Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-988/2022 03.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: İbrahimov Elvin Telman oğlu, inzibati protokolu tərtib edən şəxs: Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi polis kapitanı Vahidov Rüstəm Ağalar oğlu, zərərçəkmiş şəxs: Rzayeva Rəisə Həsən qızı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və onun müdafiəçisi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Musazadə Elşən Möhrab oğlunun iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 03 noyabr 2022-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Bayramov Bəhruz Ədalət oğlunun 17 sentyabr 2022-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 03 noyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Lənkəran Rayon Məhkəməsinin binasında əlindəki çanta ilə Rzayeva Rəisə Həsən qızının başına vurmaqla sağlamlığına zərər vurmayan xəsarət yetirməklə döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən onun barəsində Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən müvafiq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin sahə rəisi Vahidov Rüstəm Ağalar oğlu izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, qızı Gülər Rzayeva ilə Hafiz Rzayev ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı var. Sonradan Gülərlə Hafiz arasında olan münasibətlər pozulmuş, boşanmışlar. Lənkəran rayon məhkəməsinin qərarına əsasən Gülər Rzayevaya Hafiz Rzayevə məxsus evdə yaşamaq hüququ verilmişdir. Gülərin həmin evdə yaşamasına Hafiz narazılıq etdiyi üçün aralarında münaqişələr yaranmışdır. Rəisə Rzayevanın Lənkəran ŞRPŞ-yə yazmış olduğu şikayət ərizəsi əsasında araşdırma aparılmış və Gülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək baxılmasından ötrü toplanmış material məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə həmin iş üzrə Lənkəran rayon məhkəməsinə çağrılmış.qızı Gülərlə həmin tarixdə məhkəməyə getmişlər. Məhkəmənin qərarına əsasən Gülər Rzayeva 300 manat cərimə edilmiş, buna etiraz edərək cərimə ilə razılaşmamışdır. Gülərin cərimə olunduğunu görən Rəisə sevinərək əlindəki əsa ilə Gülərə tərəf işarə etmişdir. O, Rəisə Rzayevanı vurmamışdır. Barəsində olan inzibati iş üzrə icraat xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi Musazadə Elşən Möhrab oğlu barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində icraata xitam verilməsini xahiş etdi.. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Rzayeva Rəisə Həsən qızı izahatında göstərdi ki, oğlu Hafiz Rzayev ilə Gülər Rzayeva ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı var. Sonradan Gülərlə Hafiz arasında olan münasibətlər pozulmuş, boşanmışlar. Lənkəran rayon məhkəməsinin qərarına əsasən Gülər Rzayevaya Hafiz Rzayevə məxsus evdə yaşamaq hüququ verilmişdir. Gülərin həmin evdə yaşamasına Hafiz narazılıq etdiyi üçün aralarında münaqişələr yaranmışdır. Gülər onu döydüyü üçün xx.xx.2022-ci il tarixdə Lənkəran rayon məhkəmənin qərarına əsasən 300 manat cərimə edilmişdir. Həmin məhkəmə iclası bitən zaman Pərvanə əlindəki çanta ilə onun baş nahiyəsinı zərbələr vurmuşdur. Məhkəmədən inzibarti xəta haqqında protokola qanunauyğun şəkildə baxılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təhqiqatçısı Vurğun Məmmədovun 17 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış 24 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Lənkəran Şəhər Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin xx.xx.2022-ci il tarixli, 887 saylı rəyindən görünür ki, Rzayeva Rəsiə Həsən qızının bədəni üzərində - başın təpə nahiyəsində qançır aşkar edilmişdir. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara Regional Filialının 03 noyabr 2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, Şəxs heç bir pensiya və müavinət almır. İş materiallarında olan və məhkəmədə elan olunmaqla araşdırılmış Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(049)-823/2022 nömrəli qərarından görünür ki, Şərifova Gülər Əkrəm qızı Rzayeva Rəisə Həsən qızını döydüyünə görə İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə barəsində 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs zərərçəkmişi döyməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibb ekspertiza rəyi və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxslə münasibətlərini, habelə maddi vəziyyətini, həmçinin məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə nğvündə tənbeh tədbiri təyin edərkən hadisənin məhkəmə binasında baş verməsini də nəzərə alır. Məhkəmə qeyd edir ki, cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 128-130 və 157ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №3(049)-988/2022
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-988/2022
03.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver