Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-10/2023 02.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, şikayətçı X1 və onun vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 09 dekabr 2022ci il tarixli, seriya MN, ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin “İnzibati tənbeh vermə haqqında” 09 dekabr 2022-ci il tarixli, seriya MN, ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən cərimə olunmuşdur. Cərimə olunmasına əsası kimi ünvan 1 ərazisində Viləş çayının yatağında qanunsuz olaraq ekskavatorla qazıntı işlərinin aparması göstərilmişdir. Həmin ərazidə torpaq sahəsi vardır və o, həmin ərazidə “Fərahim Tikinti İstehsal Fərdi Firması” olaraq fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi müddətdə vergi ödəyicisi kimi vergiləri ödəmişdir. Uzun müddətdir ki, həmin ərazidəki fəaliyyətini dayandırmışdır. Fəaliyyətinin dayandırılması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə ilə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə fəaliyyətinin dayandırılması barədə arayış almışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə guya onun ərazisinə yerində baxış edərək, qazıntı işlərinin aparılması barədə protokol tərtib etmişlər. Həmin protokol əsasında qərarla cərimə olunmuşdur. Yazılmış protokol və qərar səhvdir. Çünki onun ərazisində qazıntı işləri aparılmamış və ümumiyyətlə həmin ərazidə fəaliyyəti dayandırılmışdır. Hal-hazırda Bakı şəhərində yaşayır. Qərar qəbul edilərkən Bakı şəhərində olmuşdur. Onun tərəfindən əraziyə nə ekskavator, nədə ki, başqa texnika salınmışdır. Kimin ərazini qazmasını bilmir. İdarənin işçilərinin əlində onun ərazini qazdırması barədə heç bir mötəbər sübut yoxdur. Kimsə qaçaq yolla gecələr ərazini qazacaqsa buna cavabdehlik daşımır. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şikayətçi X5 izahatında göstərmişdir ki, onun tərəfindən torpaq sahəsində qazıntı işləri aparılmamışdır. Torpaq sahəsində kimin qazıntı işləri aparmasından məlumatsızdır. Qazıntı işləri gecə vaxtı aparılmışdır. Vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. İşlədiyi müddətdə başqa ərazidən xammal gətirərək, icarəsinə verilmiş torpaq sahəsində yerləşən avadanlıqlar ilə onu zəruri mala çevirmişdir. Aparılmış qazıntı işləri ilə bağlı heç bir aidiyyəti orqana müraciət etməmişdir. Sonda F.S.Hənifəyev şikayətin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş ƏMDXnin Cəlilabad ərazi şöbəsinin işçiləri tərəfindən Masallı rayonu, Viləş çayın sağ sahilində monitorinq zamanı 3 saylı TKİ-nin Çınqıl karxanasının dövlət mülkiyyətinə aid olan ərazisindən “Fərahim Tikinti İstehsal Fərdi Firması” nın direktoru X5 tərəfindən 0,01 ha torpaq sahəsini ağır texnika ilə 3-4 metr dərinlikdə qazılaraq kənara daşınması ilə bağlı xx.xx.2022-ci il tarixli, 1528 saylı məlumat ƏMDX-nin Cəlilabad ərazi şöbəsinin baş məsləhətçisi X3 iştirakı ilə tərəflərindən yerində araşdırılmış, aparılan araşdırmada “Fərahim Tikinti İstehsal Fərdi Firması” nın direktoru X1 işitirakının təmin edilməsi üçün onunla telefon əlaqəsi saxlanılmış, o, işinin olmasını bildirərək araşdırmada iştirak etməmişdir. ünvan 1ində yerləşən 3 saylı TKİ-nin Çınqıl karxanasının dövlət mülkiyyətinə aid olan torpaq sahəsinə keçirilən baxış zamanı uzunluğu 53 metr, eni 3 metr, dərinliyi 5 metr olmaqla 795 m3 həcmdə çınqıl-qum qarşılığının ərazidən aparılmaqla X5 tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” və “Yerin təki haqqında” Qanunların tələbləri pozulmuşdur. Baş vermiş hadisə ilə bağlı akt tərtib edilmiş, akta əsasən protokol tərtib edilmiş və onlar əsasında “İnzibati tənbeh vermə haqqında” 09 dekabr 2022-ci il tarixli, seriya MN, ******* saylı qərar qəbul edilmişdir. Sonda M.M.Həsənzadə şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Şikayət vermiş şəxsin vəkili Vəkil şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İş materiallarında olan: 18 may 2022-ci il tarixli, 2368 saylı icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən ünvan 1i ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 8085,0 kv.m. torpaq sahəsi illik icarə haqqı 1800,12 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək X4 icarəyə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 oktyabr 2022-ci il tarixli aktda göstərilir ki, monitorinq, araşdırma aparılarkən Masallı rayonu, Viləş çayının sağ sahilində 0,01 ha torpaq sahəsinin 3-4 metr dərinliyində qazılaraq kənara daşınması müəyyən edildi. Sorğu zamanı həmin torpaq sahəsinin "xxxx" TT Fərdi Firmasının direktoru X5 tərəfindən qazılması, əldə edilmiş qum-çınqıl materialının kənara daşınması məlum oldu. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış 14 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad ərazi şöbəsinin işçiləri tərəfindən Masallı rayonu, Viləş çayının sağ sahilində növbəti monitorinq keçirilən zaman 3 saylı İTKİ-nin Çınqıl karxanasının dövlət mülkiyyətinə aid ərazisindən "xxxx" Fərdi Firmasının direktoru X5 tərəfindən 0,01 ha torpaq sahəsinin ağır texnika vasitəsi ilə 3-4 metr dərinlikdə qazılaraq kənara daşınması faktı aşkar olunmuşdur. 28 noyabr 2022-ci il tarixli, 767778 saylı aktda göstərilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş ƏMDX-nin Cəlilabad ərazi şöbəsinin işçiləri tərəfindən Masallı rayonu, Viləş çayın sağ sahilində monitorinq zamanı 3 saylı TKİ-nin Çınqıl karxanasının dövlət mülkiyyətinə aid olan ərazisindən “Fərahim Tikinti İstehsal Fərdi Firması” nın direktoru X5 tərəfindən 0,01 ha torpaq sahəsini ağır texnika ilə 3-4 metr dərinlikdə qazılaraq kənara daşınması ilə bağlı xx.xx.2022-ci il tarixli, 1528 saylı məlumat ƏMDX-nin Cəlilabad ərazi şöbəsinin baş məsləhətçisi X3 iştirakı ilə tərəflərindən yerində araşdırılmış, aparılan araşdırmada “Fərahim Tikinti İstehsal Fərdi Firması” nın direktoru X1 işitirakının təmin edilməsi üçün onunla telefon əlaqəsi saxlanılmış, o, işinin olmasını bildirərək araşdırmada iştirak etməmişdir. ünvan 1ində yerləşən 3 saylı TKİ-nin Çınqıl karxanasının dövlət mülkiyyətinə aid olan torpaq sahəsinə keçirilən baxış zamanı uzunluğu 53 metr, eni 3 metr, dərinliyi 5 metr olmaqla 795 m3 həcmdə çınqıl-qum qarşılığının ərazidən aparılmaqla X5 tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” və “Yerin təki haqqında” Qanunların tələbləri pozulmuşdur. 29 noyabr 2022-ci il tarixli, ******* saylı protokoldan görünür ki, 28 noyabr 2022-ci il tarixli, 767778 saylı akta əsasən protokol tərtib edilmiş, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 izahat verməkdən, protokolu imzalamadan və surətini almaqdan imtina etməsi göstərilmişdir. 09 dekabr 2022-ci il tarixli, seriya MN, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, ünvan 1 ərazisində Viləş çayın yatağında qanunsuz olaraq ekskavatorla qazıntı işlərinin parılmasına görə X5 Azərbaycan Respublikası İXM-nin 228ci maddəsi ilə 600 (altı yüz) manat inzibati qaydada cərimə edilmişdir. Elektron sistemdən çıxarılmış arayışdan görünür ki, X5 vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. İşin araşdırılması zamanı qazıntının aparılması iddia edilən əraziyə baxış keçirilmişdir. Məhkəmə tədqiqatı zamanı X5 tərəfindən ünvan 1 ərazisində Viləş çayın yatağında qanunsuz olaraq ekskavatorla qazıntı işlərinin aparılması işdə olan sübutlar əsasında təsdiqini tapmışdır. Onun vergi ödəyicisi kimi fəaliyyətini dayandırması hadisənin onun tərəfindən törədilməsini istisna etmir. Həmçinin, işdə olan fotoşəkillərdən hadisənin gündüz vaxtı müəyyən edilməsi (halbuki, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şikayətçi X5 ərazinin gecə vaxtı qazılmasını bildirmişdir.), ağır texnikanın şikayət vermiş şəxsin icarəsinə verilmiş və ya düz onun qonşuluğunda torpaq sahəsində dayanaraq hadisəni törətməsi və şikayət vermiş şəxsin bütün bunlara passiv mövqe nümayiş etdirməsi (əgər hadisə onun tərəfindən törədilməsəydi ən azından o, aktın yazılmasında və ondan sonrakı proseslərdə iştirak edər, aidiyyəti orqanlara baş vermiş hadisə ilə bağlı məlumat verməkdə maraqlı olardı.) də nəzərə alınmalıdır. Bundan başqa, şikayət vermiş şəxs şikayətində göstərdiyi kimi xx.xx.2022-ci il tarixdə vergi ödəyicisi kimi fəaliyyətini faktiki olaraq da dayandırmışdırsa, onun 18 may 2022-ci il tarixdə illik icarə haqqı 1800,12 manat olan torpaq sahəsinə görə icarə müqaviləsini bağlaması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxrıda göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: X1 “İnzibati tənbeh vermə haqqında” 09 dekabr 2022-ci il tarixli, seriya MN, ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-10/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-10/2023
02.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver