Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-948/2023 06.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, protokol tərtb edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin rəis müavini X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 nümayəndəsi X6 iştirakı ilə, Hüquqi şəxs X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən hüquqi şəxs X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 may 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs X12 tərəfindən işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilməməsi faktının aşkar olunması göstərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinin rəis müavini X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, İcbari Sığorta Bürosunun X5 Xidmətinə ünvanladığı məktubundan X9 işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməməsi halı müəyyən edilmiş, bu məqsədlə tərəflərindən X4 Alt Sistemi vasitəsi ilə icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərə xəbərdarlıq edilmişdir. Xəbərdarlığa baxmayaraq X9 işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməməsi müəyyən edilmişdir. X9 direktoru X5 Xidmətinə dəvət olunsa da, gəlmədiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 may 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 1999-cu ildən yaradılmış və həmin tarixdən hazırkı vaxtadək onların elektron protokol tərtib etmək kimi bir imkanı yoxdur, onlar sadəcə vizual olaraq elektron qaydada müşahidə edə bilir və bunun nəticəsində də inzibati xətanı aşkar edirlər. Məhz göstərilən səbəbdən elektron protokolun tərtib edilməsi onların imkanı xaricindədir. İcraat aparılarkən hər hansı pozuntuya yol verilməmiş, inzibati xəta iş materialları və protokol ilə tam təsdiq edildiyindən hüquqi şəxs X12 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 nümayəndəsi X10 bildirdi ki, tərtib olunmuş protokol qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, idarə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 akspekt göndərmişdir ki, müqaviləni bağlamaq istəyirlər və məşğulluq alt sistemində idarənin neçə nəfər işçisinin olması görünür. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 real olaraq həmin halı əyani olaraq yoxlayır. Həmin danışıqların aparılması üçün müəyyən müddtdə vaxt gedir və təsdiq olunması da ödəniş tapşırığı əsasında olur. Nəqədər ki, ödəniş tapşırığı müəssisəyə daxil olmamışdır həmin müavilə alt sistemdə görsənmir. Ödəniş tam olduqdan sonra müavilə alt sistemdə görünür. İdarədən asılı olmayan müddət itkisi ki vardır məhz həmin müddət aralığında iki protokol tərtib edilmişdir. Həmin protokollardan biri müəssisənin direktoru barəsində tərtib edilmişdir. Müəssisəsinin direktoru həmin cəriməni ödəmişdir. Onlar firma olaraq sahibkarlıqla məşğul olurlar və dövlətə vergi ödəyirlər. Onların firması sərnişin daşımaqla məşğul olur və firmanın 17 avtobusu mövcuddur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 böyük firmalar ilə kiçik firmalar arasında heç bir fərq qoymadan cərimə tətbiq edir. Ölkə üzrə bütün dövlət orqanları elektronlaşdırılmışdır. Mümkün deyildir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 elektron formada protokol tərtib edə bilməsin. Məhz apellyasiya məhkəməsi bu halı əsas götürərək məhkəmənin qərarını ləğv etmişdir. Yəni Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 protokolu elektron formada tərtib etməli idi. Lakin bütün bunlarla yanaşçı indiki halda inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bütün bunların nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş X5 Xidmətinin X11 ünvanladığı 13 may 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin birinci hissəsinə əsasən, İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmə hallarından icbari sığortalanmasını təmin etməlidir. Bu məqsədlə X4” altistemi vasitəsilə icbari sığorta müqaviləsi bağlamayan və ya hüquqi qüvvəsi olmayan icbari sığorta müqaviləlri üzrə işəgötürənlərə müvafiq xəbərdarlıq edilmişdir. Müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə "X4” aitsisteminin müqayisəli təhlilləri nəticəsində tərəfinizdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərinizdə inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 18 may 2022-ci il tarixdə saat 11:00-da X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə (Lənkəran şəhəri, H.Z.Tağıyev 118, Əlaqə: *** *** ** **, daxili 025 5 12 62) dəvət olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2- ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. MMC–nin rəhbərliyinin və ya səlahiyyətli nümayəndənin iştirakının təmin olunması və iş üzrə olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş poçt xəbərnaməsinin surətindən görünür ki, X11 ünvanlanmış 13 may 2022-ci il tarixli məktub 14 may 2022-ci il tarixdə Mehdiyev tərəfindən imza olunmaqla qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(106)-279/2023 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlər və izahatlarla hüquqi şəxs X12 tərəfindən İXM-in 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Göstərilənlərə yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hüquqi şəxs kimi X9 inzibati xətanı törətməsinin 18 may 2022-ci il tarixdə müəyyən edilməsini, həmin tarixdən 1 ildən artıq müddət keçməsini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə İXM-nin 38.1-ci maddəsi tətbiq edilməli və iş üzrə icraata xitam verilməldir. Belə ki, İXM-nin 53.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüquqi şəxs X12 İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 53, 114-115-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə inzibati xəta haqqında iş üzrə icraata cəlb etmə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-948/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-948/2023
06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver