Məhkəmə qərarları › İş №3(050)-1/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1/2025 22.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi iştirakı ilə, xx.xx.1964-cü ildə Masallı rayonunda doğulmuş Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Qəriblər kəndində qeydiyyatda olmaqla Rusya Federasiyasında yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş 01 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Masallı Rayon Qəriblər kənd ərazisində keçmiş əri Zərərçəkmiş şəxs Təvəkkül oğlunu döymüşdür. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024 saylı qərarına əsasən xx.xx.1964-cü ildə Masallı rayonu, Qəriblər kəndində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, orta təhsilli, Masallı rayonu, Qəriblər kəndində müvəqqəti yaşayan Şəxs məcburi qaydada məhkəmə iclasına gətirilməsi və Şəxs məhkəmə iclasına gətirilənədək inzibati xəta haqqında işin icraatının dayandırılması qərara alınmışdır. Masallı Rayon Polis Şöbəsindən Masallı Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Masallı Rayonu Qəriblər kəndində qeydiyyatda olan Şəxs RF-da yaşadığından onun məcburi qaydada məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs və inzibati xata haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 967 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın sol gicgah nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Masallı Rayon Məhkəməsinin 3(050)-600/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərarda olan Məhkəmə iclasında tərcüməçi X1 iştirаkı ilə izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əllə və yumruqla vurmuşdur. Aralarında yaranan mübahisəyə səbəb isə həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları evə başqa bir qadın gətirməsi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə yaşadıqları evə gəlmiş, Zərərçəkmiş şəxs ona qapını açmamış, daha sonra oraya polis əməkdaşları gəlmiş və bundan sonra Zərərçəkmiş şəxs evdən çıxmışdır. Oktayın birgə yaşadığı qadını həmin qadının qardaşı evdən çıxarıb aparmış, həmin qadının üzünü belə görməmişdir. Zərərçəkmiş şəxs o, vurmuşdur, ondan başqa Oktayı heç kim vurmamışdır. Polis əməkdaşları izahatlarını aldıqdan sonra Zərərçəkmiş şəxs çıxıb getmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etmişdir. Həmin qərardan narazı qalan Şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-128/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 3(050)-600/2024 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan cinayət işinin rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarda olan Şəxs izahatından görünür ki, o, əri Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı Oktayın bədəninə 1-2 yumruq zərbəsi vurmuşdur. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə görə - Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırki materialdan görünür ki, Şəxs tərəfindən AR CM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta 05 oktyabr 2023-cü il tarixdə törədilmiş və həmin fakt üzrə 01 mart 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. X4 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həmin qərar ləğv edilmişdir. İnzibati xəta haqqında material yenidən baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qərarına əsasən Şəxs məhkəməyə gəlmədiyi üçün barəsində məcburi qaydada gətirilmə tətbiq edilmiş və iş üzrə icraat dayandırılmışdır. Lakin şəxs Rusiya Federasiyasında yaşadığına görə işə baxılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, İnzibati xəta hadisəsinin törədildiyi vaxtdan hazıradək 1 ildən artıq müddət keçmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Masallı Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli MN seriyalı, ******* nömrəli protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar