Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1007/2023 23.06.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Masallı rayonu, Qədirli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, seriya MN, ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Qədirli kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs vuraraq dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTBnin sahə rəisi, X2 izahatında göstərdi ki, Masallı rayonu, Qədirli kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə DİN-in “102” xidmətinə zəng edərək, narkotik maddə aludəçisi olan dayısı oğlu Şəxs bıçaqla onun qoluna xəsarət yetirməsi barədə məlumat vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs həmin tarixdə Masallı RPŞ-yə ərizə ilə müraciət edərək. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində qohumu Nəzirin onu döyməsini göstərmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Masallı rayonu, Qədirli kəndi ərazisində Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunu qəsdən vuraraq ona sol said və sol əl nahiyəsinin cızığı ilə nəticələnən dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Araşdırmanın nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsindən ötrü protokol tərtib edilərək, məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğludur. Onunla münasibəti hər zaman yaxşı olmuş, aralarında heç vaxt ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Qeyrəddin ona demişdir ki, gedək mənimlə otlaq sahələrdən ot alıb satıb pul qazanaq. Bu səbəbdən Qeyrəddin ilə birlikdə ona məxsus yük maşınına əyləşərək Masallı rayonu ərazisində adını bilmədiyi şəxsin otlaq sahəsinə getmişlər. Həmin gün saat 18 radələrində həmin yerdə olan ot bağlamalarını Qeyrəddinin yük maşınına yüklədiyi zaman, Qeyrəddin onunla sözlə mübahisə etmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Qeyrəddin sağ və sol qolundan yumruqla vurmuşdur. Bundan sonra o, yaşadığı kənd ərazisinə geri qayıtmışdır. Həmin gün saat 19 radələrində Qeyrəddin özünə məxsus məxsus “ZİL” 130 markalı **-BX-*** markalı yük maşını onun yanında saxlamış, o, Qeyrəddinin onu döydüyünə görə iradını bildirmiş, Qeyrəddin onu əcəb edib döydüyünü demişdir. Bundan sonra Qeyrəddinin qolunu tutub yük maşınının pəncərəsindən dartıb maşından düşməsini istəmiş, həmin vaxt Qeyrəddin qol nahiyəsindən xəsarət almışdır. Zərərçəkmiş şəxs onun barəsində qərəzli olaraq DİN-nin 102 xidmətinə eyni zamanda Masallı RPŞ-yə müraciət etmişdir. Hazırda əməlindən peşman olmuş, Zərərçəkmiş şəxsla barışmışdır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun dayısı oğludur. Onunla münasibəti hər zaman yaxşı olmuş, aralarında heç vaxt ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Nəzirə demişdir ki, onunla gedib otlaq sahələrdən ot alıb satıb pul qazansınlar, bu səbəbdən Nəzirə ilə birlikdə özünə məxsus “ZİL” 130 markalı 44- BX- 016 markalı yük maşınına əyləşərək Masallı rayonu, Sirəbil kəndində olan otlaq sahəyə getmişlər. Həmin gün saat 18 radələrində həmin yerdə adını bilmədiyi şəxsdən ot bağlamalarını almış, Nəzirdə onun aldığı ot bağlamalarını yük maşınına yükləməmişdir. Nəzir ot bağlamalarını maşına yükləmədiyi üçün ona irad bildirmişdir. Nəzir ona demişdir ki, zor edirəm, əcəb edirəm. Bu səbəbdən Nəzirlə aralarında mübahisə yaranmış, Nəzir onu yaba ilə vurmaq istədiyi zaman o, Nəzirin əlindən yabanı almaq istəmiş, həmin vaxt Nəziri geri itələmişdir. Nəzirin qol nahiyəsi onun yük maşınına dəyərək xəsarət almışdır. Bundan sonra Nəzir həmin yeri tərk edib getmişdir. Həmin gün saat 19 radələrində özünə məxsus “ZİL” 130 markalı **-BX-*** markalı yük maşını ilə yaşadığı evə gələrkən yaşadığı evin yaxınlığında Nəzir əl ilə işarə edib avtomaşınını saxlamağını istəmişdir. Bundan sonra o, yük maşınını dayandırmışdır. Nəzir pəncərədən içəri baxaraq onu söyüb təhqir etməyə başlamış, o, Nəzirə irad bildirdiyi zaman Nəzir əlində olan bıçaqla sol qol nahiyəsinə 2 dəfə vuraraq qol nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra yaşadığı evə getmiş, daha sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda qarşı tərəflə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı şikayət və tələbi yoxdur. Sonda Zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin 30 may 2023-cü il tarixli, 475 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol said və sol əl nahiyəsində cızıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər sivri uclu və ya kəsici əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 28 may 2023-cü il tarixə uyğun gəlir, və sağlamlığa zərər zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Şəxs tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, barışmaqlarını nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsnın törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-1007/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1007/2023
23.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver