Məhkəmə qərarları › İş №3(049)-97/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-97/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-97/2024 02.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X1, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Füzuli şəhərində qeydiyyatda olmaqla, Lənkəran rayonu, Şürük kəndində yaşayan Şəxs barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq və İXM-nin 40, 43, 115 və 198-130-cu maddələrini rəhbər tutub, MÜƏYYƏN ETDİ: Şəxs 30 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs kirayə ev vermək adı ilə 300 manat pul alaraq onu aldatdığına görə barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon Şəhər Polis Şöbəsinin TB-nin təhqiqatçısı, X4 izahat verərək bildirmişdir ki, Şəxs protokolda göstərilən inzibati xətanı törətdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Bütün bunların nəzərə alınıb barəsində İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək göstərmişdir ki, Şəxs şikayət və tələbi yoxdur və ona vurulmuş ziyan tam ödənilmişdir. Bunun nəzərə alınmasını və Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsində ötrü qərarın surəti Lənkəran ŞRPŞnin İTB-yə göndərilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs oğlu İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar