Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1006/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə. X3 Azərbaycan Respublikası Masallı Rayon Polis X9 Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş 29 aprel 2024-cu il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Masallı Rayon Polis X9 Xidmətinin inzibati tənbeh vermə haqqında 29 aprel 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Polis X9 Xidmətinin əməkdaşı tərəfindən inzibati tənbeh vermə haqqında 29 aprel 2024-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd edilən qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək həmin gün saat 11:14-də İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmağı qeyd edilmişdir. Qərarda hadisənin harada baş verməsi, hadisənin hansı şəraitdə baş verdiyi göstərilməmişdir. Yol polis əməkdaşı onun idarə etdiyi avtomobili Masallı-Yardımlı yolunun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində, yaşayış massivinin qurtarmasından sonra saxlayaraq şifahi olaraq ona avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğunu bildirmişdir. Halbuki, “ötmə qadağandır” nişanının təsir qüvvəsinin şamil olunduğu ərazidə heç bir ötmə əməliyyatı həyata keçirməmişdir. Yalnız yolayrıcı nişanını keçdikdən bir qədər sonra həmin nişanın qadağan nişanını qüvvədən saldığından ötmə əməliyyatını həyata keçirərək, saatda 45-50 km/sürətlə hərəkət edib irəlidə sağa dönmək istəyən avtomobili sürət həddini aşmadan ötmə əməliyyatını icra etmişdir. Yol polis əməkdaşının işarəsi ilə avtomobili saxladıqdan sonra ona ötmə qadağan olunan ərazidə ötmə əməliyyatını həyata keçirdiyini bildirən yol polis əməkdaşına ötməni yalnız yol ayrıcı nişanından sonra icra etdiyini, həmin nişanın isə ötməyin qadağan olunması ilə bağlı nişanı qüvvədən düşürməsini bildirsə də, buna əhəmiyyət verməyərək özündə olan planşetə hansısa qeydlər aparmışdır. O, barəsində tərtib edilmiş protokolun surətini istəsə də, yol polis əməkdaşı bu barədə ona hər hansı sənəd verməmişdir. Hüquqlarını izah etməmiş, məzmununu oxuya bilmədiyi sənədə imza etdirsə də, həmin sənədin surətini ona verməmişdir. Yalnız hazırkı mübahisəli qərarı ona vermişdir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Masallı Rayon Polis Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, inzibati xəta hadisəsini özündə əks etdirən sübutların tələb olunmasına baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, X7 xx.xx.2024-cü il tarixdə 11:14-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində “X6” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 80 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Həmin Məcələnin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcələnin 124.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcələnin 124.4-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi YPX əməkdaşı onu saxlayan zamanı inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Lakin, iş materiallarında olan inzibati tənbeh vermə qərarından göründüyü kimi inzibati xəta xx.xx.2024-cü il tarixdə inzibati xətanı aşkar edən şəxs tərəfindən tərtib edilmiş, həmin vaxt yol verilən inizbati xətanın baş vermə şəraitini əks etdirən protokol kağız daşıyıcıda tərtib edilməmiş və vətəndaşa təqdim edilməmişdir. Qanunvericiliyin qeyd edilən normaları həqiqətdə inzibati xəta törətməsi ilə günahlandırılan şəxsin yerində tanış olmasını, protokoldan narazı olduğu halda, protokolda qeydlərini aparmasını və nəticədə mübahisəli protokol olduğundan həmin protokola baxılarkən vətəndaşın protokol əsasında qəbul ediləcək qərar qəbul edildiyi zaman onun iştirakı ilə törədildiyi iddia edilən xətanın əlamətlərinin müzakirəsini nəzərdə tutmuşdur. Lakin, hazırki vəziyyətdə görünür ki, vətəndaşa törətdiyi xəta ilə bağlı sübutlar təqdim edilmədən yalnız qəbul edilmiş qərarda İXP ******* nömrəli protokolun olduğu ilə bağlı qeydlər aparılmış, hansısa səbəbdən tarixi və nömrəsi olan, lakin məzmunu məlum olmayan protokol vətəndaşla müzakirə edilmədən qərar qəbul edilmişdir. Məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, sözü gedən şikayət məhkəmənin icraatına daxil olduqdan sonra şikayətin baxılmağa hazırlanması zamanı qəbul edilmiş mübahisəli qərarın hansı əsasla çıxarılması ilə bağlı sübutların təqdim edilməsi üçün Masallı Rayon Polis şöbəsinə məktub ünvanlamış, lakin Polis şöbəsindən qərarın qanuniliyini əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Yaranmış mənzərə onu göstərir ki, Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən heç bir sübuta əsaslanmadan vətəndaş X3 əməlində inzibati xəta tərkibinin əlamətləri olması qənaətinə gəlinərək qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 135.1.5-1 ci maddəsinə əsasən 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunduqda işə baxan səlahiyyətli şəxs Məcəllənin 134.1.3-cü maddəsini rəhbər tutaraq qərarı ləğv etməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verməlidir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı Rayon Polis X9 Xidmətinin əməkdaşı tərəfindən X3 barəsində İXM-nin müəyyən edilmiş tələbləri kobud şəkildə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1-maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində olan 29 aprel 2024-cu il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Coşqun Abdullayev.
Məhkəmə qərarları › İş №3(050)-1006/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1006/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver