Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-964/2024 30.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1986-ci il tarixdə Lənkəran rayonu, Boladi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu Boladi kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mahmudov X3 Rayon Məhkəməsinin 2(049)-1109/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 30 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, hazırda Boladi kəndində yaşayır və axtarışda olması ilə bağlı məlumatı olmayıb. O, borcu ödəməkdən imtina etmir, lakin epilepsiya xəstəsi olduğu üçün iş tapmaqda çətinlik çəkir və bu səbəbdən borcu ödəyə bilməmişdir. Özünü təqsirli bilir və bu işə çox məsuliyyətsiz yanaşdığını etiraf edir. Atasından qalma bir mülkü sataraq borcu ödəməyi düşünür. Bu səbəbdən ona ayın 14-ə qədər möhlət verilməsini xahiş etdi. Əlilliyi yoxdur. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Mahmudov X3 Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1109/2024 saylı, 22 may 2024-cü il tarixli icra sənədini icra etməkdən yayınır. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Buna görə də onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmiş və 30 oktyabr 2024-cü il tarixdə, saat 12:30-da tutularaq onlara təhvil verilmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, borclunun izahatında dedikləri hamısı yalandır. Ona dəfələrlə borcu ödəmək barədə xəbərdarlıq edilsə də, o, borcu ödəməmiş, hətda mülki iş üzrə məhkəmə iclaslarında da iştirak etməmişdir. Məhkəmədən sonra icra məmuru ilə borclunun evinə getmiş və borclu borcunu sabah ödəyəcəyini bildirmişdir. Növbəti gün yenidən icra məmuru ilə onun evinə getmiş, lakin borclu evdə olmamışdır. Həmin gündən etibarən icra məmuru onu axtarışa vermiş, lakin polis onu tapa bilməmişdir. Bu gün borclunu qazelə minəndə görüb və dərhal portun polisinə zəng vuraraq borclunun marşrutda olması barədə məlumat verib. Polis onu tutub icra məmuruna təhvil vermişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1109/2024 saylı, 22 may 2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs vurulmuş maddi ziyanın əvəzi olaraq 488 manat məbləğində pul, iddia ərizəsinin tərtib edilməsi üçün 50 manat və dövlət rüsumunun məbləği 30.40 msnst olmaqla cəmi 568.40 manat alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında 11 iyul 2024-cü il tarixli qərardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1109/2024 saylı, 22 may 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Borclunun axtarılması haqqında qərardan görünür ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilmişdir. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun izahatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən peşimançılıq hissi keçirməsi onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(049)-964/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-964/2024
30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver