Məhkəmə qərarları › İş №3(049)-970/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-970/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-970/2024 01.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Mürsəlov Mirnatiq Mirtofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin Liman PB-nin polis sahə rəisi, polis mayoru X4 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində onunla eyni ünvanda eyni həyətdə yaşayan N.Ruslan və həyət yoldaşı İ.Günayla aralarında baş vermiş mübahisə zamanı sonuncu tərəfindən nalayiq küçə söyüşləri ilə təhqir olunması və şərəf və ləyaqətinin alçalmasına görə barəsində Liman PB-nin sahə rəisi, polis mayoru X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 01 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, yaşadığı həyətdə iki evi var və digər evdə əmisi arvadı yaşayır. Uzun müddətdir ki, həyətlərini bölə bilmirlər və bu səbəbdən aralarında tez-tez münaqişələr olur. xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə yaşadığı evə gəlmiş, evin ümumi giriş qapısı bağlı olduğundan sındırıb evə daxil olmuşdur. Qapının sındığını görən Zərərçəkmiş şəxs onu nalayiq söyüşlərlə təhqir etmiş, o da sonuncunu söymüşdür. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, Şəxs oğlu qaynı oğludur. Onlar eyni həyətdə yaşayırlar. Şəxs yaşadığı ev onun həyətindədir. xx.xx.2024-cü il tarixdə sərxoş vəziyyətdə evə gələrək öz evinin giriş qapısını sındırmış, daha sonra onu və qızını nalayiq küçə söyüşləri ilə təhqir edərək guya qapını onların sındırdığını bəhanə etmişdir. Halbuki, o özü içkili vəziyyətdə olduğu üçün özünü idarə edə bilməmişdir. Məhkəmə iclasında şahid X6 şahid X2 izahatına oxşar məzmunlu izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun 1 saylı X1 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəxs hər hansı növ təqaüd və sosial müavinət almır. Lənkəran ŞRPŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür k, Lənkəran rayonu, Xolmili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Lənkəran ŞRPİ Liman PB-nin Növbətçi hissəsində yığılan inzibati kartotekasında son bir il ərzində heç bir məlumat qeydiyyata alınmamışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə üzrə xx.xx.2024-cü il tarixli, 001372 №-li protokoldan görünür ki, müayinə zamanı Şəxs oğlunda 0.55 % yüngül dərəcəli sərxoşluq aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində onunla eyni həyətdə yaşayan X3 nalayiq küçə söyüşləri ilə təhqir edərək, xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafedici izahatı ilə yanaşı, şahid izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Məhkəmə, Şəxs oğlunun səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən, inzibati xətanın sərxoş halda törətməsini isə həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar