Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-962/2023 17.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, zərərçəkmiş şəxs X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əlilliyi olmayan, Lənkəran rayonu, Xolmili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilçiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Liman şəhəri M.Ə.Sabir küçəsi ev 149-da yaşayan X1 aldadaraq 380 manat pulunu alıb götürdüyünə görə Şəxs barəsində Lənkəran ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Rəfail Quluzadə tərəfindən İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında 17 aprel 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göstərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü yuxarıda göstərilən inzibati xəta haqqında protokol üzrə ona istinad edilən əməlin törədilməsində təqsirli bilərək izahatında göstərmişdir ki, Lənkəran rayonu Xolmili kəndində ailə üzvləri ilə birlikdə yaşayır, hər gün 25 manat pul ödəməklə “Mercedes” markalı ** YR *** dövlət qeydiyyat nömrə nişanlı etibarnamə ilə idarə etdiyi avtomaşınla Lənkəran-Bakı marşurutu üzrə sərnişin daşıyır. xx.xx.2023-cü il tarixdə çoxdan tanıdığı X2 Bakı şəhərində sifariş verdiyi qapının pulunu çatdırmaq üçün, qapıya görə ona 250 manat, 30 manat yol pulu və 100 manat borc pul vermişdir. Həmin gün Bakı şəhərinə getmiş lakin qapının rəngi qurumadığına görə pulu verməyib, Lənkəran rayonunda bir nəfərə borcu olduğuna görə həmin 380 manat pulu həmin şəxsə vermişdir. Maddi imkanı olmadığına görə Ramal Yaqubovdan aldığı 380 manat puıu hər ay 150 manat ödəməklə 3 ay müddətində qaytarmağı söz verdiyini göstərmişdir. İnzibati xəta haqqında protokolda yazılanlarla razıdır. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü təqsirli bilir. Əlilliyi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahat verərək bildirmişdir ki, Lənkəran rayonu Digah kəndində özünə ev tikdiyi üçün, Bakı şəhərində 250 manat dəyərində ev qapsı sifariş vermiş, həmin qapının pulunu çatdırmaq üçün, çoxdan tanıdığı Lənkəran rayonu Xolmili kəndində yaşayan özünə məxsus “Mercedes” markalı avtomaşınla Lənkəran-Bakı marşurutu üzrə müştəri daşıyan Şəxs, Bakı şəhərinə çatdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Lənkəran şəhərində 250 manat qapıya görə, 30 manat yol pulu və 100 manat xx.xx.2023-cü il tarixdə qaytarmaq şərti ilə Şəxs pul vermişdir. Bundan sonra Bakı şəhərində qapı satan şəxslə telefon əlaqə saxladıqda pulun ona çatmadığını bildirmişdir. Şəxs ilə telefon əlaqəsi saxlamış, nə üçün pulu çatdırmadığını soruşanda, “Narahat olma çatdıracam deyib” telefonu söndürmüşdür. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir, onlara dəymiş ziyan ödənilməmişdir, ona görə də Mirkamal Mirzadənin həbs edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş «təhqiqat materialının aidiyyəti üzrə göndərilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, zərər çəkmiş şəxsin ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əmlakları talamış şəxsin və ya şəxslərin barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarların surəti Lənkəran ŞRPŞ-nin İTB-yə göndərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin arayışından görünür ki, Şəxs həmin şöbədən heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin izahatını, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün, bunu tamamlayan izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, zərərçəkmişlərə dəymiş ziyanı aradan qaldırmamasını və onlarla barışığa nail olmamasını, bu baxımdan cəmiyyətin maraqlarını nəzərə alıb barəsində inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1(bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli 17 aprel 2023-cü il tarixdən saat 17:55-dən hesablansın. Qərarın icrası Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə, yaxud bilavastiə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-962/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-962/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver