Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-98/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X7 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan – Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlunun iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-1 uşaq, orta təhsilli, işsiz, Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X2 barəsində Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Məhkəməsinin 2(049)-1309/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli və e- 2(049)-2781/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlu tərəfindən X2 barəsində İXM-nin 528.1-ci maddəsi ilə 29 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 2315 manat zərərin əvəzinin ödənilməsi ilə bağlı onun barəsində çıxarılan məhkəmə qətnaməsi ilə razılaşmır və həmin qətnamədən etdiyi şikayət ərizəsi elektron qaydada verilmədiyi üçün geri qaytarılmış, ikinci dəfə isə müddətin bərpası ilə bağlı verdiyi şikayət ərizəsi təmin olunmamışdır. Qərərdadı aldıqdan sonra yenidən şikayət edəcəkdir. Digər qətnamə üzrə borcu ödəməkdən imtina etmir. Lakin maddi durumu borcu tam şəkildə icra etməyə imkan vermir. İşsiz olduğu üçün borcu ödəyə bilməmişdir. Törətdiyi əməldən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. Əlilliyi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilməsini tələb edərək borclu barəsində qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında dindirilmiş Lənkəran Rayon İcra Şöbəsinin icra məmuru Musalı Hüseyn Hicran oğlu bildirmişdir ki, X1 Rayon Məhkəməsi tərəfindən 2(049)-1309/2023 saylı, 13 sentyabr 2023-cü il tarixli və e-2(049)-2781/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədlərini icra etməkdən yayınır. Hazırda onun hər iki qətnaməyə əsasən 3046 manat borcu vardır. İcra sənədinin icrası ilə əlaqədar borclu X3 dəfələrlə xəbərdarlıq edilsə də, o müxtəlif bəhanələr gətirməklə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədini üzürsüz səbəbdən tam olaraq icra etməmişdir. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: İş materiallarında olan icraata başalama haqqında qərarlardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1309/2023 saylı, 13 sentyabr 2023-cü il və e-2(049)-2781/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlanılmıdır. Tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, icraata başlamaq haqqında qərarın surətləri X3 göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, X4 heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, X4 tərəfindən inzibati xətanın törədilməsi onun, zərərçəkmişin və icra məmurunun izahatları, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş X4 məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyərək məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş X3 qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. X2 əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hal hesab olunur və onun əməlində məsuliyyətini ağarlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq inzibati xəta törətmiş şəxs X4 barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(049)-98/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-98/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver