Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 3(049)-994/2024 14.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Lənkəran rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1998-ci il tarixdə Lənkəran rayonu, Digah kəndində doğulmuş, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olan və həmin kənddə faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1685 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Lənkəran rayon 1 saylı Notariat ofisinin 85-19013 saylı İcra sənədləri borclu Şəxs tərəfindən icra edilməmişdir borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə X1 üçün hər ay sabit pul məbləğində 190 manat aliment ödənilməlidir. Hazırda borclunun tələbkarlara ümumilikdə 2146,32 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Borclu Şəxs icra sənədinin icrasını təmin etməmişdir. Onun barəsində Azərbaycan Rspublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Lənkəran rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında iştirak edərək, protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, icra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Həmçinin icra sənədinin icrası ilə əlaqadar məhkəməyə təqdim etdiyi təqdimat əsasında borclunun ölkədən getmək hüququ müvvəqəti olaraq məhdudlaşdırılmışdır. Eyni zamanda borclu icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırdığı üçün barəsində tərəfindən “borclunun axtarılması” haqqında qərar qəbul edilərək icra edilməsi üçün polisə göndərilmişdir. Borclu həmin axtarış qərarı əsasında polis tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmişdir və onun izahatı alınmışdır. Borclu hal-hazıradək qeyd edilən icra sənədinə əsasən, borcunu tam ödəməmişdir. Tələbkarlar dəfələrlə şöbəyə müraciət edərək aliment borcunun ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Protokolun təmin edilərək, borclu Şəxs olunduğu maddənin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, hər ay sabit pul məbləğində alimentin tələbkar X2 ödənilməsi barədə məhkəmə qərarı barədə məlumatlıdır. Qətnamə qəbul edildikdən sonra aliment borcundan cəmi 140 manat ödəmişdir. Aliment borcuna dair 1.300 manat borcu qalmışdır. Protokolda qeyd edilən digər icra sənədi üzrə isə banka heç bir ödəniş etməmişdir. Hazırda tələbkarlara 2146.32 manat borcu vardir. Heç yerdə işləmədiyi və imkanı olmadığı üçün borc məbləğini ödəyə bilməmişdir o, aliment borcunun hissə hissə ödəyə bilər. Hazırda yığılmış borcunu tam şəkildə ödəyə bilmir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1685 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, həmin icra sənədinə əsasən, borclu Şəxs hər ay sabit pul məbləğində 190 manat məbləğində alimentin alınaraq iddiaçı X2 ödənilməsi qeyd edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası ilə əlaqadar xx.xx.2024-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildiriş tərtib edilərək, borcluya təqdim edilmişdir. Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən verilmiş 2(049)-1685 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqadar borclu Şəxs barəsində “axtarış elan edilməsi haqqında” qərar qəbul edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qətnaməsi barədə məlumatlı olduğu, icra sənədinin icrası ilə əlaqadar ona tələbin könüllü haqqında bildiriş təqdim edilməsinə, dəfələrlə icra şöbəsinə çağırılaraq izahatı alınıb icra sənədini icra etməsi barədə ona xəbərdar edilməsinə baxmayaraq icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin icra məmurunun çağırışlarından boyun qaçırmışdır. Hazırki iş üzrə inzibati xəta haqında protokol tərtib edilərkən borclunun icra sənədlərinə əsasən 2146.32 manat tələbkara borcu qalmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 14 noyabr 2024-cü il saat 12:10-dan hesablansın. Qərarın icrası Lənkəran Şəhər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №3(049)-994/2024
Lənkəran Rayon Məhkəməsi Qərar — İş №3(049)-994/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver