Məhkəmə qərarları › İş №3(049)-955/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-955/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-955/2024 28.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran Şəhər Rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, 15 avqust 1998-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Ağdaş rayonu, Ağdaş şəhəri, X12 küçəsi ev 44 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi : Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi 28.10. 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Lənkəran şəhəri Qala ərazisində xidmət aparan polis əməkdaşlarının ünvanına nalayq ifadələri işlətməklə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu əməlləri ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 məhkəmə iclasında iştirak edib, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Şəxs müvafiq inzibati xətaları törətməsi şahidlərin izahatları və digər iş materialları ilə də tam sübuta yetir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzabati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, protokolda qeyd edilən inzibati xəta əməlini törətməkdə özünü qismən təqsirli bilir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13:00 radələrində Lənkəran şəhəri Qala ərazisində X7 ilə birlikdə sosial təminatıları pis olduğu üçün və qohumlarının balaca uşaq xəstə olduğu üçün pul yığırmışlar. Polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim edib bu hərəkətlərinə son qoymağını istəmişlər. O, da polis əməkdaşlarının tələbi ilə razılaşaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Etdiyi əməldən çox peşmandır. Məhkəmədən onun barəsində ən yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə iclasında verdiyi izahatdan fərqli olaraq Şəxs polisdə verdiyi izahatındabildirmişdir ki, polis əməmkdaşları ona yaxınlaşaraq bu hərəkətlərinə son qoymasını ona bildirmişlər. O, isə ictimai qaydanı söyüşlü formada etikadan kənar ifadələr işlədərək pozmuş, polis əməkdaşları onu sakitliyə dəvət etdikdə yenidən uca səslə hayküy salıb,”biz heç kimdən qorxmuruq, bizə heç kim heç nə edə bilməz” ifadələrini işlətmişdir. İşin məhkəmə baxışında şahid qismində iştirak edən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPXB–nin polis nəfəri X3 izahatında bildirdi ki, xx.xx.2024 cü il tarixində saat 13:00 radələrində Lənkəran ŞRPŞ-nın PPXB-nın tağım komandiri Azər İbrahimli və polis nəfəri Şiriyev İmran ilə birlikdə xidmətdə olan zaman Lənkəran şəhəri Qala ərazisində X7 və Şəxs sosial təminatının pis olmasını bəhanə edib dilənçiliklə məşğul olduğunu aşkar ediblər. Şəxslərə yaxınlaşıb özlərini təqdim ediblər, hərəkətlərinə son qoymasını bildirdikdə isə ictimai qaydanı söyüşlü formada etikadan kənar ifadələr işlədərək pozub, Şəxs sakitliyə dəvət etdikdə yenidən uca səslə hay-küy edib,”biz heç kimdən qorxmuruq, bizə heç kim heç nə edə bilməz” ifadələrini işlədərək törətdikləri inzibati xətanı yenidən nalayiq söyüşlər işlədərək xuliqanlıq hərəkətlərinə davam etmişdir. Polis əməkdaşları ona qanunu izah edərək, törətmiş olduğu inzibati xətaya görə müvafiq araşdırma aparılmasından ötrü onlarla birlikdə Lənkəran ŞRPŞ-ya getməyi tələb ediblər. Şəxs ilkin olaraq onlarla polis şöbəsinə getməkdən imtina etmişdir. Sonradan onlarla birlikdə törətmiş olduğu qanunazidd əməli dərk edib, polis əməkdaşlarıyla birlikdə Lənkəran ŞRPŞ-ya gəlmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən polis əməkdaşları X4 da izahatında X1 izahatında qeyd etdiyi xüsusatları təsdiqlədi. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, həmçinin inzibati xata haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 28 oktyabr 2024-cü il saat 17:50-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar