Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-96/2025 30.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Abbasov Fərid Şahüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, zərər çəkmiş şəxslər ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 və Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Lənkəran rayonu, Bəliton kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Bəliton kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(049)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(049)- 1805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(049)-3581/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Lənkəran Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs barəsində icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli CP/55260/86/16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 10.517,87 manat, faiz borcu 1.158,96 manat olmaqla, cəmi 11.676,83 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməlidir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1805/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" KB ASC-nin xeyrinə 1734 AZN əsas, 286,36 AZN faiz, 13,9 AZN cərimə, cəmi 2034,26 AZN borc və 40.35 AZN ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3581/2023 nömrəli xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən 1435 AZN əsas kredit borcu, 191.05 AZN cərimə olmaqla, cəmi 1626.05 AZN, həmçinin 36.26 AZN ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2, X1 və Şəxs müştərək qaydada cəmi 8178.87 manat məbləğində kredit borc və 80 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməlidir. Lənkəran Rayon 1 saylı Notariat Konturu tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli icra icra vərəqəsinə əsasən Şəxs cəmi 544 manat 96 qəpik borc tutularaq Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməlidir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam icra etməmişdir. Hazırda 23797,62 manat borcu qalmışdır. Borclu Şəxs icra məmurunun bütün çağırışları üzrə icra qurumuna gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 12 il daxili işlər orqanlarında mühafizə strukturunda xidmət etmişdir. Xidmətdən xaric edildiyi üçün maddi vəziyyətində çətinliklər yaratmışdır. Azyaşlı övladının ağır xəstəlikdən əziyyət çəkməsinə görə onun müalicə xərclərinə görə məcbur olaraq kreditlər götürmüş, lakin işdən çıxdığı üçün icra sənədləri üzrə tələbi yerinə yetirə bilməmişdir. İcra sənədləri üzrə kredit borclarını ödəməkdən boyun qaçırmır. Yaxın günlərdə işlə təmin ediləcəkdir. Hal-hazırda Zərərçəkmiş şəxs1 ASC-yə borcundan 500 manat ödəniş etmişdir. Qalan borclarını da ödəyəcəkdir. Maddi imkansızlıq üzündən kredit borclarını ödəyə bilmədiyi üçün səmimi peşmançılıq hissi keçirir. Qeyd olunanları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 bildirdi ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2, X1 və Şəxs müştərək qaydada cəmi 8178.87 manat məbləğində kredit borc və 80 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməlidir. Hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs heç bir şikayəti yoxdur. Belə ki, Şəxs ilə növbəti aylarda ödənişlərin ediləcəyi ilə bağlı razılığa gəlmişlər. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə1 bildirdi ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli CP/55260/86/16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 10.517,87 manat, faiz borcu 1.158,96 manat olmaqla, cəmi 11.676,83 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1SC-nin hesabına ödənilməlidir. Bundan başqa, Lənkəran Rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli icra icra vərəqəsinə əsasən Şəxs cəmi 544 manat 96 qəpik borc tutularaq Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməlidir. Hazırda Şəxs Lənkəran Rayon 1 saylı Notariat Kontoru tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borcunu tam ödəmişdir və Şəxs ilə növbəti aylarda ödənişlərin ediləcəyi ilə bağlı razılığa gəlmişlər. Hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs heç bir şikayəti yoxdur. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2022-ci il tarixli CP/55260/86/16 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 10.517,87 manat, faiz borcu 1.158,96 manat olmaqla, cəmi 11.676,83 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs1SC-nin hesabına ödənilməlidir. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1805/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs "xxxx" KB ASC-nin xeyrinə 1734 AZN əsas, 286,36 AZN faiz, 13,9 AZN cərimə, cəmi 2034,26 AZN borc və 40.35 AZN ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3581/2023 nömrəli xx.xx.2023-ci il tarixli icra vərəqəsinə əsasən 1435 AZN əsas kredit borcu, 191.05 AZN cərimə olmaqla, cəmi 1626.05 AZN, həmçinin 36.26 AZN ödənilmiş dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclular X2, X1 və Şəxs müştərək qaydada cəmi 8178.87 manat məbləğində kredit borc və 80 manat ödənilmiş dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" KB QSC-nə ödənilməlidir. Lənkəran Rayon 1 saylı Notariat Konturu tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli icra icra vərəqəsinə əsasən Şəxs cəmi 544 manat 96 qəpik borc tutularaq Zərərçəkmiş şəxs1 ASC-nin hesabına ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1805/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3581/2023 nömrəli xx.xx.2023-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon 1 saylı Notariat Konturu tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1492/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1805/2024 nömrəli, xx.xx.2024-ci il tarixli, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-3581/2023 nömrəli xx.xx.2024-ci il tarixli, Lənkəran Rayon 1 saylı Notariat Konturu tərəfindən verilmiş 8İ-399 nömrəli, xx.xx.2024-cü il tarixli, Astara Rayon Məhkəməsi tərəfindən verilmiş 2(018)-488/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə icraata başlamaq haqqında qərarların surəti X3 göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Elektron hökumət portalından çıxarışdan və izahatından görünür ki, Şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsindən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə “icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İş materialları ilə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra məmurunun bütün çağırışları üzrə icra qurumuna gəlmişdir. İş üzrə iki zərər çəkmiş şəxsin nümayəndəsi məhkəmə iclasında Şəxs şikayətçi olmadığını bildirmişlər. Digər BOKT "xxxx" QSC və "xxxx" ASC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta tərkibi mövcud deyildir. İXM-nin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə əməlində inzibati xəta tərkibi mövcud olmadığından X6 barəsində İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-96/2025
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-96/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver