Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-949/2022 03.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1 iştirakı ilə, Lənkəran rayonu, Sütəmurdov kənində qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 18 oktyabr 2022-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Cənub Ərazi Baş Gömrük İdarəsi “Lənkəran” gömrük postundan daxil olmuş xx.xx.2022-ci il tarixli 34/019/006065 saylı raportun icrası ilə əlaqədar tərəfimdən araşdırma gparılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Nicat Ramazanovun idarə etdiyi “Scania” markalı “20EM972/20ZB245" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “00035” saylı CMRə və “MV/EX/053/22” nömrəli İnvoysa əsasən Şri-Lanka Respublikasında yerləşən “X2 PLC” şirkətindən Azərbaycan Respublikası Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən hüquqi şəxs “SNAX MMC" (VÖEN: **********) şirkətinin ünvanına “qara çay” (Barkodu: **********00613) yükü gətirərkən, xx.xx.2022-ci il tarixdə, saat təqribən 14 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində yükə dair müşaiyət sənədlərinin Gömrük xidmətinin “VAİS” Program Təminatında qeydiyyatı aparılarkən, həmin yükə dair gısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs "xxxx" MMC-nin qanuni təmsilçisi X4 inzibati xəta haqqında protokola etiraz etməyərək bildirmişdir ki, şirkətin ünvanına gələn mallara dair qısa idxal bəyannaməsi verilməmişdir. Sürücü sərhəddi keçməsi ilə bağlı onlara vaxtında məlumat vermədiyindən qeyd olunan mallara dair qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir.Gömrük qaydalarının pozulduğunu etiraf edirlər. Göstərilənlərə əsasən qanuna müvafiq qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə proses iştirakçısının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Cənub Ərazi Baş Gömrük İdarəsinin Lənkəran gömrük postunun rəisi X3 tərəfindən verilmiş raportdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı Nicat Ramazanovun idarə etdiyi “Scania” markalı “20EM972/20ZB245" dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə “00035” saylı CMR-ə və “MV/EX/053/22” nömrəli İnvoysa əsasən Şri-Lanka Respublikasında yerləşən “X2 PLC” şirkətindən Azərbaycan Respublikası Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən hüquqi şəxs “SNAX MMC" (VÖEN: **********) şirkətinin ünvanına “qara çay” (Barkodu: **********00613) yükü gətirərkən, xx.xx.2022-ci il tarixdə, saat təqribən 14 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsi “Astara” gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində yükə dair müşaiyət sənədlərinin Gömrük xidmətinin “VAİS” Program Təminatında qeydiyyatı aparılarkən, həmin yükə dair gısa idxal bəyannaməsi təqdim edilmədiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən İXM-NİN 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-949/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-949/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver