Məhkəmə qərarları › İş №3(050)-1004/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1004/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1004/2024 05.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Lənkəran-Astara Regional Bölməsinin nümayəndəsi Rəvvaq Ramin Rauf oğlunun iştirakı ilə, Şirəliyeva Elnurə Rakif qızının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Lənkəran-Astara Regional Bölməsinin inzibati tənbeh vermə haqqında 30 aprel 2024-cü il tarixli, MN 1315850 saylı qərarından şikayət ərizəsinə baxaraq, məhkəmə müəyyən etdi: Şirəliyeva Elnurə Rakif qızı haqqında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsinin rəisi Ələkbərli Xalid Ələmdar oğlu tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə barədə 30 aprel 2024-cü il tarixli, MN 1315850 saylı qərarından şikayət edərək, ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirəliyeva Elnurə Rakif qızı şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsinə əsasən əsassız olaraq cərimə olunmuşdur. Cərimə olunmağına səbəb isə Masallı rayon, Ərkivan qəsəbəsində özünə məxsus qeyri-yaşayış sahəsi var və həmin qeyri-yaşayış sahəsində market işlədərək, fərdi əməklə məşğul olur. Vergi ödəyicisiydir, hər il dövlətə vaxtı-vaxtında vergini ödəyir. Dəfələrlə cənub bölgəsində nümunəvi vergi ödəyicisi kimi mükafatlarla təltif olunmuşdur. Qida Təhlükəsizliyi Agentliyinin marketində olan ərzaq məhsullarını yoxlamışlar, vaxtı keçmiş mal aşkar edə bilməmişlər. Sonradan barəsində əsassız olaraq otaq şəraitində qərar qəbul etmişlər. Guya onun marketində yararlılıq müddəti ötmüş məhsulların satışı həyata keçirilir. Həmin malların hansı mallar olduğu qeyri-müəyyən olaraq qalmaqdadır. Ümumiyyətlə onun marketində vaxtı keçmiş mal olmamışdır. Qərar tam əsassızdır və qanuna zidd olaraq tərtib olunmuşdur. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Şikayət vermiş şəxs Şirəliyeva Elnurə Rakif qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, təkrarən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Lənkəran-Astara Regional Bölməsinin nümayəndəsi Rəvvaq Ramin Rauf oğlu məhkəmə iclasında bildirmişdir ki, tərtib olunmuş protokol və qərar tam qanunidir. Qərarın ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, sahibkar Şirəliyeva Elnurə Rakif qızı əvvəlcədən xəbardarlıq edilməklə, ona məxsus “Qala” marketdə müvafiq yoxlamalar aparılmışdır. Aparılan yoxlamalar zamanı etibarnamə əsasında nümayəndə kimi Şirəliyeva Elnurə Rakif qızının həyat yoldaşı Mais Şirəliyev iştirak etmiş, bu zaman sözügedən marketdə digər pozuntularla yanaşı saxlama müddəti ötmüş məhsulların satılması aşkar edilmişdir. Bununla bağlı müvafiq akt tərtib edilmiş, həmçinin vaxtı keçmiş məhsulların məhv edilməsi barədə yazılı izahatı alınmışdır. Yol vermiş pozuntulara görə Şirəliyeva Elnurə Rakif qızı barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə protokol tərtib edilmiş və 1500 manat məbləğində cərimə edilmişdir. Odur ki, şikayətin rədd edilməsini qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. KY242091449 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, “Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “”Qala” marketində 22.04.2024-26.04.2024-cü il tarixlərdə planlı üzrə yoxlama aparılacağı qeydə alınmışdır. 14 mart 2024-cü il tarixli, LRB-24/0306 nömrəli qərardan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Qala” marketdə planlı (növbəti) yoxlama məqsədi ilə 22.04.2024-26.04.2024-cü il tarixlərdə böyük məsləhətçilər Eminbəyli Elburus Arastun oğlu, Osmanova Fəxriyyə Ağa qızı və aparıcı məsləhətçi Rəvvaq Ramin Rauf oğlu tərəfindən planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır. Qida Obyektinə baxış keçirilməsinə dair 23.04.2024-cü il tarixli, LRB 24/0306 saylı aktdan görünür ki, 14 mart 2024-cü il tarixli, LRB-24/0306 nömrəli qərara əsasən Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən “Qala” marketin sahibinin səlahiyyətli nümayəndəsi Şirəliyev Mais Novruz oğlunun iştirakı ilə planlı yoxlama aparılmış və ümümilikdə aşağıdakı 10 adda məhsulun yararlıq müddəti bitmişdir: 1) Son istifadə müddəti 14.04.2024-cü il tarixdə bitmiş 20 ədəd hər biri 130 qr olan Ovçular” əmtəə nişanlı sosiska, 2) son istifadə müddəti 22.04.2024-cü il tarixində bitmiş 1 ədəd 130 qr olan “Oxotniçnaya” əmtəə nişanlı sosiska, 3) son istifadə müddəti 14.12 2022-ci il tarixində bitmiş 10 ədəd hər biri 800 qr olan “Qreçnevaya” əmtəə nişanlı qreçka, 4) son istifadə müddəti 10.02.2024-cü il tarixində bitmiş 5 ədəd 800 qr olan “Ankara" əmtəə nişanlı noxud, 5) son istifadə müddəti 24.03.2024-cü ildə bitmiş 2 ədəd hər biri 500 qr olan “Doymaq” əmtəə nişanlı makaron, 6) son istifadə müddəti 05.04.2024-cü ildə bitmiş 2 ədəd hər biri 800 qr olan “Richmond” əmtəə nişanlı qreçka, 7) son istifadə müddəti 27.03.2024-cü ildə bitmiş 6 ədəd hər biri 50 qr olan “Galina Bianka" əmtəə nişanlı dadlandırıcı, 8) son istifadə müddəti 12.01,2024-cü ildə bilmiş 3 ədəd hər biri 150 qr olan “Kozinak” əmtəə nişanlı kozinak, 9) son istifadə müddəti 18.01 2023-cü ildə bitmiş 5 ədəd hər biri 5 qr olan “Şəkərli zər” əmtəə nişanlı tort bəzəyi, 10) son istifadə müddəti 06.05.2023-cü ildə bitmiş 2 ədəd hər biri 360 qr olan “İlkbahar" əmtəə nişanlı tomat, Aktın doğruluğunun yoxlama aparan şəxs Rəvvaq Ramin Rauf, Osmanova Fəxriyyə Ağa qızı və “Qala” market sahibinin nümayəndəsi Şirəliyev Mais Novruz oğlu imzaları ilə təsdiq etmişlər. 23.04.2024-cü il tarixli Mais Şirəliyev tərəfindən verilmiş izahatdan görünür ki, o, keçirilmiş yoxlama zamanı aşkar edilmiş müddəti bitmiş məhsulların məhv edilməsində köməklik göstərilməsini xahiş etmişdir. 23.04.2024-cü il tarixli, LRB-24/0306 malların zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası barədə qərardan görünür ki, Şirəliyeva Elnurə Malik qızına məxsus “Qala” marketdə aparılan planlı yoxlma zamanı son istifadə müddəti bitmiş məhsulların Agentliyin əməkdaşları tərəfindən qərar qüvvəyə mindiyi tarixdən 30 gün ərzində məhv edilməsi qərara alınmışdır. 26.04.2024-cü il tarixli, LRB-24/0306 saylı yoxlama aktından görünür ki, yoxlamanın aparılması haqqında 14.03.2024-cü il il tarixli, LRB-24/0306 nömrəli qərara əsasən Masallı rayon Ərkivan qəzəbəsində yerləşən “Qala” marketə baxış keçirilərkən digər pozuntularla yanaşı müəyyən edildi ki, Son istifadə müddəti 14.04.2024-cü il tarixdə bitmiş 20 ədəd hər biri 130 qr olan Ovçular” əmtəə nişanlı sosiska, son istifadə müddəti 22.04.2024-cü il tarixində bitmiş 1 ədəd 130 qr olan “Oxotniçnaya” əmtəə nişanlı sosiska, son istifadə müddəti 14.12 2022-ci il tarixində bitmiş 10 ədəd hər biri 800 qr olan “Qreçnevaya” əmtəə nişanlı qreçka, son istifadə müddəti 10.02.2024-cü il tarixində bitmiş 5 ədəd 800 qr olan “Ankara" əmtəə nişanlı noxud, son istifadə müddəti 24.03.2024-cü ildə bitmiş 2 ədəd hər biri 500 qr olan “Doymaq” əmtəə nişanlı makaron, son istifadə müddəti 05.04.2024-cü ildə bitmiş 2 ədəd hər biri 800 qr olan “Richmond” əmtəə nişanlı qreçka, son istifadə müddəti 27.03.2024-cü ildə bitmiş 6 ədəd hər biri 50 qr olan “Galina Blanka" əmtəə nişanlı dadlandırıcı, son istifadə müddəti 12.01.2024 cü ildə bitmiş 3 ədəd hər biri 150 qr olan “Kozinak” əmtəə nişanlı kozinak, son istifadə müddəti 18.01 2023-cü ildə bitmiş 5 ədəd hər biri 5 qr olan “Şəkərli zər” əmtəə nişanlı tort bəzəyi, son istifadə müddəti 06.05.2023-cü ildə bitmiş 2 ədəd hər biri 360 qr olan “İlkbahar" əmtəə nişanlı tomat məhsulları aşkar olunmuşdur. Bununla da, Azərbaycan Respublikası ticarət, ictimai iaşə məişət və digər xidmət qaydalarının 4.6-cı bəndinin tələbləri pozulmuşdur. Aktın doğruluğunun yoxlayıcılar Rəvvaq Ramin Rauf oğlu, Osmanova Fəxriyyə Ağa qızı və Qala market sahibinin nümayəndəsi Şirəliyeva Elnurə Rakif qızı imzaları ilə təsdiq etmişlər. 30 aprel 2024-cü il tarixli, MN 1315850 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şirəliyeva Elnurə Rakif qızı 30 aprel 2024-cü il tarixdə İXM-nin 447.0.2-ci maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsi dinləyib, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidməti qaydalarının 4-cü maddəsinin 4.6-cı bəndinə əsasən saxlanma (qida məhsullarının yararlılıq) müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır. Qida təhlükəsliyi haqqında Azərbaycan Respublikası qanununa 23-cü maddəsinin 23.1.1-ci bəndinə əsasən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmalıdır. Həmin qanunun 36-cı maddəinə əsasən Qida təhlükəsliyi haqqında Azərbaycan Respublikası qanun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM 447.0.2.-ci maddəsinə görə saxlama müddəti ötmüş məhsulların satılması ilə istehlakçıların hüquqlarının pozulmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxslərin dinləyib və iş materiallarında olan sənədləri tədqiq edərək müəyyən etmişdir ki, Şirəliyeva Elnurə Rakif qızı əvvəlcədən xəbardarlıq edilməklə ona məxsus “Qala” marketdə müvafiq yoxlamalar aparılmışdır.Yoxlamalar nəticəsinə həmin marketdə saxlama müddəti ötmüş məhsullar aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Aktın doğruluğunu yoxlama aparan şəxslərlə yanaşı şikayətçi Şirəliyeva Elnurə Rakif qızının etibarnamə üzrə nümayəndəsi Şirəliyev Mais Novruz oğlu imzası ilə təsdiq etmişdir. Bundan başqa obyekt sahibinin nümayəndəsi Şirəliyev Mais Novruz oğlu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Lənkəran-Astara Regional Bölmə rəisi Əkbərli Xalid Ələmdar oğluna vermiş olduğu izahatında yoxlama zamanı aşkar edilmiş müddəti bitmiş məhsulların məhv edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-ə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (maddə 3). İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur (maddə 13). Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oaln digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəata haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, inzibatı tənbeh vermə haqqında qərar hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın ləğv edilməsi üçün İXM-in 135.1.1-135.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şirəliyeva Elnurə Rakif qızının Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsinin 30 aprel 2024-cü il tarixli, MN 1315850 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar