Məhkəmə qərarları › İş №3(049)-949/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-949/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-949/2024 25.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X6, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis baş leytenantı X2, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafiəçi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxxx 1966-cı il tarixdə Lənkəran rayonu, Viyən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayonu, Kənarmeşə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsin təhqiqatçısı X3 17 oktyabr 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması üçün qərarın icrasının Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X1 həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən MN ******* seriyalı, 25 oktyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 oktyabr 2024-cü il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində Zərərçəkmiş şəxsnnı şəxsi münasibətlər zəmmində vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2, oğlu bildirdi ki, Şəxs 12 oktyabr 2024-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kəndində öz yaşadığları evdə şəxsi münasibətlər zəmmində gəlini Zərərçəkmiş şəxs vurmaqla sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti X1 göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İş məhkəməyə göndərildikdən sonra tərəflər barışmışdır. Ona gördə qanunvericiliyə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 12 oktyabr 2024--ci il tarixdə, səhər saatlarında bağda olan zaman oğlu Turalın eində səs-küy gəldiyini eşidib evə getmişdir. Evə qalxdıqdan sonra qudası Aygün qışqırmağa başlamışdır. Ondan qışqırmamasını tələb etmiş o zaman gəlini Mirleyla onun üzərinə gələrək onu itələmişdir. Onları qudası Rəşadət ayırmışdır. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 12 oktyabr 2024-ci il tarixdə, günorta saatlarında Lənkəran rayonu, Kənarmeşə kəndində əri Tural ilə aralarında mübahisə olmuş və bu mübahisəyə qaynanası onun üzərinə gələrək boynunda tutaraq sıxmışdır. Daha sonra əli ilə tutaraq onu vurmuşdur. Hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik hüquqi şəxsinin 12 oktyabr 2024-cü il tarixli 984 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyun, sol çənə bucağı nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İş üzrə məhkəmə araşdırması zamanı həm barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, həm zərərçəkmiş şəxs hər ikisi məhkəməyə ərizə təqdim edərək barışdıqlarını bildirmişlər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 25 oktyabr 2024-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar