Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-978/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X3 iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Lənkəran şəhəri, Ə.Vahid küçəsində mübahisə zamanı vətəndaş Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etdiyinə görə barəsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli və xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Lənkəran şəhəri, “Ləvəngi dairəsi” adlanan əraziyə yaxın yerdə yerləşən fermasında polis əməkdaşlarına tabesizlik göstərərək nalayiq ifadələr işlətdiyinə görə barəsində Lənkəran ŞRPŞ-nin İTBnin polis sahə rəisi, polis mayoru X6 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 06 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd olunan inzibati materiallar birlikdə baxılması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X10 inzibati xəta haqqında tərtib edilmiş inzibati xətalar haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Lənkəran şəhəri, Ə.Vahid küçəsində mübahisə zamanı vətəndaş Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Sonuncunun şikayəti üzrə izahatının alınması üçün polis əməkdaşları Şəxs yaşadığı ünvana getmiş, onu polis şöbəsinə dəvət etmişlər, lakin o, nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, ona istinad edilmiş maddələrlə özünü qismən təqsirli bilir. Belə ki, Zərərçəkmiş şəxs ilə ona məxsus heyvanların Raminə məxsus evin yanındakı ağacları yeməsinə görə bir-birilərini küçə söyüşləri ilə təqhir etmişdir. Buna görə özünü təqsirli bilir. Lakin o, polis əməkdaşları yaşadığı ünvana gələrkən o, yalnız arvadı onu yuxudan oyatdığına görə təhqir etmiş, başqa heç kəsin ünvanına nalayiq ifadə işlətməmiş, paltarlarını geyinib onlarla birgə polis şöbəsinə gəlmişdir. Yəni sonuncu protokolla bağlı özünü təqsirli bilmir. Əməlindən peşmandır, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Şəxs barəsində etdiyi şikayətlə bağlı məxsus heyvanlar onun evinin qarşısında dekorativ ağacları yediyi üçün ona irad bildirmiş, aralarında sözlü mübahisə zamanı hər ikisi birbirilərini söyüb təhqir etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar izahatının alınması üçün polis nəfəri Vasif Hüseynovla birlikdə Şəxs yaşadığı ünvana getmiş, onu polis şöbəsinə dəvət etmişlər, lakin o, ilk öncə öz arvadı təhqir etmiş, daha sonra ünvansız nalayiq ifadələr işlətmiş, polis şöbəsinə getməkdən imtina etmiş, onu nizam-intizama dəvət etsələr də onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bir neçə dəqiqə onunla profilaktik söhbət aparıldıqdan sonra polis şöbəsinə getməyə razı olmuşdur. Məhkəmə iclasında şahid X4 şahid X2 izahatında uyğun məzmunlu izahat verdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına əlavə edilmiş: Lənkəran ŞRPŞ-nin UQ və SİQ operatoru polis baş serjantı Yadigar Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 2-27615/24 №-li arayışdan görünü ki, Şəxs heç bir əlillik statusu müəyyən edilməmişdir. İXM-nin 510-cu maddəsinin dispozisiyasına görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 535.1-ci maddəsinin dispozisiyasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün qismən etirafedici izahatı və şahidlərin izahatları, inzibati xəta haqqında protokolla və işdə olan sənədlərlə tam təsdiq olunur. Şəxs barəsində tətbiq ediləcək tənbehlə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İXM-nin 65 və 66-cı maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsi İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. X1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 510-cu maddəsinin sanksiyasında əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. İXM-nin 34.1-34.4-cü maddələrinin tələblərinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İnzibati xəta haqqında materiallardan göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə istinad olunan əməllərdən ikisi – İXM-nin 510 və 535.1-ci maddələri ilə törədilmiş əməllər eyni vaxta, həmin Məcəllənin 510-cu maddəsi ilə törədilmiş inzibati xəta əməli isə daha əvvəl törədilmişdir. O da qeyd olunmalıdır ki, şəxsə istinad olunan hər üç əmələ baxılması məhkəmənin səlahiyyətinə aiddir. Bu baxımdan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində şəxsə inzibati cərimə növündə tənbeh verilməlidir. Eyni zamanda İXM-nin 34.1-ci maddəsinin tələbləri baxımından şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində cərimə növündə tənbeh verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, habelə məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-978/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-978/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver