Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-964/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, hesab edir ki, inzibati xəta haqqında materiallar inzibati orqana geri qaytarılmalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.3 maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. Həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ümumiyyətlə həmin avtomobili idarə olunmasını təsdiq edən hər hansı rəsmi sənəd əlavə edilməmiş, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin “səlahiyyətli əməkdaşın xidməti vəzifəsini yerinə yetirməsinə hansı formada mane olduğu” əsaslandırılmamışdır. Protokoldan görünmür ki, hansı sübuta əsasən məhz barəsində protokol tərtib edilmiş şəxs həmin avtomobili idarə edir. Barəsində inzibati xəta haqqında inzibati protokol tərtib edilmiş şəxsin inzibati xətanın subyekti olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Həmin məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol natamam olduğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib edilmiş 11 aprel 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılsın. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-964/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-964/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver