Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-949/2023 12.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 18.15 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X4, protokol tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X7, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran şəhəri, Koroğlu küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 12 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 27 mart 2023-cü il tarixdə Lənkəran şəhəri, Koroğlu küçəsində ictimai yerdə Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş etmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib edən şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs 27 mart 2023-cü il tarixdə Lənkəran şəhəri Koroğlu küçəsində Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmiş etmişdir. Şəxslərin izahatı alındıqdan sonra Şəxs barəsində protokol tərtib edilmişdir. Şəxs inzibati qaydada tutulmadığına görə tutma protokolu tərtib edilməmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşından onların həyətinin bir hissəsini alğı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi qardaşının şəxsi mülkiyyətində olmuşdur. Zərərçəkmiş şəxs onların qonşuluğuna gəldikdən sonra həmin yerdə ev tikməyə başlamışdır. Evi tikinti qaydalarına uyğun olmayaraq tikdiyi üçün İcra Hakimiyyəti tərəfindən cərimə edilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs İcra hakimiyyətinə onun tərəfindən şikayət olunmasını düşünərək onunla münasibətini pozmağa başlamışdır. 27 mart 2023-cü il tarixdə işdə olarkən ona evin işıqlarının kəsildiyini bildirmişlər. Həmin vaxt qardaşına zəng edərək evə getməsini və işıqların hansı səbəbdən kəsildiyini öyrənməsini demişdir. Bir qədər sonra qardaşı onunla əlaqə saxlayaraq işığı Rufullanın kəsdirdiyini və sayğacı şəbəkədən ayırdığını bildirmişdir. Bundan sonra evə gələrək Rufullaya hansı səbəbə onun işığını kəsdirdiyini soruşmuşdur. Rufulla isə ona əcəb etdiyini, onun işıq xəttinin onların həyətindən keçdiyi üçün işığı ayırdığını bildirmişdir. Bundan sonra o, işıq idarəsinə gedərək bu barədə şikayət etmişdir. 27 mart 2023-cü il tarixdə Rufullaya qarşı heç bir kobud hərəkət etməmiş, onu təhqir etməmiş, həmçinin ümumiyyətlə heç bir nalayiq söz deməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X3 da şəxsin əməlində heç bir xəta tərkibi olmadığını bildirib inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs onun kqonşusudur. O, Şəxs qardaşından alqı-satqı yolu ilə torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Şəxs yaşadığı evin yanındadır və onların torpaqlarını daş çəpər ayırır. O, həmin torpaq sahəsini aldıqdan bir-neçə gündən sonra Şəxs ona onlarından da həyətini almasını bildirmiş, o isə Şəxs həmin həyəti almağa maddi imkanının olmadığını bildirmişdir. Bundan sonra Şəxs mütəmadi olaraq onu narahat etməyə başlamış, onun həmin həyətdə tikinti işlərini aparmasına maneçiliklər törətmişdir. 27 mart 2023-cü il tarixdə İşıq İdarəsinə rəsmi ərizə ilə müraciət edərək qonşusu Şəxs adlı şəxsin işıq sayğacının onun çəpərində quraşdırıldığını və onun işıq xəttinin onun həyətindən keçdiyini bildirmiş və işıq xəttinin onun həyətindən götürülməsini xahiş etmişdir. Bununla bağlı İşıq İdarəsi tərəfindən ona mantyor verilərək işıq sayğacını və işıq xəttinin yerini dəyişməyə icazə verilmişdir. İşıq sayğacının və işıq xəttinin yerini dəyişdirərkən Şəxs oraya gələrək onların işınə mane olmuşdur. Həmin vaxt Şəxs səs-küy salmağa başlamış və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bu səbəbdən o da, DİN-nin 102 xidmətinə zəng edərək Şəxs etdiyi hərəkətlər barədə məlumat vermişdir. Hazırda Şəxs ilə barışmamışdır və ona sərt cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs evində usta işləyir. 27 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs evində olarkən Rufullanın bir nəfər mantyor gətirərək qonşu Şəxs işıq sayğacını və işıq xəttini sökdüyünü görmüşdür. Bundan bir qədər sonra isə Şəxs ora gələrək səs-küy salmağa başlamış və ucadan nalayiq küçə öyüşlri söyməyə başlamışdır. Bu səbəbdən də Zərərçəkmiş şəxs DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs evində usta işləyir. 27 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs evində olarkən küçədən səs-küy gəldiyini eşitmişdir. Bununla bağlı küçəyə çıxarkən Şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq küçə söyüşləri söydüyünü eşitmişdir. Sonradan isə bilmişdir ki, Zərərçəkmiş şəxs Şəxs işıq sayğacını sökdürdüyü üçün Ramin münaqişə yaradır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 27 mart 2023-cü il tarixli, DİN-nin 102 xidmətinin məlumatından görünür ki, Zərərçəkmiş şəxs 27 mart 2023cü il tarixdə saat 12:48-də DİN-nin 102 xidmətinə müraciət edərək Şəxs adlı şəxs tərəfindən söyülərək təhqir edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 07 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək 27 mart 2023-cü il tarixdə Şəxs adlı şəxs tərəfindən söyülərək təhqir edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 07 aprel 2023-cü il tarixli, 3-17-1/2-74839/2023 nömrəli məktubundan görünür ki, Şəxs heç bir növ pensiya və müavinət almır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyəti yüngülləşdirən hal, habelə İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, Şəxs həbsdə saxlama müddətinin əvvəlinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, materiala şəxsin barəsində inzibati qaydada tutma haqqında protokol əlavə edilməmişdir. İXM-nin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə hesab edir ki, şəxsin inzibati tutma müddətinin əvvəli, faktiki olaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan hesab edilməlidir. Məhkəmə, bu qənaətə gələrkən “İnsan hüquqları və Azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 3.5-ci bəndlərini rəhbər tutmuşdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən saat 18:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-949/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-949/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver