Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-963/2024 18.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 və qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X7 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli, 0100 nömrəli qərardadından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli 0100 saylı qərardadının ləğv olunması, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması, AR ETSN-nin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 08 yanvar 2024-cü il tarixli MN 14410202 saylı Qərarından tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 08 yanvar 2024-cü il tarixli MN 14410202 saylı Qərarı ilə Lənkəran raynu Göyşaban bələdiyyəsinin sədri kimi o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Həmin qərarın ləğv edilməsi barədə Lənkəran Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-739/2024 saylı qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə şikayətçi tərəfindən həmin qərarın əldə edilməsini təsdiqləyən sübutu təqdim etməməsini, buna görə şikayətçi tərəfindən inzibati qərardan şikavət vermə müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etməyin mümkün olmadığını əsas tutaraq şikayətin geri qaytarılması barədə qərar qəbul etmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 08 yanvar 2024-cü il tarixli MN ******* saylı Qərarından şikayət vermə müddətinin bərpa olunması barədə vəsatətlə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsi həmin qərardan şikayət vermə müddətinin bərpası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməyi tövsiyə etmişdir. O da ərizə ilə həmin müddətin bərpa olunması barədə inzibati xəta haqqında qərarı qəbul etmiş orqana müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin ərizəyə baxaraq 20 sentyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması barədə vəsatətin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Həmin qərardadı əsassız hesab edir. İnzibati protokola baxılması barədə göndərilmiş dəvət bildirişi protokola baxış vaxtı keçəndən sonra göndərilmiş, həmin protokolla bağlı baxışda iştirakdan məhrum olmuşdur. Bundan sonra qəbul edilmiş qərar onlara göndərilməmiş, yalnız belə bir qərarın qəbul edilməsi barədə məktub göndərilmiş və 3000 manat cərimənin ödənilməsi tələb edilmişdir. Belə bir qərarın qəbul edilməsi haqqında məktubu isə qərarın ona təqdim olunması hesab etmək olmaz. Buna görə hesab edir ki, tərəfindən inzibati qərardan şikayət vermə müddəti qərarın surətinin ona təqdim olunmaması səbəbindən ötürülmüşdür. Bu da müddətin ötürülməsini üzürlü hesab etmək üçün əsasdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 savlı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli 0100 saylı qərardadı xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə ona təqdim olunmuşdur. Həmin qərardaddan xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə şikayət etmişdim. Şikayətə müvafiq sənədlər əlavə olunmadığı üçün şikayət geri qaytarılmışdır. Məhkəmə iclasında şikayət vermiş X6 izahatında göstərdi ki, 2023-cü ilin mart ayından 2024-cü ilin avqust ayına qədər Lənkəran rayonu Göyşaban bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 08 yanvar 2024-cü il tarixli MN 14410202 saylı Qərarı xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə rəsmi şəkildə ona təqdim edilmişdir. Lakin o, həmin qərardan ilk dəfə 2024-cü ilin iyul ayında Lənkəran Rayon Məhkəməsinə şikayət vermişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-739/2024 saylı qərardadı ilə şikayət mübahisələndirilən qərarın əldə edilməsini təsdiqləyən sübutun təqdim edilməməsi, buna görə şikayətçi tərəfindən inzibati qərardan şikavət vermə müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etməyin mümkün olmadığı əsas götürülərək geri qaytarılmışdır. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 08 yanvar 2024-cü il tarixli MN ******* saylı Qərarından şikayət vermə müddətinin bərpa olunması barədə vəsatətlə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(049)-801/2024 nömrəli qərarı ilə mübahisələndirilən qərardan şikayət vermə müddətinin bərpası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etməyi tövsiyə edilmişdir. O da ərizə ilə ötürülmüş müddətin bərpa olunması barədə inzibati xəta haqqında qərarı qəbul etmiş orqana müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin ərizəyə baxaraq 20 sentyabr 2024-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunması barədə vəsatətin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "İnzibati tənbeh vermə haqqında" 08 yanvar 2024cü il tarixli MN 14410202 saylı Qərardan qanunla nəzərdə tutulmuş 10 gün müddətində deyil, 6 ay sonra şikayət verməsini heç bir üzrlü səbəblə əlaqələndirə bilmir. Şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, məsləhətçi-müfəttiş X8 şikayətin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa olunmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli 0100 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Göyşaban kəndi ərazisindən keçən Girdəni çayının yaşayış massivinə tərəf ərazidə olan müxtəlif məişət tullantıların yığılması üçün 22 sentyabr 2023-cü il tarixli E-MG/4023-118 saylı icrası məcburi olan məcburi göstərişin tələbləri yerinə yetirilmədiyi üçün X6 İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000(üç min) məbləğində cərimə edilmişdir. Qərarda İXM-nin 57-ci maddəsinə əsasən qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Müvafiq poçt qəbzinən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı xx.xx.2024-cü il tarixdə imza etdirilməklə X4 təqdim edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(049)-739/2024 saylı qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(049)-801/2024 nömrəli qərardadından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 tərəfindən verilmiş şikayət geri qaytarılmış, X4 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verməsi üçün müddətin bərpası ilə bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli 0100 №-li qərardadından görünür ki, Lənkəran rayonu Göyşaban bələdiyyəsinin sədri X3 barəsində qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinin tələbinə görə buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X2 rayonu Göyşaban bələdiyyəsinin sədri vəzifəsində işlədiyi dövrdə Göyşaban kəndi ərazisindən keçən Girdəni çayının yaşayış massivinə tərəf ərazidə olan müxtəlif məişət tullantıların yığılması üçün 22 sentyabr 2023-cü il tarixli E-MG/4023-118 saylı icrası məcburi olan məcburi göstərişin tələbləri yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) məbləğində cərimə edilmişdir. Qərarda İXM-nin 57-ci maddəsinə əsasən qərarın surətinin rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixdə imza etdirilməklə X4 təqdim edilmişdir. X1 qərar xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq sonuncu həmin qərarı qanunla müəyyən edilmiş on gün müddətində deyil, cari ilin iyul ayında, yəni qərarı aldığı vaxtdan təxminən 6 ay sonra mübahisələndirmişdir. Sözügedən qərardan şikayət verməsi ilə bağlı müddəti ötürməsi ilə əlaqədar heç bir üzrlü səbəb göstərməmişdir. Nəticədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli 0100 №-li qərardadı ilə barəsində qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti rədd edilmişdir. Məhkəmə hesab edir ki, Sənubər Salayevanın şikayətində və izahatında irəli sürdüyü formal mülahizələrə söykənən bu dəlillər qanuni və əsaslı olan qərardadın ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli, 0100 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 08 yanvar 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2024-cü il tarixli, 0100 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-963/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-963/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver