Məhkəmə qərarları › İş №3(049)-960/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-960/2024

08.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-960/2024 08.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti nəzərdən keçirib məhkəmə, müəyyən etdı̇ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İXM-nin 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunun normasının məzmunundan göründüyü kimi şikayət və protest verilməsi üçün qanunvericiliklə müəyyən olunnmuş on günlük müddətin axımı qərarın rəsmi qaydada verildiyi andan başlayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs tərəfindən həmin qərarın nə vaxt əldə edildiyi şikayətin məzmunu və əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Bu halın təsbit edilməsi qərardan şikayət vermə müddətinin axımının nı zamandan müəyyənləşdirilməsi baxımından əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “İnzibati Xətalar Məcəlləsinin 137-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan normalarının təhlilindən görünür ki, qanunverici səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətalara dair iş üzrə qəbul etdiyi qərara yuxarı səlahiyyətli orqan və ya məhkəmə tərəfindən yenidən baxılması, məhkəmənin inzibati xətaya dair iş üzrə qərarından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması, o cümlədən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərara məhkəmədə yenidən baxılmasının prosedur qaydalarını fərqləndirməmiş və onları eyni Fəslin normaları ilə tənzimləmişdir.” Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli, inzibati tənbeh vermə haqqında qərarı inzibati tənbeh vermə haqqında qərarında da göstərilmişdir ki, qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilə bilər. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti qanunvericilikdə nəzərdə tutulan müddəti ötürməklə verildiyi təqdirdə onun həmin qərardan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinə şikayət verməsi üçün müddətin bərpası ilə bağlı müraciət etmək hüquqları izah edilməlidir. Əks halda X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ona rəsmi qaydada hansı tarixdə təqdim edildiyini təsdiq edən sənədləri əlavə etməklə yenidən şikayət verə bilər. Şərh olunanları və İXM-nin 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinin 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X1 03 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi üçün müddətin bərpası ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologoya və Təbii Sərvətlər İdarəsinə müraciət etmək hüquqları izah edilsin. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar