Məhkəmə qərarları › İş №3(049)-97/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №3(049)-97/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 3(049)-97/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X11 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran regional şöbəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 iştirakı ilə X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi inzibati məsuliyyətə cəlb olunmasına səbəb "xxxx" MMC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalarını təmin etməməsi olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində 25 may 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lənkəran Rayon Məhkəməsinin hakimi Mütəllim İsayevin 23 iyun 2022-ci il tarixli 3(049)-522/2022 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə tənbehi ilə tənbeh edilmişdir. "xxxx" MMC-nin direktoru X2 həmin qərardan apelyasiya qaydasında şikayət verərək Lənkəran Rayon Məhkəməsi hakiminin 23 iyun 2022-ci il tarixli 3(049)-522/2022 saylı qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(106)-494/2022 saylı qərarı ilə LA-RİNQ» MMC-nin direktoru X2 tərəfindən verilmiş şikayət qismən təmin və Lənkəran Rayon Məhkəməsi hakiminin "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə 23 iyun 2022-ci il tarixli 3(049)- 522/2022 saylı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Lənkəran regional şöbəsinin nümayəndəsi X3 protokolu müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, şöbələrində elektron informasiya sistemi quraşdırılmadığından, tərtib etdikləri protokolu elektron sənəd şəklində sistemə yerləşdirmək mümkünsüz olmuşdur. Bu səbəbdən də məcburiyyət qarşısında qalaraq protokolu adi formada tərtib etmişlər. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi X10 protokolla razılaşmayaraq inzibati xətanın yaranmasına əsas olmuş işçi ilə sığorta müqaviləsinin başlandığını bildirərək "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə olan inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-nin Lənkəran regional şöbəsinin nümayəndəsi X1, "xxxx" MMC-nin nümayəndəsi X4 izahatlarını dinləyib, inzibati materialı nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X5 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinə əsasən Bu Məcəllənin 191.2-ci, 192.1 -ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İnzibati materiala əlavə edilmiş və Əmək müqavilələri bildirişlərinin qeydiyyatına nəzarət şöbəsinin müdiri X9 Əmək Müffəttişliyi Xidmətinin rəisi Vəli Quliyevə ünvanladığı xidməti məktubundan görünür ki, onlar tərəfindən “Təhlil” altsisteminə baxış keçirilən zaman icbari sığorta müqaviləsi olmayan əmək müqaviləsi bildirişləri üzrə qeyri-dövlət sektoruna aid işəgötürənlərin siyahısı hazırlanmış və daha çox icbarı sığorta müqaviləsi aşkar edilməyən 26 işəgötürən müəyyən edilərək siyahı tərtib edilmişdir. Həmin xidməti məktuba əlavə edilmiş siyahıdan görünür ki, icbarı sığorta müqaviləsi aşkar edilməyən 26 işəgötürənlərdən biri də "xxxx" MMC-dir. Göründüyü kimi, X7 Xidmətinin Lənkəran regional şöbəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə 25 may 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun tərtib edilməsi inzibati xətalar haqqında qanunvericiliyə uyğun olmamış, onlar tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş, "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanması Azərbaycan Respublikası İXM-nin 127-4.1-ci maddəsinin tələblərinə uyğun olmamış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına əsasən inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" MMC barəsində X5 Xidmətinin Lənkəran-Astara regionla şöbəsinin xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X5 Xidmətinin Lənkəran-Astara regionla şöbəsinə qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilmir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar