Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1006/2023 23.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Masallı rayonu Qədirli kəndində anadan olmuş, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 28 may 2023-cü il tarixdə təxminən saat 19:20 radələrində Masallı rayonu Qədirli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. 28 may 2023-cü il tarixdə dayısı oğlu ilə maşına ot bağlaması yükləmişlər. O, maşının yük yerində Nəzir isə aşağıda olmuşdur. Nəzir yaba ilə ot bağlamasını maşının yük yerinə qaldırmış oda həmin ot bağlamalarını alaraq maşının yük yerində sıra ilə dözmüşdür. Nəzir ot bağlamalarını düzgün qaldırmadığı üçün ot bağlamalarının bir neçəsi açılmışdır. Bu zaman o, Nəzirə irad bildirərək ot bağlamalarını düzgün verməsini bildirmişdir. Bu zaman Nəzirlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Nəzir içkili olmuşdur. Mübahisə zamanı Nəzir onu söymüş oda cavabını vermişdir. Daha maşının yük yerindən düşmüş və Nəzirlə tutaşmışlar. Nəzirin əlində olan yabanı onun əlində almış, bu zaman yaba Nəzirin qoluna dəymiş və əzilmişdir. Daha sonra ayrılmışlar. Evə getdiyi zaman yolda Nəzir onun maşınına əl etmiş oda maşını saxlamış və pəncərəni açmışdır. Bu zaman Nəzir bıçaqla əlindən vuraraq qaçmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs onun bibisi oğludur. xx.xx.2023-cü il tarixdə bibisi oğlu Qeyrəddin ilə birlikdə maşına ot bağalamaları yükləmişlər. Ot bağlamasını maşının yük yerinə qaldırdığı zaman həmin bağlamalardan biri açılmışdır. Bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı birbirilərini söymüşlər. Daha sonra isə Qeyrəddin onu yumruqla vuraraq xəsarət yetirmişdir. Yaba ilə isə əlindən vurmuşdur. Oda bundan əsəbləşərək kənd yolunda Qeyrəddinin maşınına əl edərək saxlatmışdır. Qeyrəddin maşının pəncərəsini açdığı zaman isə bıçaqla Qeyrəddinin əlindən vuraraq qaçmışdır. Hazırda Şəxs ilə aralarında barışıq əldə edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB Publik Hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 477 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ said nahiyəsinin sıyrığı və sol said nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk tük əşyanın (əşyaların) təsirindən törədilmişdir, törəmə müddəti qərarda qeyd olunan 28 may 2023-cü il tarixə uyğun gəlir və sağmalığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şəxs barəsində material üzrə cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini qismən etiraf edici izahatı ilə yanaşı, Zərərçəkmiş şəxs məhkəmə iclasında vermiş olduğu izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar, habelə inzibati xəta haqqında materiala əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xəta törətmiş şəxs Şəxs ilə Zərərçəkmiş şəxs ilə barışdıqlarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-1006/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1006/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver