Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1003/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1970-ci ildə Masallı rayonu Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2684/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 26 avqust 2022-ci ildən başlayaraq 05 oktyabr 2007-ci il təvəllüdlü X3 və 28 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 1760 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Şəxs heç bir üzrlü səbəb göstərmədən icra sənədini icra etməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2684/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 26 avqust 2022-ci ildən başlayaraq 05 oktyabr 2007-ci il təvəllüdlü X3 və 28 aprel 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməsi qət edilmişdir. İcra sənədi icra şöbəsinə daxil olmuş, borcluya icraata başlama haqqında qərar və bildiriş göndərilmişdir. Borclu borcunu ödəmədiyi üçün 2023-cü ildə barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilmişdir. Sonradan borclu borcunu ödəmiş, lakin tələbkar icra şöbəsinə teleqram ünvanlayaraq borclunun xx.xx.2024-cü il tarixdən aliment borcunun ödəmədiyini qeyd etmişdir. Bundan sonra borclunun icra şöbəsinə dəvət olunması ilə bağlı ünvanına bildiriş göndərilmiş, lakin borclu icra şöbəsinə gəlməkdən yayındığı üçün barəsində axtarış elan olunmuş və polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Hazırda borclunun qeyd olunan icra vərəqəsi üzrə 1760 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmənin müvafiq qərarı ilə ondan iki uşağın saxlanılması üçün aliment tutulur. Əvvəllər işləyib aliment borcunu ödəmişdir. Lakin sonradan xəstə olduğu üçün işləyə bilməmiş və aliment borcunu ödəyə bilməmişdir. Hazırda yaranmış borcunu ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən də heç bir ödəniş etmək iqtidarında deyildir. Eləcədə dünənki tarixdə işə başlamalı idi, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün işə başlaya bilməmişdir. Ona vaxt veriləcəyi təqdirdə işləyib borcunu ödəyəcəkdir. Odur ki, məhkəmədən ona vaxt verilməsini xahiş etdi. Beləliklə, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş müəyyən müddətə inzibati qaydada həbs edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 18 aprel 2025-ci il tarixdən, saat 12:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1003/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1003/2025
18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver