Məhkəmə qərarları › İş №3(049)-982/2024

Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-982/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-982/2024 21.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X12 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, Azərbaycan Respublikası FHN-i X13 Xidməti Cənub regional X13 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə olan inzibati xəta haqqında işə 21 noyabr 2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası FHN-i X13 Xidməti Cənub regional X13 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə X8 barəsində MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyindən əldə olumuş KY242150740 №li Çıxarışa əsasən və yanğın texniki müayinə aparılması haqqında xx.xx.2024-cü il tarixli 4187 №li qərara əsasən ünvan 2zar ərazisində yerləşən qızıl satışı mağazasında yanğın texniki müayinə keçirilməsinə, sənədlərin təqdim olunmasına obyektin sahibinin maneçilik törədərək şərait yaratmamış, nəticədə Fariz Məmmədov tərəfindən İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi müəyyən edilmişdir. FHN-i X13 Xidməti Cənub regional X13 İdarəsinin nümayəndəsi X5 işin məhkəmə baxışı zamanı protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, qabaqcadan sahibkara bildiriş göndərərək yanğın texniki müayinə aparılacağı barədə Fariz Məmmədov xəbərdar edilmişdir. Ədliyyə Nazirliyindən əldə olumuş Çıxarışa əsasən onların xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Fariz Məmmədovun sahibi olduğu qızıl mağazasında yanğın texniki müayinə aparılmaq səlahiyytləri olmuşdur. xx.xx.2024-cü il tarixdə digər əməkdaşı ilə həmin mağazaya daxil olub, özlərini təqdim edib gəlmə məqsədlərini ona bildirmişlər. X10ra bildirmişdir ki, onların onun mağazasında yoxlama aparmaq səlahiyyətləri yoxdur, onu narahat edirlər. Daha sonra kobudcasına “gedin, nə istəyirsinizsə onu da edin, sizə şərait yaratmayacam” deyərək onların təqdim etdiyi sənədi üstlərinə atmışdır. Şərait yaradılmamamağa görə barəsində inzibati protokol tərtib olunub. Məhkəmədən İXM-nin 602.4-cü maddəsi ilə tərtib olunmuş protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında sonuncunun vəsatəti daxil olmamışdır. Məhkəmə İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X3 və şahidi dinləyib, həmçinin iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində izahatı alınmış X9 göstərmişdir ki, o, FHN-i X13 Xidməti Cənub regional X13 İdarəsinin kiçik inspektorudur. xx.xx.2024-cü il tarixdə böyük inspektor X5 ilə birlikdə X4 mağazasında yanğın təhlükəsizliyi ilə bağlı yoxlama aparmaq istəmişlər. X10rı mağazaya buraxıb yoxlama aparmağa imkan verməmiş, onlar yoxlamanın aparılmasına icəzə verən Çıxarışı ona təqdim etsələr də, sonuncu onu əzərək üstlərinə tullamış və onları kobud şəkildə uzaqlaşdırmışdır. Əlavə olaraq bildirdi ki, hadisə yerində kamera olmamışdır. Materiala əlavə edilmiş “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2024cü il tarixli, 4187 №-li qərardan görünür ki, Lənkəran şəhəri Mirmustafaxan küçəsində yerləşən və X6 məxsus mağazada xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasında müayinə aparılacaqdır. FHN DYNX Cənub Regional DYNİ-nin poçt göndərişlərinin xx.xx.2024-cü il tarixli 006 №-li reyestrindən və QPG-lərin qəbulu haqqında xx.xx.2024-cü il tarixli siyahıdan görünür ki, “Yanğın-texniki müayinənin aparılması haqqında” xx.xx.2024-cü il tarixli 4187 №-li qərar digər şəxslərlə bərabər X6 da poçt vasitəsilə qabaqcadan göndərilmişdir. Materiala əlavə edilmiş Ədliyyə Nazirliyinin “X2 X7 reyestrindən” Çıxarışdan görünür ki, yoxlayıcı orqan FHN Dövlət Yanğın Xidməti, yoxlanılan sahibkar X8 olmaqla, yoxlama müddəti xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri əhatə edir. Materiala əlavə edilmiş edilmiş təqrir və aktdan görünür ki, Azərbaycan Respublikası FHN-i X13 Xidməti Cənub regional X13 İdarəsinin böyük inspektoru X5 və digərləri xx.xx.2024-cü il tarixdə məruzə, eləcə də akt tərtib edərək bildirmişdir ki, 01 noyabr 2024cü il tarixində ünvan 2zar ərazisində yerləşən X6 məxsus qızıl satışı mağazasında TM aparılması haqqında” 06 sentyabr 2024-cü il tarixli, 4187 nömrəli “Yanğın-texniki müayinənin arılması haqqında qərar” və X2 X7 reyestrində qeydə alınmış 21 oktyabr 2024-cü il tarixli, KY242150740 nömrəli “Çıxarış” əsasında yanğın-texniki müayinə keçirməli idi. Lakin müayinə keçirtmək mümkün olmamışdır. Müayinənin keçirilməməsinə səbəb qızıl satışı mağazasının sahibkarı X8 tərəfindən müayinənin keçirilməsinə şərait yaradılmaması olmuşdur. Belə ki, sahibkara müayinənin keçirilməsi barədə əvvəlcədən qərarın təqdim edilməsi üçün 18 sentyabr 2024-cü il tarixdə X17 Şöbəsi vasitəsi ilə sahibkarın hüquqi ünvanına göndərilmişdir. 28 oktyabr 2024-cü il tarixdə ünvan 2zar ərazisində yerləşən X6 məxsus qızıl satışı mağazasında yanğın-texniki müayinənin aparılması üçün olmuş, obyektə daxil olan zaman özünü təqdim etmiş, yoxlama keçirilməsi barədə məlumatı yenidən sahibkara bildirən zaman sahibkar ona bildirmişdir ki, onların orada yoxlama keçirməyinə icazə vermir, VÖEN-ni dəyişdirmiş, yeni VÖEN-lə fəaliyyət göstərir, onları səhv göndəriblər ora, onların haqqını yoxdur ki, orada yoxlama keçirəsinlər. Sahibkardan yeni VÖEN-i istədikdə, ona bildirmişdir ki, vermir, özləri gedib tapsınlar. Sonra onu obyektdən qovaraq çölə çıxartmış, “sən bura nə əsasla gəlmisən” söyləmiş, o da, Çıxarışı ona təqdim edən zaman yoxlamanın keçirilməsi üçün qərarın sürətinin qeydiyyat ünvanına poçt vasitəsilə göndərdiyini söyləmiş, lakin sahibkar X8 ona təqdim etdiyi reyesterdən Çıxarışı və yoxlama keçirilməsi barədə qərarın əslini əzərək “uzaqlaşın mənim obyektimdən, mən sənə yoxlama keçirilməsi üçün şərait yaratmıram, get nə istəyirsən elə” söyləmişdir. Məhkəmə qeyd edir ki, İXM-nin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 qeyd olunan inzibati xətanın törətməsində təqsiri xx.xx.2024-cü il tarixli MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol, təqrir, akt, şahid izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o, həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. X4 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İXM-nin 77.3-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş qurtaranadək maddi sübutların saxlanılmasının təmin edilməsi üçün zəruri tədbirlər görməli, habelə inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 1250 (bir min iki yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar