Məhkəmə qərarları › İş №3(049)-968/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-968/2024

31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-968/2024 31.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Saat 19.00 Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X5, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Lənkəran Rayon Polis Şöbəsinin polis sahə rəisi polis leytenantı X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, müdafəçi: Lənkəran Rayon Vəkil Bürosuda fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx ) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 31 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün inzibati təhbeh tədbiri tətbiq olunması üçün material məhkəməyə göndərilmişdir. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin 30 oktyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 30 oktyabr 2024 -cü il tarixdə, saat 17.00 radələrində Lənkəran şəhəri, ŞRPŞ-nın qarşısında nömrəsiz “Xəzər” markalı avtomobil ilə qərəzli formada sağ-sol edərək ictimai nəqliyyat hərəkətinə real təhlükə yaradaraq avtomobili saxlayıb polisin ünvanına uca səslə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş X2 göstərdi ki, Lənkəran Rayon Polis X1 Bölməsində polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində Lənkəran ŞRPŞ-nın qarşısında nömrəsiz “Xəzər” markalı avtomobil ilə qərəzli formada sağ-sol edərək ictimai nəqliyyat hərəkətinə real təhlükə yaradaraq avtomobili saxlayıb polisin ünvanına uca səslə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində özünə məxsus “Xəzər”marklı avtomobil təmirdən çıxarıb evə getmək istəyərkən kəndlilərinin Lənkəran ŞRPŞ-nin qabağında yığışdığını görüb həmin şəxslərdən 2-3 nəfəri kəndə aparıb pul qazanmağı fikirləşmişdir. Bu zaman əvvəldən tanıdığı Allahşükür adlı polis əməkdaşı ona əl edib saxlamış, onunla hal əhval edən zaman qəflətən onun əllərini arxadan sıxıb onu döyərək polis şöbəsinə aparmışlar. O, heç kimi söyməmiş, heç bir yerdə avtomobili sürətlə idarə etməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində heç bir inzibati xəta tərkibi olmadığını nəzərə alıb icraata xitam verilməsini xahiş etdi.. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPXB-nın polis nəfəri vəzifəsində xidmət edir. 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində 1 saylı postda xidmət apardığı zaman Salayev X4 ŞRPŞ-nın qarşısında nömrəsiz “Xəzər” markalı avtomobil ilə qərəzli formada sağ-sol edərək ictimai nəqliyyat hərəkətinə real təhlükə yaradaraq avtomobili saxlayıb polisin ünvanına uca səslə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Şəxs nizam intizama dəvət etsələr də, bunun heç bir nəticəsi olmamış, sonuncu polis əməkdaşlarına əl qol hərəkətləri ilə müqavimət göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPXB-nın sahə nəfəri vəzifəsində xidmət edir. 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində 1 saylı postda xidmət apardığı zaman Salayev X4 ŞRPŞ-nın qarşısında nömrəsiz “Xəzər” markalı avtomobil ilə qərəzli formada sağ-sol edərək ictimai nəqliyyat hərəkətinə real təhlükə yaradaraq avtomobili saxlayıb polisin ünvanına uca səslə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Şəxs nizam intizama dəvət etsələr də bunun heç bir nəticəsi olmamış, sonuncu polis əməkdaşlarına əl qol hərəkətləri ilə müqavimət göstərmişdir. Məhkəmə iclasında iştirak edən şahid Abbaszadə Allahşükür oğlu izahatında göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin PPXB-nın sahə nəfəri vəzifəsində xidmət edir. 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində xidmət apardığı zaman Salayev X4 ŞRPŞ-nın qarşısında nömrəsiz “Xəzər” markalı avtomobil ilə qərəzli formada sağ-sol edərək ictimai nəqliyyat hərəkətinə real təhlükə yaradaraq avtomobili saxlayıb polisin ünvanına uca səslə nalayiq söyüşlər söyərək polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Şəxs nizam intizama dəvət etsələr də bunun heç bir nəticəsi olmamış, sonuncu polis əməkdaşlarına əl qol hərəkətləri ilə müqavimət göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 30 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində 1 saylı postda xidmət apardığı zaman Salayev X4 ŞRPŞ-nın qarşısında nömrəsiz “Xəzər”marklı avtomobil ilə qərəzli formada sağ-sol edərək ictimai nəqliyyat hərəkətinə real təhlükə yaradaraq avtomobili saxlayıb polisin ünvanına uca səslə nalayiq söüşlər söyərək polisin qanuni tələblərinin qəsdən tabe olmamışdır. Onlar qanunu izah edərək Şəxs polis əməkdaşları nizam intizama dəvət etsələr də, bunun heç bir nəticəsi olmamış, sonuncu polis əməkdaşlarına əl qol hərəkətləri ilə müqavimət göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, Daxili İşlər Nazirliyin Vahid Məlumat- Axtarış Sistemindən (VMAS) sorğu aparılmış nəticədə Şəxs heç bir növ pensiya və müavinət almadığı müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmışdır. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, .......cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi (köhnə redaksiyada) ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 oktyabr 2024-cü il tarixdə, saat 17 radələrində ictimai yer hesab olunan Lənkəran ŞRPŞ-nin qarşısındakı ərazisində küçəsi ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr, həmçinin söyüşlər işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Həmin hal polis əməkdaşlarının izahatları ilə tam təsdiq olunmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində həmçinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-nin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-nin 3, 4, 6.1, 9.1, 12.1 və 21-ci maddələrinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, törədilən inzibati xətalara görə şəxsin daha ciddi xəta ilə bağlı sanksiya çərçivəsində tənbeh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbet tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 31.4, 34.3, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 31 oktyabr 2024-cü tarixdən, saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar