Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-965/2023 18.04.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs saat 13:04 radələrində Lənkəran rayonu Digah kəndində idarə etdiyi VAZ 2104 minik markalı ** CC *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə sərnişin daşınma fəaliyyəti göstərməsini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də həmin sənədləri təqdim etmədiyinə görə sonuncunun barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında 11 aprel 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. İş materiallarından müəyyən olunur ki, inzibati xəta haqqında protokolda Şəxs şəxsiyyətinin fin nömrəsi qeyd olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. (101.1) İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. (101.2.) İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. (101.3.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Digər tərəfdən inzibati xəta haqqında protokolda VAZ 2104 minik markalı ** CC *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin sürücüsünün Şəxs olduğu qeyd edilsə də, bunu təsdiq edən hər hansı sübut protokola əlavə edilməmiş, yalnız həmin nəqliyyat vasitəsinin fotoşəkili çəkilərək işə əlavə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, protokol və digər sənədlər düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsii ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 11 aprel 2023-cü il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib olunmuş 11 aprel 2023-cü il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yürüstü Nəqliyyat X1 İdarəsinə geri qaytarılsın. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №3(049)-965/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-965/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver