Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-972/2022 31.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X3, inzibati xəta haqqında protokolu tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X7, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Vəkil iştirakı ilə, 11 may 1985-ci il tarixdə Lənkəran rayonu, Biləsər kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyən, Lənkəran rayonu, Xanbulan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 30 oktyabr 2022-ci il tarixli, MN1567579 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. 30 oktyabr 2022-ci il tarixli, MN1567579 nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 oktyabr 2022-ci il tarixdə, saat 19 radələrində Lənkəran rayonu, Xanbulan kəndindəki evdə arvadı Zərərçəkmiş şəxs təhqir etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən şəxs: Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X1 sahə rəisi, polis kapitanı X7 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Xanbulan kənd sakini Şəxs barəsində araşdırma materilı ilə əlaqədar Lənkəran ŞRPŞ-nə dəvət olunmuşdur. İzahatı alınan zaman Şəxs xidməti otaqda özünü aqressiv şəkildə aparmaqla yanaşı, uca səslə qeyri-etik ifadələrdən istifadə etmişdir. O, sakitləşməyə dəvət edilsə də, Şəxs təhqiqatçının qanuni tələblərinə qəsdən tabe olmayaraq əməllərinə davam etmişdir, həttda qaçmağa cəhd göstərmişdir, lakin şöbənin əməkdaşlarının köməkliyi ilə iradəsinə zidd olaraq, tədbir görülməsi üçün müvafiq olaraq təhvil verilmişdir. Bununlada Ağayev X4 ŞRPŞ-nin iş fəailiyyətini pozmuş, qanuni tələbimə tabe olmamış, həmçinin şöbədə olan vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər etmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyir. 30 oktyabr 2022-ci il tarixdə içkili olmuş və evdə arvadı ilə mübahisə etmişdir, bundan sonra arvadı qaynanasının evinə getmişdir. O, arvadını evə qaytarmaq üçün qaynanasının evinə getmiş və qapını döysə də, qapını açan olmamışdır. Buna görə həyətdə söyüş söymüş və hasardan atlanıb həyətə girmişdir. Həmin vaxt polis əməkdaşları gələrək onu polis şöbəsinə gətirmişdir. Polis Şöbəsində o, heç kimi söyməmiş, müqavimət göstərməmişdir. Hazırda arvadı ilə barışmışdır, əməlindən peşmandır, bir daha içki içməyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun əridir. 30 oktyabr 2022-ci il tarixdə əri içkili olmuş və evdə onunla mübahisə etmişdir, bundan sonr o, anasının evinə getmişdir. Şəxs onu evə qaytarmaq üçün anasının evinə getmiş və qapını döysə də, qapını açan olmamışdır. Buna görə Şəxs həyətdə söyüş söymüş və hasardan atlanıb həyətə girmişdir. Həmin vaxt polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışdır. Hazırda əri ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun kürəkənidir. 30 oktyabr 2022-ci il tarixdə qızı Firəngiz onun evinə gəlmiş və ondan bir müddət sonra Şəxs qızını evə qaytarmaq üçün onun evinə gəlmişdir. Şəxs qapını döysə də, qapını açmamışdır. Buna görə Şəxs həyətdə söyüş söymüş və hasardan atlanıb həyətə girmişdir. Həmin vaxt polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Emil Baxışov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Xanbulan kənd sakini Şəxs barəsində araşdırma materilı ilə əlaqədar Lənkəran ŞRPŞ-nə dəvət olunmuşdur. İzahatı alınan zaman Şəxs İsaq oğlu xidməti otaqda özünü aqressiv şəkildə aparmaqla yanaşı, uca səslə qeyri-etik ifadələrdən istifadə etmişdir. O, sakitləşməyə dəvət edilsə də, Şəxs İsaq oğlu təhqiqatçının qanuni tələblərinə qəsdən tabe olmayaraq əməllərinə davam etmişdir, həttda qaçmağa cəhd göstərmişdir, lakin şöbənin əməkdaşlarının köməkliyi ilə iradəsinə zidd olaraq, tədbir görülməsi üçün müvafiq olaraq təhvil verilmişdir. Bununlada Ağayev X5 ŞRPŞ-nin iş fəailiyyətini pozmuş, qanuni tələbimə tabe olmamış, həmçinin şöbədə olan vətəndaşların haqlı narazılığına səbəb olan hərəkətlər etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, həyat yoldaşı Şəxs yaşadığı evdə və anasının evində onu küçə söyüşləri ilə onu söydüyünə görə barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 31 oktyabr 2021ci il traixli, 378 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 00.16-da 1.51 faiz alkoqol sərxoşluğunda olmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 23.00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 30 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonu, Xanbulan kəndində yerləşən fərdi yaşayın evinin həyətində arvadının ünvanına söyüş söyərək xırda xuliqanlıq etmiş və sonuncunun müraciəti ilə o, polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1 və 34.3-cü maddəsinə əsasən onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-972/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-972/2022
31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver