Məhkəmə qərarları › İş №3(050)-1001/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1001/2023

22.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1001/2023 22.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə Masallı rayonu Böyük Kolatan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, Masallı rayonu, Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 aprel 2023-cü il tarixdə Kolatan kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə bacısı və bacısı oğlu ilə birlikdə avtomobilində olduqları zaman Ulduz onlara yaxınlaşaraq “sənin qara günlərin hələ qabaqdadı” demişdir. Daha sonra anasını söyməyə başlamışdır. O, anasını söydüyü üçün Ulduza iradını bildirmişdir. Daha sonra Ulduz çıxıb getmişdir. Həmin vaxt Ulduzla mübahisə etməmiş, aralarında dava-dalaş olmamışdır. Bundan sonra bacısı maşından düşüb getmək istədiyi zaman Ulduzun arvadı arxadan gələrək bacısını vurmuşdur. Anası isə onları ayırmağa başlamışdır. Bu zaman Ulduz əlində daş onun üzərinə gəlmiş və əlində olan daşları ona tərəf atmağa başlamışdır. Atdığı daşların bir çoxu ona dəyməsə də, lakin bir sivri daş ona dəymişdir. Oda özünü müdafiə etmək üçün onun əlindən tutmuşdur. Sonra isə Zəfər gəlib Ulduzu ondan uzaqlaşdırmışdır. Əslində Ulduz onu vurmuşdur. O, isə Ulduza hər hansı bir xəsarət yetirməmişdir, onu vurmamışdır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, ilk dəfə deyil ki, belə bir hadisə baş verir, əvvəllərdə buna bənzər hadisələr olmuşdur. Elşən onun ünvanına nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü il tarixdə aralarında olan məhkəmə mübahisəsilə ilə bağlı yerli baxış aparılmışdır. Yerli baxış bitdikdən sonra o, ərzaq almaq üçün mağazaya getmişdir. Bu zaman Elşən maşını ilə gəlmişdir və onu görüb gülmüşdür. Oda Elşənə “hədər yerə gülmə Dövlətimiz nə deyərsə oda olacaq” demişdir. Bu sözdən başqa ona heç bir söz deməmiş, onu söyməmişdir. Lakin Elşən onun üzərinə hücum çəkərək yumruqla onu vurmuş, onu yerə yıxmışdır. Zərbənin nəticəsində gözündən xəsarət almışdır. Hətta Elşən avtomobilini onun üzərinə sürmək istəmiş, lakin ailə üzvləri buna imkan verməmişdir. Şəxsla barışmamışdır. Məhkəmədən qanunauyğun ədalətli cəza verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 371 saylı rəydə qeyd edilmişdir ki, Vət. Zərərçəkmiş şəxs sağ göz almasının ağlı qişasının məhdud qansızma və sol said nahiyəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti bir günə qədərdir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşə əlavə edilmiş 18 may 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in polis kapitanı Yasin Kazımov tərəfindən 22 iyun 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs əməlini etiraf etməsə də, onun təqsiri zərərçəkmiş şəxsin ifadəsi, inzibati xəta haqqında protokol, ekspert rəyi, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yaşını, törətdiyi inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh növündə cərimə edilməsini məqsədə və qanuna müvafiq hesab etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar