Məhkəmə qərarları › İş №3(049)-947/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-947/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-947/2024 24.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbasov Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Şağlaküçə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Lənkəran rayonu, Şağlaküçə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2014-cü təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanıması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşağa görə 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsinə dair Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2189/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 07 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-2189/2024-005 saylı xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən ondan xx.xx.2024-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində alimentin tutulub X4 verilməsi qərara alınmışdır. Ümumilikdə hazırki tarixədək 1620 manat aliment borcu vardır. O aliment borcunun ödənilməsindən yayınmır, işsiz olduğundan alimenti ödəyə bilmir. İşlə təmin olunan kimi aliment borcunu ödəyəcəkdir. Hal-hazırda zərərçəkmiş şəxs X6 ilə alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Buna görə də barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, borclu Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir. Hazırda icra sənədi üzrə borclunun aliment borcu 1620 manat təşkil edir. Borclu Şəxs ilə alimentin ödənilməsi ilə əlaqədar aralarında razılığa gəlmişlər. Ərizəsinin nəzərə alınaraq Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(049)-2189/2024 saylı icra sənədinə görə borclu Şəxs xx.xx.2024-ci il tarixdən başlayaraq xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Hazırda 1620 manat borcu qalmışdır. Borclu Şəxs icra məmurunun bütün çağırışları üzrə icra qurumuna gəlmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X6 arasında razılaşmanın nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(049)- 2189/2024 saylı qətnaməsi üzrə icra vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2014-cü ildə anadan olmuş X7 və xx.xx.2015-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 135 manat olmaqla, cəmi 3 uşağa görə cəmi 405 manat sabit pul məbləğində aliment tutulub X4 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(049)-2189/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(049)- 2189/2024 saylı qətnaməsi üzrə icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron hökumət portalından çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun bütün çağırışları üzrə icra qurumuna gəlmişdir. Onun tələb üzrə hazırda 1620 manat aliment borcu vardır. Alimenti ödəyə bilməməsinin səbəbi işləməməsi ilə əlaqədardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə razılığa gəldiklərini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxsin şikayətçi olmadığını, borclu ilə razılığa gəlməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından Şəxs barəsində İXMnin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxsnun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar