Məhkəmə qərarları › İş №3(050)-1005/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1005/2023

23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1005/2023 23.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Masallı rayonu, Xanalion kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Xanalion kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Xanalion kəndində yaşayan Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin Boradigah PB-nin sahə rəisi, X4 izahatında göstərdi ki, Masallı rayonu, Xanalion kəndində yaşayan X2 xx.xx.2023- cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək, qardaşı Şəxs onun arvadı Tahirəni içkili vəziyyətdə döyməsi, hazırda münaqişə etməsi və polis istəməsini göstərmişdir. Eyni zamanda Masallı rayonu, Xanalion kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023- cü il tarixdə Masallı RPŞ-nin Boradigah PB-yə müraciət edərək, xx.xx.2023-cü il tarixdə qayını Şəxs onu döyərək xəsarət yetirməsini göstərmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Masallı rayonu, Xanalion kənd sakinləri X3 və Şəxs arasında uzun müddətdir ki, payıbəlli torpaq sahəsi üstündə mübahisə vardır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə X3 payıbəlli torpaq sahəsində olan otları biçdirib evinə apardığı üçün Şəxs onun evinə gedərək mübahisə yaratmış və mübahisə zamanı Mirzə Cabbarovun arvadı Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 1996-cı ildə dövlət tərəfindən 1.5772 ha torpaq sahəsi ona və ailə üzvülərinə verilmişdir. Ona torpaq verildikdən sonra təxminə 1998-ci ildə Rusiya Federasiyasına getmiş, həmin torpaq sahəsini atası Mirzəkişi və bacı-qardaşları istifadə etmişdir. O, 2015-ci ildə Rusiya Federasiyasından qayıtmış və öz torpaq sahəsini əkib becərmək istəmişdir. O, həmin torpaq sahəsini əkmək isdəyən zaman qardaşı Mirzə, bacısı Şəmsiyə və gəlini Tahirə paybəlli torpaq sahəsindən istifadə etməsinə icazə verməmişdir. O, da çıxılmaz vəziyyətdə qalıb məhkəməyə müracət etmişdir ki, onu paybəlli torpaqla təmin etsinlər. Məhkəmə də torpaq şöbəsinə müracət etmişdir. Torpaq şöbəsidə gəlib onun paybəlli torpaq sahəsinin ölçülərini göstərmiş və paybəlli torpaq sahənin yerinin ölçülərini vurmuşdur. Torpaq şöbəsi ölçüləri vurulsada qardaşı arvadı Tahirə və bacısı Şəmsiyə gedib paybəlli torpaq sahəsini ölçülərini yerini pozmuşar. Həmin gündən bu günə kimi onlar onunla və ailə üzvülər ilə danışmırlar, mütəmadi olaraq onunla mübahisə yaradırlar. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində paybəlli torpaq sahəsinə baxmağa getmişdir. Paybəlli torpaq sahəsində olan otları tıraktorla biçildiyini görmüş, bilmişdirdi ki, otu biçdirən şəxs qardaşı Mirzədir. O, da özünə məxsus olan avtomaşınla onun evinə getmiş və avtomaşından yerə düşüb bacısı Şəmsiyədən qardaşı Mirzəni soruşmuşdur. Şəmsiyə ona demişir ki, Mirzə evdə yoxdur. O, Şəmsiyəyə niyə Mirzə onun otunu biçdirib demişdir. Həmin zaman bacısı Şəmsiyə onunla mübahisə etməyə başlamışdır. Onların səsinə gəlinləri Tahirə evdən çölə çıxmışdır. Tahirə onu söyüb təhqir etməyə başlamışdır. Həmin zaman qardaşı Mirzə başını pəncərədən çıxartmış və paybəlli torpaq sahəsini ona verməyəcəyini demişdir. Mirzə torpaq sahəsini ona atası Mirzəkişi verdiyini bildirmişdir. O, Mirzəyə torpağı verməsi barədə polisdə görüşəcəyini bildirmişdir. Aralarında baş vermiş, mübahisə zamanı Tahirə Cabbaova ilə dalaşmaqla sonuncuya dərəcəsi təyin olmayan xəsarət yetirmişdir. Hazırda qarşı tərəflə barışmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs oğlu izahatında göstərdi ki, 1996-cu il tarixdə Masallı rayonu, Xanalyan kənd sakini X3 ilə evlənmişdir. Həmin nikahdan 2 övladı olmuşdur. O, Mirzə ilə evləndikdən sonra Masallı rayonu, Xanalion kəndində əri Mirzənin atası Mirzəkişiyə məxsus olan evdə yaşamağa başlamışdır. Əvvəllər qaynı Şəxs Rusiya Federasiyasında yaşamışdır. 2014-cü ildə qaynı Şəxs Rusiya Federasiyasından gəldikdən sonra onunla mütəmadi olaraq münaqişələr və mübahisələr yaratmağa başlamışdır. Onlara vəfat etmiş qaynatası Mirzəkişidən qalan torpağı əlindən almaq istəmişdir. Neçə dəfə onun barəsində də polisə və məhkəməyə şikayət etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olmuşdur. Həmin vaxt əri paybəlli torpaq sahəsində biçdirdiyi otları həyətlərinə gətirmişdir. O, otları samanlığa yığdığı vaxt qayını Şəxs həyətlərinə gəlmiş, ərini və onu nalayiq söyüşlər ilə söyüb təhqir etməyə başlamışdır. O, da onun dediyi sözləri özünə qaytarmışdır. Həmin zaman Məmmədiyar onun üz nahiyyəsinə şillə vurmuş və o, yerə yıxılmışdır. Səsinə əri Mirzə çölə çıxmışdır. Məmmədiyar əri Mirzəni görüb geri çəkilmişdir. Əri Mirzəyə dava etməsin deyə polisə zəng etrməsini demişdir. Əri Mirzə də polisə zəng edib bu barədə məlumat vermişdir. Mübahisə zamanı Şəxs ona dərəcəsi təyin olmayan xəsarət yetirmişdir. Hazırda qarşı tərəflə barışmış, ona dəymiş ziyan ödənilmişdir Şəxs qarşı şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bununla bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin Boradigah PB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin xx.xx.2023-cü il tarixli, 432 nömrəli ekspertiza rəyindən görünür ki, burnun sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 13 may 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zəzərvurmayan xəsarət oldu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, barışmaqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, barəsində inzibati icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar