Məhkəmə qərarları › İş №3(049)-957/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-957/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-957/2024 28.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdim: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 1057 nömrəli aktına əsasən Şəxs sidiyində OPİ (heroin, tiryək) aşkar olunduğuna görə onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı X3 tərəfindən İXM-nin 206-cı maddəsi ilə 28 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi. 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2002-ci il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması” Qaydasının 3-1-ci bəndinin tələbinə görə tibbi yoxlama icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti əsasında aparıldıqda, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmaması həkim-narkoloq tərəfindən müəyyən edilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən tibbi yoxlama aparılarkən həkim-məsləhət komissiyasının üzvləri yoxlanılan şəxs haqqında məlumatları və yoxlamanın nəticəsini xüsusi jurnalda qeyd edirlər. Şəxsin tibbi yoxlamadan keçməsi haqqında həkimnarkoloqun və ya həkim-məsləhət komissiyasının tərtib etdiyi rəydə onun narkoloji xəstəliyə düçar olub-olmaması, düçar olduğu halda xəstəliyin növü, mərhələsi və bununla əlaqədar müalicəyə ehtiyac dərəcəsi əks etdirilir. Həmin Qaydanın 10-cu maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən inzibati, cinayət və mülki işin aparılması prosesində narkologiya sahəsində xüsusi biliyim olması tələb olunarsa, inzibati, cinayət və mülki məsuliyyətə cəlb olunan şəxsə aid aşağıdakı hallarda narkoloji-tibbi yoxlama təyin edilə bilər: cinayət məsuliyyətinə cəlb olunan, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxsin insan psixikasına təsir edən maddələrdən istifadə etməsi haqqında məlumat və həmin şəxsin narkoloji xəstəlikdən əzab çəkməsindən şübhələnməyə əsas olduğu hallarda; insan psixikasına təsir edən maddələrin istifadəsi nəticəsində cinayət, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törədən zaman şəxsdə psixotik pozuqluqlar müşahidə olunarsa, onun anlaqlı və ya anlaqsız vəziyyətdə olmasını müəyyənləşdirmək üçün müvafiq istintaq və ya məhkəmənin qərarı əsasında (ambulator və ya stasionar şəraitində): bu hallarda tibbi yoxlamanın nəticəsinə əsasən müvafiq tibbi xarakterli məcburi tədbirlər haqqında məsləhət verilə bilər; mülki proseslərdə insan psixikasına təsir edən maddələrdən sui-istifadə nəticəsində vətəndaşın fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması məsələsi haqda, həmin vətəndaşın narkoloji xəstə olub-olmamasına müəyyən etmək üçün; inzibati xətalar haqqında işlər üzrə icraat zamanı inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyən etmək üçün; inzibati, cinayət və mülki işin aparılması gedişində narkologiya sahəsində biliyin olması tələb olunduğu digər hallarda. Həmin Qaydanın 16-1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olubolmamasını müəyyən etmək məqsədi ilə keçirilmiş tibbi yoxlamanın nəticəsi yoxlama aparılması haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti narkoloji müəssisəyə daxil olduğu andan 24 saat müddətində müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Həmin Qaydanın 16-2-ci maddəsinə əsasən həkim-narkoloq qarşısında qoyulmuş sualları ambulator şəkildə həll edərək, tibbi yoxlamanın nəticəsi barədə rəy tərtib edir və rəydə aşağıdakılar əks etdirilir: 16-2.1. tibbi yoxlama keçirən şəxsin soyadı, adı, atasının adı, yaşı, yaşadığı yer; 16-2.2. tibbi yoxlama aparılmasının vaxtı və yeri; 16-2.3. tibbi yoxlamanın aparılması üçün əsas verən sənəd (icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) müraciəti); 16-2.4. həkim-narkoloq qarşısında qoyulan suallar; 16-2.5. tibbi yoxlama zamanı aparılmış müayinələr, rəyin əsaslandırılması. 16-3. Rəy həkim-narkoloq tərəfindən imzalanır və narkoloji müəssisənin möhürü ilə təsdiq edilir. 16-4. Həkim-narkoloq aparılmış müayinələrə və imzaladığı rəyə görə məsuliyyət daşıyır. Təqdim edilmiş materiallardan göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində yuxarıda göstərilən Qaydaların tələblərinə müvafiq olaraq heç bir tibbi yoxlama aparılmadan və rəy tərtib edilmədən, yalnız həkim-narkoloq Vüqar Əliyev və tibb bacısı A.Qurbanova tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 1057 №-li akta əsaslanmaqla inzibati xəta haqqında hazırki protokol tərtib edilmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bu səbəbdən də həmin çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə tərtib olunmuş 28 oktyabr 2024cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X1ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tərtib olunmuş 28 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 Şöbəsinə geri qaytarılsın. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar