Məhkəmə qərarları › İş №3(049)-979/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-979/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-979/2024 06.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi oğlunun iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər şəkmiş şəxs X10 və inzibati xəta haqqında protokol tərtib etmiş orqan - Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X15 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs 01 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində mübahsə zamanı X14 nalayiq küçə söyüşləri söyərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, verdiyi izahatında göstərdi ki, X14 əvvəllər tanımamışdır. 01 noyabr 2024-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evin qarşısında yerləşən küçəyə çıxdığı zaman inəklərin küçədəki dekorativ ağacları yediyini görmüşdür. Buna etiraz olaraq inəkləri qovmaq istədikdə sonradan adını bildiyi Veysəlov Nazim həmin əraziyələrək, onu nalayiq küçə söyüşləri ilə təhqir etməyə başlamışdır. Onlar arasında bir neçə dəqiqə mübahisə olmuşdur. Onun və valideyninin ünvanına nalayiq söyüşlər söydüyü üçün o, da həmin söyüşləri ona qaytarmışdır və həmin söyüşləri onun ünvanına söymüşdür. Aralarında mübahisə küçədə baş vermişdir. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında zərərcəkmiş qismində dindirilmiş X19 izahatında göstərdi ki, 01 noyabr 2024-cü il tarixdə Lənkəran şəhəri Məhəmməd Əsədov küçəsində sonradan adını bildiyi Şəxslə aralarında mübahisə baş vermişdir. Şəxs mübahisə zamanı onu nalayiq küçə söyüşləri ilə söyərək, təhqir etmişdir. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında icraat aparan orqan tərəfindən məhkəməyə təqdim edilmiş CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilir ki, küçədə Şəxs ilə X29 arasında baş verən mübahisə zamanı onlar bir-birini qarşılıqlı olaraq, nalayiq söyüşlərlə təhqir edirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməli özünün etirafedici ifadəsi, zərərçəkmişin izahatı, inzibati xəta haqqında protokol, videogörüntü, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati cərimə cəzasının tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (yüz) manat inzibati cərimə tətbiq olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov İş № 3(050)-456/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Lənkəran Rayon Məhkəməsi 07 aprel 2022-ci il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Səlimov Ayaz Aydın oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Lənkəran şəhərində, məhkəmə binasında Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxılır. İclas saat 17:35-də açıldı. Hakim məhkəmə iclasını açır və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati materiala, məhkəmə binasında, açıq məhkəmə iclasında baxıldığını elan edir. Hakim məhkəmə iclasına iştirakçıların gəlib-gəlməməsini yoxlayır, məruzə etmək üçün sözü iclas katibinə verir. Katib məruzə edərək bildirir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və şahid məhkəmə iclasına gəlmişlər. Sədrlik edən şahidin gəlməsini yoxlayıb məhkəmə nəzarətçilərinə şahidi müşayət altında şahidlər üçün ayrılmış xüsusi otağa aparılmasını və onların bir-biriləri və digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstəriş verdi. Hakim proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs 03 fevral 1973-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Sədrlik edən məhkəmə icraatının Azərbaycan dilində aparıldığını bildirir və iştirakçının Azərbaycan dilində başa düşmələrini və danışa bilmələrini soruşur. İşdə iştirak edənlər hər biri ayrı ayrılıqda Azərbaycan dilində başa düşdüyünü və sərbəst danışa bildiyini bildirir. Sədrlik edən məhkəmə tərkibini elan edərək işə hakim Səlimov Ayaz Aydın oğlunun sədrliyi və Əhmədov Xəyyam Adəm oğlunun iclas katibliyi ilə baxıldığını bildirir və İnzibati Xətalar Məcəlləsinin 108-ci maddəsinə əsasən ona etirazlarının olub-olmamasını soruşur . Etiraz daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir. Proses iştirakçıları hüquq və vəzifələrinin onlara aydın olunduğunu bildirirlər. Sədrlik edən Lənkəran hüquq məsləhətxanasının vəkili X5 hüquqlarının müdafiəsi üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edir. Sədrlik edənin s/c Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Öz hüquqlarımı özüm müdafiə edə bilirəm. Mənə təqdim olunmuş vəkilin xidmətindən yararlanmaq istəmirəm. Bu mənim maddi imkanımla bağlı deyildir. Odur ki, xahiş edirəm barəmdə olan materiala vəkilin iştirakı olmadan baxasınız. Sədrlik edən yerində qısa müşavirə edərək Qərara alır: Şəxs hüquqlarının müdafiəsi özünə həvalə edilsin. Sədrlik edən işə baxılması ilə əlaqədar vəsatətlərin olub-olmamasını soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən daxil olmuş protokolu və işin digər materiallarını elan edir. Sədrlik edən sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verir: Şəxs İzahatı: mən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət etmişəm. Müraciət etməyimə səbəb qonşuluqda yaşayanların mənim yaşadığım evin üstünə daş ataraq məni narahat etmələri olmuşdur. Həmçinin həmkəndlim X16 da xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə müraciət edərək guya onu söydüyümü bildirmişdir. Lakin mən ümumiyyətlə heç kəsi söyməmişəm. Əgər söymüşəmsə də əsəbi olduğum üçün buna yol vermişəm. Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edirəm. Sədrlik edənin s/c Mən ümumiyyətlə heç kəsi söyməmişəm. Əgər söymüşəmsə də əsəbi olduğum üçün buna yol vermişəm. Məhkəmə iclasına şahid dəvət olunur və sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. Şahid: X17 01 may 1979-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Xırmandalı kəndində yaşayan. Hakim şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, ona məlum olan bütün hallar barədə düzgün izahat verməyin onun vəzifəsi olduğunu, izahat verməkdən imtina etməyə və ya bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsi ilə inzibati məsuliyyət daşıyacağını izah edir və ondan iltizam alınaraq iş materiallarına əlavə olunur. Hakim şahidə izahat vermək üçün söz verir: X1 izahatı. İzahatı: Qonşum Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxır, məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Ümumiyyətlə hazırda Sahibəli Məmmədovun hərəkətləri dözülməz həddə çatmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Xırmandalı kəndində işlədiyim mağazada olduğum zaman bir nəfər şəxsin uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişdim. Küçəyə çıxdığım zaman Şəxs küçədə qonşularım X11, X12 və X8 qarşı nalayiq söyüşlər söydüyünün şahidi oldum. Sədrlik edənin s/c: Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxıb məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Şahidə əlavə sual-cavab olmadı. Məhkəmə iclasına şahid dəvət olunur və sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. Şahid: X20 05 iyun 1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran rayon Xırmandalı kənd tam orta məktəbində işləyən, Lənkəran rayonu, Xırmandalı kəndində yaşayan. Hakim şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, ona məlum olan bütün hallar barədə düzgün izahat verməyin onun vəzifəsi olduğunu, izahat verməkdən imtina etməyə və ya bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsi ilə inzibati məsuliyyət daşıyacağını izah edir və ondan iltizam alınaraq iş materiallarına əlavə olunur. Hakim şahidə izahat vermək üçün söz verir: X3 izahatı. İzahatı: xx.xx.2022-ci il tarixdə saat 11 radələrində mən, atam Mehman Dadaşov və anam Xumar Dadaşovla birlikdə Lənkəran RPŞ gedərək qonşuluqda yaşayan Şəxs yaşadığı evin həyətindən çıxaraq mənim və ailə üzvlərimi səbəbsiz yerə söyərək təhqir etdiyi barədə müraciət etmişək. Şəxs təkcə xx.xx.2022-ci il tarixdə deyil o mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxır, məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Sədrlik edənin s/c: Şəxs səbəbsiz yerə bizi təhqir edir. Çünki o, mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə olur. Şahidə əlavə sual-cavab olmadı. Məhkəmə iclasına şahid dəvət olunur və sədrlik edən şahidin şəxsiyyətini müəyyən edir. Şahid: X18 08 may 1960-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evdar qadın, Lənkəran rayonu, Xırmandalı kəndində yaşayan. Hakim şahidə özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnu, ona məlum olan bütün hallar barədə düzgün izahat verməyin onun vəzifəsi olduğunu, izahat verməkdən imtina etməyə və ya bilə-bilə yalan izahat verməyə görə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsi ilə inzibati məsuliyyət daşıyacağını izah edir və ondan iltizam alınaraq iş materiallarına əlavə olunur. Hakim şahidə izahat vermək üçün söz verir: X2 izahatı. İzahatı: qonşuluqda yaşayan Şəxs ilə aramızda dəfələrlə mübahisə və münaqişəmiş olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Şəxs sərxoş vəziyyətdə küçəyə çıxaraq məni və ailə üzvlərimi nalayiq küçə söyüşləri ilə təhqir etdi. X4 hərəkətləri dözülməz həddə çatmışdır. Şəxs mütəmadi olaraq spirtli içkilər qəbul edərək sərxoş vəziyyətdə küçəyə çıxır, məni və digər qonşuluqda yaşayan şəxsləri, bizim ailə üzvlərimizi səbəbsiz yerə təhqir edir. Sədrlik edənin s/c: Şəxs sərxoş olur və səbəbsiz yerə bizi təhqir edir. Şahidə sual-cavab olmadı. Hakim işdə iştirak edən şəxsin məhkəmə araşdırmasının tamamlanması üçün hansı sübutların baxılması və həmin sübutları işin məhz hansı hallarının müəyyən edilməsi üçün zəruriliyi barədə vəsatətlərinin olub-olmamasını aydınlaşdırır. Vəsatət daxil olmadı. Hakim məhkəmə araşdırmasının qurtardığını elan edir. Hakim çıxış üçün sözü barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə verdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edirəm. Hakim qərar qəbul etmək üçün müşavirə otağına gedir və qayıtdıqdan sonra qərarı elan edir. Qərardan şikayət vermənin qaydası və müddəti izah olunur. Məhkəmə iclası saat 17:57 dəqiqədə bağlı elan olunur. Protokol 07 aprel 2022-ci il tarixdə tərtib olundu Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar