Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-976/2023 01.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədirliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə X4 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran Şəhər-Rayon Polis X1 inzibati xəta haqqında materialı Lənkəran Rayon Məhkəməsinə təqdim edilmişdir. Materialdan görünür ki, X2 ŞRPŞ-nin vəzifəli şəxsinin 25 noyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 328.1 maddəsi ilə təqsirli bilinərək 10 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 07 aprel 2023-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İşin faktik hallarından həmçinin görünür ki, X3 ŞRPŞ-nin vəzifəli şəxsinin 25 noyabr 2022-ci il tarixli qərarı üzrə 10 manat miqdarında cəriməni və dəbbə pulunu sonradan ödəyib. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş X7 və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə» inzibati məsuliyyət nəzərdə tutulub. Həmin maddənin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 ŞRPŞ -nin vəzifəli şəxsi tərəfindən onun barəsində 07 aprel 2023-cü ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin «Qeyd» hissəsinin 1ci bəndinə əsasən azad edilərək həmin Məcəllənin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-976/2023
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-976/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver