Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-981/2024 18.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Hüseynov Ruslan Şahvələd oğlunun katibliyi, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.4cü maddəsi ilə tərtib edilmiş EQ 24499533 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Xəyalə Babayeva tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayət verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 346.4-cü maddəsi ilə tərtib edilmiş EQ 24499533 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixində saat 16:25 radələrində mülkiyyətində olan **-CT-*** dövlət qeydiyyat nişanlı “BMW 320 D minik” markalı avtomobilini ünvan 1 ünvanında hərəkətdə olan zaman qarşısında avtomobil saxlamış və o, həmin zaman qabağa hərəkətdə olmuşdur. Həmin ərazidə, yəni Əsəd Əhmədov küçəsində küçənin zolaqları ayıran xətlərin olmamasından, avtobus yazısı olan BUS sözü yola hərəkəti zolağında olmadığından və onun sağında onlarla maşın durub və hərəkət etməsinə baxmayaraq DYP-nin elektron nəzarət kamerası ona İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə məsuliyyətə cəlb etmişdir. Halbuki, o, hərəkətdə olmuş və onun bunu sübut edəcək foto və video çəkilişləri vardır. Eyni zamanda onun şikayətini təsdiq edəcək vətəndaş Şahid1 və Şahid2 da şahid kimi məhkəmədə izahat verə biləcəklər. Onun İXM-nin 346.4-cü maddəsi ilə təqsirkar bilib 80.00 manat cərimə olunduğunu öyrənmişdir. Çünki fotoçəkilişdən görünür ki, o, həmin ünvanda hərəkətdə olduğu zaman zolaqları ayıran xətlərin BUS yazısının olmaması və bunu nizamlayan yol nişanın olmaması onun haqlı olduğunun sübutudur. Fotoşəkildən görünür ki, həmin zaman onun sağında çoxlu maşınlar durmuş və onlar heç biri cərimə olunmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixində saat 16:25 radələrində mülkiyyətində olan **-CT-*** dövlət qeydiyyat nişanlı “BMW 320 D minik” markalı avtomobili ilə ünvan 2 ünvanında hərəkətdə olan zaman qarşısında avtomobil saxlamış və o da məcbur qalaraq dayanmış, qəza işıqlarını işə salmışdır. Həmin vaxt mobil telefonuna zəng gəldiyi üçün idarə etdiyi nəqliyyat vasitəsi dayandığından fürsətdən istifadə edib mobil telefonla danışmışdır. Təxminən 30-40 saniyə dayandıqdan sonra hərəkətinə davam edib həmin ərazidən uzaqlaşmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli şəxs – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-nin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan EQ24499533 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İbrahimova (Babayeva) X3 rayonu, Əsəd Əhmədov küçəsi ünvanında xx.xx.2024-cü il tarixdə, saat 16:25:34-də “BMW 320 D minik” markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 80 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsindən görünür ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinin tələbinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən 2C:A5:9C:7C:E5:2E nömrəli kamera görüntülərinə əsasən tərtib edilmiş 4 ədəd fotoşəkildən görünür ki, “BMW 320 D minik” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında xx.xx.2024-cü il tarixdə saat 16:25:34-dən saat 16:27:47-ci saniyəyə qədər dayanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik normalarını hazırki işə tətbiq etdikdə məhkəmə bu qənaətə gəlir ki, X2 xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında saat 16:25 radələrində mülkiyyətində olan “ BMW 320 D minik” markalı, **-CT- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma ilə bağlı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin İ hissəsinin tələbini pozmuş, nəticədə ona istinad edilən inzibati xəta əməlini törətmişdir. Şikayət vermiş şəxs X1 şikayətində və məhkəmə iclasında verdiyi izahatından göstərdiyi dəlillər ağlabatan deyil. Belə ki, Xəyalə Babayeva qarşısındaki nəqliyyat vasitəsi dayandığı üçün o da məcbur olaraq 30-40 saniyə müddətində dayandığını bildirsə də, təqdim edilmiş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ünvanında X1 idarə etdiyi nəqliyyat vasitəsi 2 dəqiqədən artıq müddətdə hərəkətsiz vəziyyətdə olmuş, özünün deməsinə görə mobil telefona gələn zəngə də cavab vermişdir. Fotoşəkillərdən də göründüyü kimi onun iki dəqiqədən artıq müddətdə qarşısında dayanmış nəqliyyat vasitəsini ötüb keçməsinə kifayət qədər imkanı olmuşdur. Xəyalə Babayevanın şikayətində və məhkəmə iclasında verdiyi izahatından göstərdiyi dəlillər məsuliyyətdən yayınmağa yönəlməklə, qanuni və əsaslı olan inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş EQ 24499533 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abdullazadə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş EQ 24499533 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №3(049)-981/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-981/2024
18.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver