Məhkəmə qərarları › İş №3(049)-974/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-974/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-974/2024 04.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Vəkil və Zərərçəkmiş şəxsnun iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Lənkəran rayonu, Səpnəkəran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Lənkəran rayonu, Səpnəkəran kəndində yaşayan Şəxs barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1403/2024 saylı, 10 iyul 2024-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 04 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra X1 bildirmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1403/2024 saylı, 10 iyul 2024-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X2 və Şəxs 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qol sepi-bilərzik,1 dəst Rusiya istehsalı olan 4000 manat dəyərində- boyun sepi, üzük, qolbağ və sırğa dəsti, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində sep, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində RG sözləri yazılmış klon, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində «Allah» sözləri yazılmış klon, 1 ədəd İtaliya istehsalı olan 585 əyarlı 120 manat dəyərində top formalı sırğa, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzük, 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı nişan üzüyü, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı göz müncuğu formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı gül formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 3 top formalı sırğanın üzüyü, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı bənövşəyi qaşlı üzük. 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 1 cüt sırğa, 1 ədəd 150 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 dəd 180 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep. 1 dəd 170 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı klon, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 100 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzərində NN hərfləri yazımış klon, yaxud onların dəyəri olan 9760 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra sənədi üzrə tələbi icra etmir, yalnız cəmi 300 manat ödəniş etmiş, tələbkar isə həmin məbləği qəbul etmir. İcra sənədi üzrə digər borclu X2 isə hazırda Rusiya Federasiyasındadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, icra sənədini icra etməkdən yayınmır. Maddi vəziyyəti imkan vermədiyindən tələbi tam şəkildə təmin edə bilmir. Cəmi 300 manat ödəniş etmişdir, lakin tələbkar onunla razılaşmır. Heç yerdən gəliri yoxdur, himayəsində mərhum qızının da azyaşlı uşağı vardır. Şəkərli diabetdən əziyyət çəkir. Məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı müraciət etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs şikayətçidir, borclular X2 və Şəxs ya qızılların özünü, ya da həmin əmlakların dəyəri olan 9760 manat pulun birdəfəlik ödənilməsini tələb edir. Borclu Şəxs ona poçt vasitəsilə göndərdiyi 300 manatı qəbul etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Lənkəran Rayon Məhkəməsinin 2(049)-1403/2024 saylı, 10 iyul 2024-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər X2 və Şəxs 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qol sepi-bilərzik,1 dəst Rusiya istehsalı olan 4000 manat dəyərində- boyun sepi, üzük, qolbağ və sırğa dəsti, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində sep, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində RG sözləri yazılmış klon, 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı 250 manat dəyərində üzərində «Allah» sözləri yazılmış klon, 1 ədəd İtaliya istehsalı olan 585 əyarlı 120 manat dəyərində top formalı sırğa, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzük, 1 ədəd 800 manat dəyərində Rusiya istehsalı olan 750 əyarlı nişan üzüyü, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı göz müncuğu formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı gül formalı üzük, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 3 top formalı sırğanın üzüyü, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı bənövşəyi qaşlı üzük. 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı 1 cüt sırğa, 1 ədəd 150 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 ədəd 225 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sırğa, 1 dəd 180 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep. 1 dəd 170 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı sep, 1 ədəd 120 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı klon, 1 ədəd 250 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 200 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı qolbaq, 1 ədəd 100 manat dəyərində Rusiya istehsalı olan 583 əyarlı üzərində NN hərfləri yazımış klon, yaxud onların dəyəri olan 9760 manat pul alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2024-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, müvafiq icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun və zərərçəkmiş şəxsin izahatları, icra məmurunun məlumatı, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar