Məhkəmə qərarları › İş №3(050)-1007/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-1007/2024

14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-1007/2024 14.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X9 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclası katibi X4 iştirakı ilə, X3 barəsində qəbul edilmiş Masallı RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında 28 aprel 2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Masallı RPŞ-nın DYPB-nın inzibati tənbeh vermə haqqında 28 aprel 2024-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin, iş üzə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq, ədalətli qərar qəbul edilməsi üçün zəruri olduğundan hadisə vaxtı avtomobilini saxlayan yol polis inspektorunun onunla danışığının yaxasında olan diktafon yazısı və həmin yol polis əməkdaşının xidməti avtomobilinin hadisə vaxtı olan kamera görüntüsünün götürülməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Masallı RPŞ-nın DYPB-nın inzibati tənbeh vermə haqqında 28 aprel 2024-cü il tarixli TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda yalnız barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək həmin gün saat 08:25-də İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmağı qeyd edilmişdir. Qərarda hadisənin harada baş verməsi, ümumiyyətlə hansı hadisənin baş verməsi, inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilməmişdir. Yol polis əməkdaşı idarə etdiyi avtomobili Seybətin dairəsinin yaxınlığında, Lənkəran istqamətində aptekin qabağında dayanmış vəziyyətdə ona yaxınlaşıb işıqvorun qırmızı işığında keçməyini bildirmişdir. Halbuki belə hal olmamışdır. Bu barədə bildirsə də, buna əhəmiyyət verməyərək özündə olan planşetə hansısa qeydlər apardı. O, barəsində tərtib edilmiş protokolun surətini istəsə də, yol polis əməkdaşı bu barədə ona hər hansı sənəd verməmişdir. Hüquqlarını izah etməmiş, məzmununu oxuya bilmədiyi sənədə imza etdirsə də, həmin sənədin surətini ona verməmişdir. Yalnız hazırkı mübahisəli qərarı ona vermişdir. Protokol tərtib edilərkən hüquqları və vəzifələri izah edilməmiş, protokola izahatlarını qeyd etməyinə şərait yaradılmamış, protokolun surəti ona verilməmişdir. Mübahisəli qərarla hansı hərəkətə görə inzibati məsuliyyətə cəlb edilməyi göstərilsə də, yol polis əməkdaşının şifahi izahından aydın olmuşdur ki, işıqforun qadağanedici işarəsində hərəkətdə olmağına görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinmişdir. Halbuki belə bir hal olmamışdır. Yol polisi avtomobili dayanmış vəziyyətdə ona yaxınlaşmışdır. Bu onun idarə etdiyi avtomobilin kamera görüntülərində də əks olunmuşdur. Bundan başqa barəsində protokol tərtib edilərkən hüquqları izah edilməmiş, protokolla tanış olmağına, ona qeydlər verməyinə şərait yaradılmamış, protokolun surəti ona verilməmişdir. Hətta barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Bütün bunlar isə hüquqlarının və İXM-nin tələblərinin yol polisi tərəfindən pozulmasını göstərir. Heç bir inzibati pozuntuya yol vermədyi halda inzibati qaydada cərimə edilməyi hesab edir ki, qanunsuz və əsassız olmaqla inzibati xəta hadisəsi və tərkibi olmadığı halda, inzibati tənbehə məruz qalmağıdır. Odur ki, icraata xitam verilməlidir. Məhkəmə şikayətin dəlillərini iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan 28 aprel 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur. 19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 128.1-ci maddəsində qeyd edilmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində qeyd edilmişdir ki, bu bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 131.1-ci maddəsində qeyd edilmişdir ki, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Məhkəmə hesab edir ki, 28 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətmiş olması polis söbəsi tərəfindən protokol ilə təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 19.1-ci maddəsində nəzərdə tutulmuş son zərurət həddinin aşılmasına yol verilməməsi halı müəyyən edilmədiyi və onun hərəkətinin inzibati xəta hesab olunmamasını istisna edən hərəkət olmadığı üçün şikayət təmin edilməməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində qəbul edilmiş 28 aprel 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar