Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-963/2022 26.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 17.00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X9, inzibati protokolu tərtib edən orqanın nümayəndəsi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X10, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxx 1960-cı il tarixdə Lənkəran rayonu, Gərmətük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Gərmətük kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X2 02 oktyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə məsuliyyətə cəlb olunması qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Lənkəran Şəhər Rayon X14 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 tərəfindən MN seriyalı ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində şəxsi münasibətlər zəmnində qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib edən orqanın nümayəndəsi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı X10 bildirdi ki, Şəxs 23 sentyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində şəxsi münasibətlər zəmnində qardaşı Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı X2 02 oktyabr 2022-ci il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxslə onun arasında uzun müddətdir ki, münaqişə vardır. Buna görə də, Zərərçəkmiş şəxslə onun arasında dəfələrlə münaqişə olmuşdur. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Gərmətürk qəsəbəsi ərazisində olduğu zaman qardaşı Seyullayev Namiq onunla rastlaşmış və ona qarşı kobud ifadə işlətmişdir. Ona görə də, onların arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş və o, da, əli ilə Namiqin sifət nahiyyəsindən itələmişdir. Daha sonra onların arasında olan münaqişə başa çatmışdır. O, Zərərçəkmiş şəxs vurmamış və ona ona heç bir xəsarət yetirməmişdir. Yekun olaraq o əməlində inzibati xəta tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun qardaşıdır. Şəxslə onun arasında uzun müddətdir ki, münaqişələ vardır. Buna görə də Şəxslə onun arasında dəfələrlə münaqişə olmuşdur. xx.xx.2022 ci il tarixdə Lənkəran rayonu Gərmətürk qəsəbəsi ərazisində qonşusu X3 fərdi yaşayış evinin ətrafında Nurəddin Əkbərovla söhbət edən zaman qardaşı X6 ona yaxınlaşmış və ona qarşı kobud ifadə işlətmişdir. Buna görə də, onlarıı arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gələrək yumruqla onun sifətinin sol nahiyyəsinə zərbə vurmuşdur. Daha sonra qonşusu Nürəddin və Seyran adlı şəxslər onları ayırmış və o bu barədə Lənkəran ŞRPŞ-na müraciət etmişdir. Məhkəmə iclasında şahid X8 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs və Şəxs onun həmkəndliləridir. Zərərçəkmiş şəxs və Şəxs arasında uzun müddətdir ki, münaqişə vardır. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Gərmətürk qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin ətrafında olan zaman Şəxslə Zərərçəkmiş şəxs arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs və Şəxs bir-birilərinə əl-qol ataraq bir birilərinə xəsarət yetirmək istəmişlər. O, X4 və X13 onları ayırmışdır. Münaqişənin sonunda Seyfullayev Həmin vaxt Namiqin Natiqi və ya Natiqin Namiqi vurubvurmamasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs və Şəxs onun həmkəndliləridir. Zərərçəkmiş şəxs və Şəxs arasında uzun müddətdir ki, münaqişə vardır. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Gərmətürk qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin ətrafında olan zaman Şəxslə Zərərçəkmiş şəxs arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs və Şəxs bir-birilərinə əl-qol ataraq bir birilərinə xəsarət yetirmək istəmişlər. O, X13 və X8 olnları ayırmışdır. Münaqişənin sonunda Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt Namiqin Natiqi və ya Natiqin Namiqi vurub-vurmamasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid X13 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs və Şəxs onun həmkəndliləridir. Zərərçəkmiş şəxs və Şəxs arasında uzun müddətdir ki, münaqişə vardır. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu Gərmətürk qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin ətrafında olan zaman Şəxslə Zərərçəkmiş şəxs arasında münaqişə yaranmışdır. Münaqişə zamanı Zərərçəkmiş şəxs və Şəxs bir-birilərinə əl-qol ataraq bir birilərinə xəsarət yetirmək istəmişlər. O, X5 və X8 olnları ayırmışdır. Münaqişənin sonunda Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt Namiqin Natiqi və ya Natiqin Namiqi vurub-vurmamasının şahidi olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə elan edilərək araşdırılmış məhkəmətibbi ekspertizası təyin edillmiş və Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin verdiyi 958 nömrəli xx.xx.2022-ci il tarixli “Canlı şəxsin ekspertizası" rəyindən görünür ki 1956-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində - sol almacıq nahiyyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmir. Belə ki, Şəxs Zərərçəkmiş şəxs döyməsi məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarından, habelə tərəflərin və şahidlərin izahatlarından aydın olur ki, 23 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs və Şəxs arasında münaqişə olmuş, hər iki şəxs bir birinə xəsarət yerimək istəmiş, lakin şahidlərin müdaxiləsindən sonra bu baş tutmamışdır. Məhkəmə, Zərərçəkmiş şəxs xəsarət alması və bu barədə məhkəmə-tibb ekspertizasının olmasını qəbul edir, lakin həmin ekspert rəyində qeyd olunan xəsarətin məhz Şəxs tərəfindən yetirilməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Məhkəmədə dindirilmiş şahidlər hər üçü ayrı-ayrılıqda bildirmişlər ki, münaqişə vaxtı Şəxs Zərərçəkmiş şəxs yumruqla vurmasını görməmişlər. Məhkəmə, hər üç şahidin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin deyil zərərçəkmiş şəxsin yaxın qonşusu olmasını nəzərə alaraq hesab edir ki, həmin ifadələr iş üçün sübut əhəmiyyətinə malik ifadələr kimi qəbul edilməlidir. Məhkəmə, zərərçəkmiş şəxsdə müəyyən edilmiş xəsarətin münaqişə zamanı yaranmasını deyil, məhz barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin hal onun məhkəməyə qəsdən yalan izahat vermək kimi niyyətinin deyil, qardaşına qarşı qərəzli münasibətinin və bunun nəticəsində yaranmış qeyri-obyektiv qiymətləndirməsinin nəticəsidir. Həmçinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 02 oktyabr 2022-ci il tarixli qərarında da tərəflərin münaqişəli ailə kimi qeydə alınmasını və şahid ifadələrinə əsasən tərəflər arasında uzun müddətli ədavətin olmasının müəyyən edilməsi məhkəməyə bir daha yuxarıda qeyd edilənlərin qaunvericlik və məntiqi baxımdan da düzgün olmasına əsas verir. İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 26 oktyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-963/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-963/2022
26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver