Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-1002/2024 20.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs-Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs barəsində (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 may 2024-cü il tarixli, MN seriyalı,1898875 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası DİN-nin DYP-nin Sərçuvar kəndi ərazisindəki postda “Ford Transit” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş protokolu tərtib etmiş şəxs-Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Masallı DYP postu ərazisində keçirilən monitorinq zamanı Ford Transit” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə ilə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş, həmin nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək BDYP-yə sorğu göndərilmiş, sorğu əsasında alınmış cavaba əsasən qeyd edilən nəliyyat vasitəsinin ünvan 1 ünvanı olan Şəxs MMC-nin mülkiyyətində olması müəyyən edilmiş, bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştiakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası DİN-nin DYP-nin Sərçuvar kəndi ərazisindəki postda “Ford Transit” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə buraxılış vəsiqəsi olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fotoşəkildən görünür ki, “Ford Transit” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmış yerdə fotoşəkli çəkilərək inzibati materiala əlavə edilmişdir. İş materialları öyərənilərkən müəyyən edilmişdir ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında material natamadır və baxılması mümkün deyildir. Belə ki, iş materialları ilə “Ford Transit” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin Şəxs MMC-yə məxsus olmasını təsdiq edən sənəd və ya sübut, həmin avtomobilin sürücüsü tərəfindən yükdaşıma qaydalarının pozulmasına səbəb olmuş buraxılış vəsiqəsinin olmamasını təsdiq edəcək sübut və ya videogörüntü məhkəməyə təqdim edilməmişdir. Avtomobil saxlanılarkən avtomobilin kimin idarə etməsi, hansı məqsədlə hansı marşurut üzrə hərəkət etdiyi, avtomobilin yük yerində yükün olubolmaması müəyyən edilməmişdir. Həmçinin “Ford Transit” yük markalı ** JF *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyatı ilə bağlı BDYP-yə hər hansı sorğu göndərilməmiş, bundan əlavə Şəxs MMC-nin fəaliyyəti və hüquqi ünvanını təsdiq edəcək dövlət reyestrdən çıxarış materiala əlavə edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli Qərarında göstərilir ki, “...İnzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 135.3-ci maddəsinə əsasən ittiham üzrə sübut kimi sənədlərin əsli və ya əslinə bərabər surəti istifadə edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş natamam olmaqla baxılması mümkün olmadığından material geri qaytarılmalıdır. Məhkəmə protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə izah edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə tərtib edilmiş protokol üzrə toplanmış inzibati xəta haqqında materiallar natamam olduğundan geri qaytarılsın. Protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinə göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-1002/2024
Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-1002/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver