Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1000/2023 22.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs Güləxan qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Masallı rayonu, Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətənaşı, orta təhsilli, evli, təqaüdçü, Masallı rayonu, Böyük Kolatan kəndndə qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kolatan kəndində Zərərçəkmiş şəxs Güləxan qızını vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin polis sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, Masallı rayonu, Kolatan kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, həmkəndliləri Sənan, Nazilə, Elşən və Şəhanə adlı şəxslərin onu döyməsini göstərmişdir. Eyni zamanda Masallı rayonu, Kolatan kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-yə ərizə ilə müraciət edərək, qonşusu Tofiqə adlı qadının onu döyərək xəsarət yetirməsini göstərmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs, X5, Şəxs, X8 və X1 rayonu, Böyük Kolatan kənd sakinləridir və qonşuluqda yaşayırlar. Ulduz Şahbazovun həyətinə gedən yol Elşən Şahbazovun həyətindən keçir, bununla bağlı tərəflər arasında bir neçə dəfə mübahisə baş vermişdir. xx.xx.2023-cü il tarixdə Ulduz Şahbazov həyətindən çıxmaq istəyən zaman Elşən Şahbazovla rastlaşmış və aralarında mübahisə baş vermişdir. Daha sonra mübahisyə Ulduz Şahbazovun arvadı Zərərçəkmiş şəxs, Elşən Şahbazovun ailə üzvləri Şəxs və Günel Şahbazova qoşulmuşdur. Tərəflər arasında baş verən mübahisə münaqişəyə çevrilmiş və tərəflər bir-birlərini döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, lakin Zərərçəkmiş şəxs, X5, Şəxs, X8 və X6 əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlaməti olduğundan barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTByə göndərilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi məqsədi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı Ulduzun arvadıdır və onların bir həyərdə yaşayırlar, gediş-gəliş yolları eynidir. Təxminən 1 ildir ki, qaynı Ulduz və ailə üzvüləri ilə arasında mütəmadi olaraq mübahisə və münaqişə olmuşdur. Münaqişə olmasının səbəbi odur ki, qaynı Ulduz onların evinin qarşısı ilə gedib gələn zaman heç bir səbəb olmadan oğlu Elşəni və gəlini X3 uca səslə nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələri idi o, yaşadığı həyətdə olmuş və oğlu Elşən ilə söhbət etmişdir. Həmin zaman birdən görmüşdür ki, qaynı Ulduz evin arxa hissəsində qarşı hisəsinə gedən yolla keçir. Onlar Ulduza heç bir söz deməmiş, həmin zaman Ulduz onlara tərəf baxaraq söyməyə başlamışdır. Oğlu Elşən qaynı Ulduza anasının sənin qardaşın arvadıdır, ayıbdır sənin için qaradaşın avdını söyürsən demişdir. Ulduz bu sözləri eşidən kimi onu və oğlu Elşəni söyməyə başlamışdır. O, da onun söyüşlərini özünə qaytarmışdır. Həmin zaman qaynı Ulduz yerdən bir çay daşı əlinə götürüb onlara tərəf atmışdır. Həmin daşlardan biri oğlu Elşənin qol nahiyyəsinə dəymiş və qolunu əzmişdir. Ulduz yedən bir dənə də daş götürüb oğlu Elşənin başına vurmaq istəmişdir. Həmin zaman oğlu Elşən Ulduzun əlindən tutmuşdur ki, daşı başına vura bilməsin. Ulduzun səsinə arvadı Zərərçəkmiş şəxs gəlmişdir. Zərərçəkmiş şəxs onun qızı Günel Muradovanın üzərinə cummuş və onun baş nahiyyəsində olan saçından tutub datmağa başlamışdır Onların səs-küyünə qonşuları Mirvari, Nizami və Zəfər gəlmiş və ayırmışdır. Sonda N.C.Bəşirova göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Güləxan qızı izahatında göstərdi ki, 1992-ci ildə Kolatan kənd sakini X5 ilə ailə həyat qurmuş və əri Ulduzun atası Balaxanın həyətində ev tikib orada yaşamışdır. Onunla birlikdə qaynı oğluda qaynatası Balaxanın həyətində ev tikib və ailə üzvüləri ilə birlikdə orada yaşamışdır. Təxminən 1 ildir ki, qaynı oğlu Elşənlə və ailə üzvüləri ilə aralarında mütəmadi olaraq mübahisə və münaqişələri var. Münaqişələrinin getməsinin səbəbi qayını oğlu Elşənin tikdiyi evin qaşısından onların yaşadıqları evə yol gedir. Elşən həmin yolun qarşısına dəmirdən qapı qoyub gediş-gəlişə mane olmuşdur. 7 ay bundan əvvəl onların evinə gələn qaz xəttini turbasını Elşən kəsmiş və qaz xəttinin gəlməsinə imkan verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində o, evin həyətində yemək üçün göyərti təmizləmişdir. Həmin zaman əri Ulduzun qışqırıq səslərini eşitmiş və tez onun yanına getmişdir. O, Elşən, Nazilə, Günel, Sənan və Şəhanənin əri Ulduzu yerə yıxıb döydüyünü görmüşdür. O, əri Ulduzu niyə döydüklərini soruşmuşdur. Onlar Ulduzdan ayrılıb ona yaxınlaşdılar. Elşən belinə yumruq vurmuş, Nazilə sinəsinə yumruq vurmuş, Günel sağ qolunun yuxarı hissəsinə yumruq vurmuş, Şahanə onları ayırmışdır. Səs-küyünə qonşuları Mirvari, Nizami və Zəfər gəlmiş və onlar bir-birindən ayırmışlar. Sonda Zərərçəkmiş şəxs Şəxs qanunamüvafiq qaydada cəza verilməsini xahiş etdi. Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB toplanmış xx.xx.2023-cü il tarixli HK-1/181, HK-1/182, HK- 1/183, xx.xx.2023-cü il tarixli HK-1/184 və xx.xx.2023-cü il tarixli HK-1/199 nömrəli materiallar uzrə cinayət işi başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs, Şəxs, X8 və X6 Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməs üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekpsertiza və X7 X15 370 saylı məhkəmə-tibbi müayinəsi barədə ekspert rəyində Zərərçəkmiş şəxs bədəni üzərində sağ çiyin nahiyəsinin sıyrığı, döş qəfəsinin ön hissəsinin və başın alın nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir günə qədərdir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Kolatan kəndində Zərərçəkmiş şəxs Güləxan qızını vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarət yetirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərək, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs Güləxan qızının döyülməsi və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, ekspert rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1000/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1000/2023
22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver