olmaqla yanaşı məntiqsizdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti inzibati xəta haqqında qərar qəbul edərkən məhz X10 izahatına əsaslanmışdır ki, sonuncu izahatlarında şəxsi qanunsuz olaraq əmək müqaviləsi bağlamadan işlətdiyini etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu baxımdan məhkəmə hesab edir ki, şəxsin etirafı yalnız başqa sübutlarla tam təsdiq edildiyi halda sübut növü kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidməti tərəfindən X10 barəsində inzibati xəta haqqında araşdırma aparılarkən qanunvericiliyinin tələblərinə riayət edilməmiş, araşdırma səthi aparılmışdır.. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi X11 03 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin rəisi X11 03 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-947/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-947/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver