Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-95/2025 28.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17:20 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi polis leytenantı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən vəkil X4 iştirakları ilə, xx xxxxxx 1994-ci il tarixdə Astara rayonu, Siyəkü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Astara rayonu, Siyəkü kəndində qeydiyyatda olan və yaşayan (FİN:5O7PG6H ) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər- Rayon Polis Şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 28 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 28 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 26 yanvar 2025-ci il tarixdə, saat 11:00 radələrində Lənkəran Rayon Şəhər Polis Şöbəsinə yaxınlaşaraq heç bir səbəb olmadan qapını, pəncərəni təpik-yumruqla vuraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X8 göstərdi ki, Lənkəran Rayon Polis X3 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. 26 yanvar 2025-ci il tarixdə, saat 11.00 radələrində X1 Rayon Şəhər Polis Şöbəsinə yaxınlaşaraq heç bir səbəb olmadan qapını,pəncərəni təpik-yumruqla vuraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şahid2 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. 26 yanvar 2025-ci il tarixdə, saat 11.00 radələrində Lənkəran Rayon,Şəhər Polis Şöbəsinə yaxınlaşaraq heç bir səbəb olmadan qapını, pəncərəni təpik-yumruqla vuraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə polis nəfəri vəzifəsində xidmət edir. 26 yanvar 2025-ci il tarixdə, saat 11.00 radələrində Lənkəran Rayon Şəhər Polis Şöbəsinə yaxınlaşaraq heç bir səbəb olmadan qapını, pəncərəni təpik-yumruqla vuraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 21 yanvar 2025-ci il tarixdə, günorta saatlarında idarə etdiyi VAZ-21011 makalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lənkəran şəhət ərazisində yerləşən “SS petrol” yanacaqdoldurma məntəqəsində maşına 11 manatlıq benzin doldurmuş və Astara rayonu istiqamətində idarə etməyə başlamışdır. Ələt-Astara yolunda hərəkət edən zaman maşının sürəti aşağı düşmüş və o maşını saxlamış və maşının motorxanasının kapotunu açanda görmüş ki, motorxana tam yanğın içərisindədir. O, maşını Astara rayonu ərazisində olan ustaya göstərmiş ustada demiş ki, benzinin yaxşı olmadığına görə bir ədəd giliz yanmışdır. Bu problemlərə görə ona 650 manat zərər dəymişdir. O, yanacaqdoldurma məntəqəsinə gedərək oranın rəhbərliyinə iradınıı bildirmiş ki, satılan keyfiyyətsiz benzinə görə ona 650 manat ziyan dəyib heç olmasa ona ziyanın yarısını ödəsinlər onlarda bunu rəd etmişlər. O, da əsəbləşərək polos şöbəsinə getmiş içəri keçmək istəyəndə ona icazə verməmişlər o, da əsəbləşərək təpik və yumruqla qapıya bir neçə zərbə vurmuş orda olan polis əməkdaşları onu sakitləşdirmək çalışan polis işçisini yumruqla vuraraq və əynində olan paltarı cırmışdır. Törətdiyi əməldən peşmandır. Özü İİ Qarabağ müharibəsində iştirak etmiş və medallarla təltif edilmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X6 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində heç bir inzibati xəta tərkibi olmadığını nəzərə alıb icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş. 26 yanvar 2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:10 dəqiqədə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş. 27 yanvar 2025-ci il tarixli qərardan görünür ki, araşdırma materialı üzrə Şəxs Azərbaycan Respublikası CMnin 315.1-ci maddəsi ilə ittihamın elan olunmaı üçün kifayət qədər sübutların olmadığından o, həbsdən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 26 yanvar 2025-ci il tarixli raportdan görünür ki, 26 yanvar 2025-ci il tarixdə, saat 11.00 radələrində Lənkəran Rayon Şəhər Polis Şöbəsinə yaxınlaşaraq heç bir səbəb olmadan qapını, pəncərəni təpikyumruqla vuraraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bunun heç bir nəticəsi olmamış, sonuncu polis əməkdaşlarına əl qol hərəkətləri ilə müqavimət göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Astara rayon Siyaku kənd sakini Şəxs barəsində Lənkəran Şəhər Polis Şöbəsinin Növbətçi hissəsində yığılan inzibati kartotektasında son bir il ərzində heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 26 yanvar 2025-ci il tarixli, 62 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədəni üzərində hər- hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 26 yanvar 2025-ci il tarixli, 000136 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən görünür ki, Şəxs şərxuşluq vəziyyəti aşkar edilməmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, X7 İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 26 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində ictimai yer hesab olunan Lənkəran ŞRPŞnin qarşısındakı ərazisində küçəsi ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs İİ Qarabağ Müharibəsində iştirak edərək medallarla təltif edilməsini onun məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. İş materiallarından müəyyən olunur ki, Şəxs 26 yanvar 2025-ci tarixdə, saat 18.10-da tutulmuş, daha sonra 27 yanvar 2025-ci il tarixdə, saat 18.00-da tutulmadan azad edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin həmin işlə şübhəli şəxs qismində saxlanıldığı müddətdə ümumi həbs müddətinə daxil edilməli və həbsetmənin əvvəli 26 yanvar 2025-ci il tarixdən, saat 18.10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 26 yanvar 2025-ci il tarixdən, saat 18:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-95/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-95/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver